Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-398/2023 29.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qasımov Babək Natiq oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş yol nəqliyyat hadisələri üzrə inspektor X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 24 oktyabr 1991-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, İİ Qarabağ müharibəsi qazisi, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 29 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 28 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində “VAZ-21061” markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan İsmayıllı şəhəri, N.Səmədov küçəsində idarə edərkən baş yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi ”Chevrolet Cruze” markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, bununla da Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi zərər vurması faktı ilə bağlı toplanmış material üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 28 avqust 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X2 X3 yol nəqliyyat hadisələri üzrə inspektoru Asif Dəmirov izahatında göstərdi ki, 28 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri, N.Səmədov küçəsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı ərazidə olmuşdur. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs “VAZ-21061” markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan baş yolda hərəkətdə ”Chevrolet Cruze” markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobilin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Bununla bağlı Şəxs barəsində protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. 28 avqust 2023-cü il tarixdə idarə etdiyi “VAZ-21061” markalı avtomobillə İsmayıllı N.Səmədov küçəsində yaşadığı evə gedərkən, ehtiyyatsızlıqdan baş yolda hərəkətdə olan ”Chevrolet Cruze” markalı avtomobilin yoluna çıxmış və həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs məxsus avtomobilə dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Zeynal Məlikovun ondan tələb və şikayəti yoxdur. Bundan başqa o, İİ Qarabağ müharibəsi qazisidir və ayağında qəlpə olduğu üçün heç yerdə işləyə bilmir. Həmçinin əməlindən peşmandır və ona daha yüngül inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: - Elektron sorğu məlumatlarından görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. - “İsmayıllı regional avto serviz mərkəzinin” 29 avqust 2023-cü il tarixli 048-23 saylı arayışında ”Chevrolet Cruze” markalı ** FJ ***dövlət qeydiyyat nişanlı avtomobilə 985 (doqquz yüz səksən beş) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 28 avqust 2023-cü il tarixdə saat 19:00 radələrində “VAZ-21061” markalı ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan İsmayıllı şəhəri, N.Səmədov küçəsində idarə edərkən baş yolda hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi ”Chevrolet Cruze” markalı ** FJ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmdur. Bununla da Zərərçəkmiş şəxs məxsus avtomobilə maddi zərər vurmasına səbəb olmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs törətdiyi əməlindən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 500 (beş yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Babək Qasımov
Məhkəmə qərarları › İş №3(037)-398/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-398/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver