Məhkəmə qərarları › İş №3(037)-399/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-399/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-399/2020 16.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs2 və X1 iştirakı ilə, xx xxxx 1973-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 334.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində “Moskviç” markalı ** BC *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi, İsmayıllı şəhəri, Cavanşir küçəsində idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford Transit” markalı ** FM *** dövlət qeydiyyat nömrəli minik avtomobilinin yoluna çıxaraq həmin avtomobillə toqquşması, nəticədə Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə maddi zərər vurulması və “Moskviç- 412” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X1 xəsarət alması faktı üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 334.3-cü maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, hadisə baş verməmişdən 5 ay əvvəl ayağı sınmış və həmin vaxtdan hazırki günədək mütəmadi müalicə almışdır. xx xxxxxxxx 2020-ci il tarixdə yaşadığı evdə bir qədər spirtli içki qəbul etmişdir. Ayağında ağrıları olduğundan arvadı və qızı ilə birlikdə Göyçay rayonuna getmək qərarına gəlmişdir. Özünə məxsus “Moskviç” markalı avtomobillə İsmayıllı şəhəri, Cavanşir küçəsində hərəkətdə olarkən qarşıdan “Ford Transit” markalı avtomobilin onun üzərinə tərəf gəldiyini görmüş və hadisədən yayına bilməyərək həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində o, arvadı Manhur və Fəridə müxtəlif bədən xəsarətləri aldığı üçün onları rayon mərkəzi xəstəxanasına aparmışlar. Onun sürücülük vəsiqəsinin vaxtı bitmişdir. Hadisə onun qismən təqsiri üzündən baş vermişdir. Belə ki, hadisə zamanı “Ford Transit” markalı avtomobilin sürücüsü avtomobili yüksək sürətlə idarə etmiş və hadisə yolun mərkəzində baş vermişdir. Məhkəmə ekspertizasının rəyi ilə hər iki sürücü günahkar hesab olunmuş və onun barəsində də, İnzibati Xətalar Məcəlləsinin 327.8 və 334.3-cü maddələri ilə inzibati protokol tərtib olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verək göstərdi ki , xx xxxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Ford Transit” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri Cavanşir küçəsində hərəkətdə olarkən, əks istiqamətdə onun idarə etdiyi avtomobilə tərəf “Moskviç” markalı avtomobilin sağa-sola çıxmaqla gəldiyini görmüşdür. Həmin avtomobil ona çatdıqda avtomobili sola tərəf çəkmiş, lakin hadisədən yayına bilməmiş və həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymiş və “Moskviç” markalı avtomobilin sürücüsü və həmin avtomobildə olan sərnişinlər xəsarət almışlar. Hadisə onun qismən təqsiri üzündən baş vermişdir. Belə ki, həmin hadisə onun idarə etdiyi avtomobilin hərəkət zolağında baş vermiş, “Moskviç” markalı avtomobilin sürücüsü avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Onun avtomobilinə 865 (səkkiz yüz altmış beş) manat məbləğində maddi ziyan dəymiş və ziyan ödənilməmişdir. O, ziyanı tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarəti almışdır. Hazırda səhhəti normaldır və Şəxs qarşı şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X5 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarəti almışdır. Şəxs qarşı şikayəti yoxdur. Qeyd etdikləri nəzərə alınmaq iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxxxx 2020-ci il tarixli, 381 saylı spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 20:30-da tibbi müayinədən keçirilərkən onun orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X4 385 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət –alın nahiyəsinin yarası küt əşyanın təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-Tibbi Ekspertiza və X4 386 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, X2 bədəni üzərində aşkar edilmiş xəsarət –sağ baldır nahiyəsinin qançırı və sıyrığı küt əşyanın təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. Məhkəmə-Tibbi Ekspertiza və X4 387 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –alının, döş qəfəsinin və sağ diz qapağı nahiyyələrinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, xx xxxxxxxx 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Natiq Rəhimovun xx xxxxxx 2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 334.3-cü maddələrin tərkib əlamətləri olduğundan və Zərərçəkmiş şəxs1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan qərar şöbənin Dövlət Yol Polis Böləsinə göndərilmişdir. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxx 2020-ci il tarixli arayışında “Ford Transit” markalı, ** FM *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 865 (səkkiz yüz altmış beş) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində “Moskviç” markalı ** BC *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, İsmayıllı şəhəri, Cavanşir küçəsində idarə etdiyi avtomobili Zərərçəkmiş şəxs1 idarə etdiyi “Ford Transit” markalı ** FM *** dövlət qeydiyyat nömrəli minik avtomobilinin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobilə maddi zərər dəymiş və “Moskviç-412” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər Zərərçəkmiş şəxs2 və X3 xəsarət almışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərək 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs1 vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 334.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilərək 800 (səkkiz yüz) manat edilsin. Zərərçəkmiş şəxs1 vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar