Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-394/2020 12.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X5, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxxx 1983-cü il tarixdə İsmayıllı rayonu İvanovka kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi 3X6AOTS Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində, İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayonu İvanovka kəndində “Nikitin” adına kolxoz idarəsinin qarşısında həmkəndlisi X3 mübahisə edərək idarədə keçirilən iclasın gedişini pozaraq ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etməsi faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X8 izahatında göstərdi ki, o, İvanovka kəndinin polis sahə rəisidir. xx xxxxxx 2020-ci il tarixdə İvanovka kənd “Nikitin” adına kolxozun iclasında asayışı qorumaq üçün dəvət edilmişdir. Həmin vaxt idarənin qarşısında Şəxs həmkəndlisi İvan Novoseltsev mübahisə etmiş və ictimai qaydanı pozmuşdur. Bununla bağlı araşdırma aparmış və Şəxs barəsində inzibati xəta haqında protokol tərtib etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, İsmayıllı rayonu İvanovka kəndində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə kolxoza aid idarənin qarşısında olarkən kolxozun sədrinin atası İvan Novoseltsevllə rastlaşmış və kolxozda olan problemlərin səbəbkarının kolxoz sədri olan oğlunun olduğunu bildirmişdir. Bu zaman aralarında söz mübahisəsi yaranmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X6 izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə kolxoz idarəsinin qarşısında olarkən həmkəndlisi Şəxs sərxoş vəziyyətdə ona yaxınlaşaraq oğlunun başına oyun açacağını bildirərək onunla mübahisə etmişdir. Mübahisə zamanı Rüfət ucadan nalayiq ifadələr işlətmiş və müharibə bitdikdən sonra onları kənddən qovacaqlarını bildirmişdir. O, Rüfəti sakitləşdirməyə çalışsa da, Rüfət uca səslə danışmış və həmin vaxt idarədə keçirilən iclasın gedişini də pozmuşdur. Bundan sonra rayon polis şöbəsinə şikayət etmişdir. İş üzrə şahid qismində dindirilmiş X7 izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə kolxoz idarəsində qarşısında olarkən X4 yüksək səslə mübahisə etdiyini görmüşdür. Lakin aralarında məsafə olduğundan nə danışdıqlarını eşitməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayonu İvanovka kəndində “Nikitin” adına kolxoz idarəsinin qarşısında həmkəndlisi X3 mübahisə edərək idarədə keçirilən iclasın gedişini pozmuş və bununla da ictimai qaydanı pozan xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəfləri dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, inzibati cərimənin 50 (əlli) manat miqdarında müəyyən edilməsini qanunamüvafiq hesab edir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-394/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-394/2020
12.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver