Məhkəmə qərarları › İş №3(037)-392/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-392/2023

18.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-392/2023 18.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X2 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1985-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 18 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2 (037) – 51/ 2021 saylı qətnaməsinə əsasən 16 noyabr 2021-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa 80 (səksən) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınaraq 15 aprel 2008-ci il tarixdə doğulmuş X5, 28 avqust 2009-cu il tarixdə doğulmuş X6, 27 fevral 2011-ci il tarixdə doğulmuş X7, 20 iyul 2015-ci il tarixdə doğulmuş X8 və 13 yanvar 2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Usubova (Quliyeva) Məhəbbət Yaqub qızına verilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmurunun qanuni tələblərini təkrarən qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkar Usubova (Quliyeva) Məhəbbət Yaqub qızına ödənilməli olan 7500 (yeddi min beş yüz) manat məbləğində aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə 18 avqust 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs hazırki günədək təyin olunmuş aliment məbləğindən 900 (doqquz yüz) manat məbləğində ödəniş etmişdir. Hazırda onun 7500 (yeddi min beş yüz) manat məbləğində aliment borcu vardır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, maddi imkanı olmadığı üçün aliment borcunu vaxtında ödəyə bilməmişdir. Hazırda onun yeni iş yeri tapmışdır. Bu ayın sonunadək borcundan 1000 (min) manat ödəniş edəcəkdir. Qalan borcunu isə bu ilin sonunadək tam şəkildə ödəyəcəkdir. Hazırda borcundan ödəniş edə bilmir. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Orxan iki ildir aliment borcunu ödəmir. Ona vaxt verilməsini istəmir. Borcunu tam şəkildə ödəmirsə inzibati qaydada həbs edilməsini məhkəmədən xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(037)-28/2023 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli 2 (037) – 51/ 2021 saylı qətnaməsinə əsasən 16 noyabr 2021-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa 80 (səksən) manat olmaqla cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment alınaraq 15 aprel 2008-ci il tarixdə doğulmuş X5, 28 avqust 2009-cu il tarixdə doğulmuş X6, 27 fevral 2011-ci il tarixdə doğulmuş X7, 20 iyul 2015-ci il tarixdə doğulmuş X8 və 13 yanvar 2017-ci il tarixdə doğulmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün Usubova (Quliyeva) Məhəbbət Yaqub qızına verilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Şəxs ödənilməli olan 7500 (yeddi min beş yüz) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da, Şəxs bir il ərzində eyni icra sənədinə münasibətdə icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1- 1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 01 (bir) ay (otuz gün) müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – 18 avqust 2023-cü il tarixdən saat 14:45-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) ay (otuz gün) müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 18 avqust 2023-cü il tarixdən saat 14:45-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar