Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-399/2023 29.08.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qasımov Babək Natiq oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə xx xxxxxxxx 1988-cü il tarixdə İsmayıllı rayonu Şəbiyan kəndində anadan olmuş, həmin kənddə yaşayan Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 29 avqust 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 29 avqust 2023-cü il tarixdə saat 10:00 radələrində İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması faktı üzrə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 29 avqust 2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs 29 avqust 2023-cü il tarixdə saat 10:00 radələrində İsmayıllı rayon Polis Şöbəsinin qapı postuna yaxınlaşaraq şikayəti olduğunu bildirmiş və polis şöbəsinin inzibati binasına daxil olmaq istəmişdir. Qapı postunda xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşı ona gözləməsini bildirmişdir. Şəxs polisin qanuni tələblərinə tabe olmayaraq səs-küy salaraq polisin inzibati binasına daxil olmuşdur. Şəxs içəri daxil olduqdan sonra yenidən yüksək səslə danışaraq polisin iş rejimini pozmuşdur. Şəxs həmin vaxt onu nizam-intizama dəvət edən polis əməkdaşlarına yenidən tabesizlik göstərmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, bir neçə ay bundan öncə kreditlə avtomobil almışdır. Avtomobili aldıqdan sonra avtomobildən nasazlıq olmuş və bu səbəbdən krediti ödəməmişdir. Bir neçə gün öncə həmin avtomobili idarə edərkən polis əməkdaşları onu saxlamış və avtomobili polis şöbəsinə gətirmişlər. Bununla bağlı 29 avqust 2023-cü il tarixdə polis şöbəsinə gəlmiş və polis şöbəsinin rəisinin qəbuluna girmək istəmişdir. Həmin vaxt polis əməkdaşları ona gözləməsini bildirsələr də, o, bərk əsəbləşmiş və şöbənin inzibati binasına daxil olmuşdur. Binanın içərisində də, yenidən əsəbi olduğu üçün yüksək səslə danışmışdır. Hazırda törətdiyi əməldən peşimandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Həmçinin bütün polis əməkdaşlarından etdiyi hərəkətlərə görə üzr istəyir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon Polis Şöbəsinin port patrul xidməti bölüyü polis nəfəri X2 göstərdi ki, 29 avqust 2023-cü il tarixdə, saat 10:00-da İsmayıllı rayon Polis Şöbəsinin qapı postunda xidmətdə olarkən, bir nəfər şəxs sonradan şəxsiyyəti məlum olan Şəxs yüksək səslə danışaraq polis şöbəsinin inzibati binasına daxil olmaq istəmişdir. O, Şəxs gözləməsini bildirsə də, Amil buna məhəl qoymamış və içəri daxil olmuşdur. Sonradan Amil inzibati binanın içərisində yüksək səslə danışaraq polisin iş rejimini pozmuşdur. Həmin vaxt onu digər polis əməkdaşları nizam-intizama dəvət etsə də, o öz qanunsuz hərəkətlərini davam etdirmişdir. İş üzrə şahid qismində izahat verən İsmayıllı rayon X9-patrul xidməti bölüyünün polis nəfəri Mahmudov Fərid manaf oğlu və X7 da şahid X1 izahatının məzmununa uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq etdiyini bildirdilər. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 29 avqust 2023-cü il tarixdə saat 10:00 radələrində Şəxs 29 avqust 2023-cü il tarixdə saat 10:00 radələrində İsmayıllı rayon Polis Şöbəsinin inzibati binasının qarşısında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş sənədləri nəzərdən keçirib tərəflərin və şahidlərin izahatını dinləyərək hesab edir ki, Amil Həzəyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs törətdiyi əməlindən səmimi peşmançılığı məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halı və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan 200 (iki yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Babək Qasımov
Məhkəmə qərarları › İş №3(037)-399/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-399/2023
29.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver