Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-398/2021 29.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən daxil olmuş 19.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, müəyyən e t d i m: Şəxs İXM-nin 469.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş 19.11.2021-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-nin 469.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola görə cəmiyyət Azərbaycan Respublikası Əmək Məcəlləsinin 225-ci maddəsinə əsasən işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortalanmasını təmin etməmişdir. Məhkəməyə təqdim edilmiş materialların araşdırılması zamanı müəyyən edildi ki, tərtib olunmuş inzibati xəta haqqında protokolda hansı sayda işçinin icbari sığortasının təmin edildiyiyi göstərilməmiş, təqdim edilmiş materiallar natamam olmuş, protokola heç bir mötəbər sübut əlavə olunmamış, sadəcə protokol, bildiriş və 18.10.2021-ci il tarixli əmək müqaviləsinin bildirişi məhkəməyə göndərilmişdir. İşə baxılarkən qeyd olunan halların tamamlanması mümkün deyil. Ona görə də protokol və ona əlavə edilmiş materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən digər məsələrlə yanaşı, həmçinin mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb toplanmaması məsələlərini həll edir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Qeyd edilənlərlə əsasən hesab edirəm ki, məhkəməyə təqdim edilmiş materiallar natamam olduğundan, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar olmadığından inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı m: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi üzrə tərtib olunmuş 19.11.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərə birlikdə geri qaytarılsın. Sədr Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-398/2021
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-398/2021
29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver