Məhkəmə qərarları › İş №3(037)-392/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-392/2020

23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-392/2020 23.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxx 1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Bakı şəhəri, Binə qəsəbəsi, A.Marxiyevka küçəsi, ev 57-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X5 Yol Patrul Xidməti Alayının İV Tağımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 06:30 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 38-ci km-də hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarında olan ağaca vurması və nəticədə avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs bədən xəsarəti alması faktı üzrə təhqiqatçı Azad Hacıyevin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi qərara alınmışdır. İV Tağımın yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, idarə etdiyi “VAZ-2106” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunda hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobili yolun kənarında olan ağaca vurmuşdur. Hadisə nəticəsində avtomobildə olan sərnişinlər Mahir Müslümov dərəcəsi təyin edilməyən, Zərərçəkmiş şəxs isə yüngül bədən xəsarəti almışdır. Zərərçəkmiş şəxsin ondan tələb və şikayəti yoxdur. Hazırda əməlindən peşmandır və ona qanunda nəzərdə tutulmuş yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, Zərərçəkmiş şəxs məhkəməyə teleqramma ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasına gələ bilməyəcəyini, şikayət və tələbinin olmadığını və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 364 nömrəli rəyindən müəyyən olunur ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- alının və burun nahiyəsinin qançırları, sol baldırın sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 363 nömrəli rəyindən müəyyən olunur ki, X1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ ayağın arxa səthinin əzilmiş-cırılmış yarası küt əşya (alət) təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. X3 Dair İşlər üzrə istintaq və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı Azad Hacıyevin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində inzibati qaydada tədbir görülməsi üçün BDYPİ-nin YPX Alayına verilmişdir. Şəxs xx xxxxxx 2018-ci il tarixdə verilmiş və xx xxxxxx 2028-ci ilədək etibarlılıq müddəti olan AD 192785 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Şəxs hadisə baş verən zaman BC kateqoriyalı sürücülük vəsiqəsi olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020ci il tarixdə saat 06:30 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 38-ci km-də hərəkətdə olarkən idarəetməni itirərək avtomobili yolun kənarında olan ağaca vurmuşdur. Nəticədə avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarət almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar