Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-398/2020 16.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və X1 iştirakı ilə xx xxxxxx 1958-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, Xanlar küçəsi, dalan 1. Ev 2-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “Ford Transit” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı şəhəri, Cavanşir küçəsində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan “Moskviç- 412” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmamaq üçün hadisənin qarşısını almağa texniki imkanı olsa da, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görmədiyi üçün “Moskviç-412” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə “Moskviç-412” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X1 xəsarət alması faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin müstəntiqinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş və Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsinin təmin edilməsindən ötrü qərar şöbənin Dövlət Yol Polis Böləsinə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Ford Transit” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri Cavanşir küçəsində hərəkətdə olarkən, əks istiqamətdə onun idarə etdiyi avtomobilə tərəf “Moskviç” markalı avtomobilin sağa-sola çıxmaqla gəldiyini görmüşdür. Həmin avtomobil ona çatdıqda avtomobili sola tərəf çəkmiş, lakin hadisədən yayına bilməmiş və həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş və “Moskviç” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər xəsarət almışlar. Hadisə onun qismən təqsiri üzündən baş vermişdir. Belə ki, həmin hadisə onun idarə etdiyi avtomobilin hərəkət zolağında baş vermiş, “Moskviç” markalı avtomobilin sürücüsü avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verək göstərdi ki, hadisə baş verməmişdən 5 ay əvvəl ayağı sınmış və həmin vaxtdan hazırki günədək mütəmadi müalicə almışdır. xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı evdə bir qədər spirtli içki qəbul etmişdir. Ayağında ağrıları olduğundan arvadı və qızı ilə birlikdə Göyçay rayonuna getmək qərarına gəlmişdir. Özünə məxsus “Moskviç” markalı avtomobillə İsmayıllı şəhəri, Cavanşir küçəsində hərəkətdə olarkən qarşıdan “Ford Transit” markalı avtomobilin onun üzərinə tərəf gəldiyini görmüş və hadisədən yayına bilməyərək həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o, arvadı Manhur və Fəridə müxtəlif bədən xəsarətləri aldığı üçün onları rayon mərkəzi xəstəxanasına aparmışlar. Onun sürücülük vəsiqəsinin vaxtı bitmişdir. Hadisə onun qismən təqsiri üzündən baş vermişdir. Belə ki, hadisə zamanı “Ford Transit” markalı avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etmiş və hadisə yolun mərkəzində baş vermişdir. Məhkəmə ekspertizasının rəyi ilə hər iki sürücü günahkar hesab olunmuş və onun barəsində də, İnzibati Xətalar Məcəlləsinin 327.8 və 334.3-cü maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Onun Şəxs qarşı tələb və şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarəti almışdır. Hazırda səhhəti normaldır və Şəxs qarşı şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X5 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarəti almışdır. Şəxs qarşı şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxx 2020-ci il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun BC kateqoriyalı sürücülük hüququ vardır. Məhkəmə-Tibbi Ekspertiza və X4 385 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət –alın nahiyəsinin yarası küt əşyanın təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertiza və X4 386 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarət –sağ baldır nahiyəsinin qançırı və sıyrığı küt əşyanın təsirindən törənmişdir, xx xxxxxxxx 2020ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə-Tibbi Ekspertiza və X4 387 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – alının, döş qəfəsinin və sağ diz qapağı nahiyyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Natiq Rəhimovun xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 334.3-cü maddələrin tərkib əlamətləri olduğundan və Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar şöbənin Dövlət Yol Polis Böləsinə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi “Ford Transit” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobili İsmayıllı şəhəri, Cavanşir küçəsində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdə olan “Moskviç-412” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmamaq üçün hadisənin qarşısını almağa texniki imkanı olsa da, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməmiş və “Moskviç-412” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Moskviç-412” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 və həmin avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X3 bədən xəsarəti almışlar. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-398/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-398/2020
16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver