Məhkəmə qərarları › İş №3(037)-4/2021

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-4/2021

06.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-4/2021 06.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin sədri Şirinov Rəfayel Səməd oğlu, X1 İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan şikayətə işin məhkəmədə baxılmasına hazırlanması zamanı baxılaraq müəyyən e t d im: X1 İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə daxil olmuş şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib hesab edir ki, şikayətə baxılması qeyri-mümkündür və ona görə də geri qaytarılmalıdır. Belə ki, hazırki şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Həmçinin şikayətçi xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərarın qərarın surətini şikayətinə əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 129-cu maddəsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest vermə qaydasını müəyyən edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə şikayət geri qaytarılmalı, həmçinin həmin inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş qərardan yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsini rəhbər tutaraq q ər a r a a l d ı m: X1 İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolundan şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokolu əsasında qəbul edilmiş inzibati xəta haqqında iş üzrə qərardan yaşayış yeri üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququnun olması şikayətçiyə izah edilsin. Sədr Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar