Məhkəmə qərarları › İş №3(037)-40/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-40/2022

27.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-40/2022 27.01.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, 25 avqust 1969-cu il tarixdə İsmayıllı rayonu Mulux kəndində anadan olmuş, İsmayıllı şəhəri, H.Əliyev prospekti, dalan 1, ev 4-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 27 yanvar 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan əldə edib özündə saxladığı 1 (bir) ədəd “TOZ-63” markalı, 16 çaplı, qoşa lüləli, lülə nömrəsi X1838, qundaq nömrəsi 68341 olan yivsiz lüləli ov tüfəngini 11 yanvar 2022-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən onun üzərindən aşkar olunması faktı üzrə barəsində inzibati qaydada protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib edən orqan və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs xəbərdar olunmasına baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X1 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi tərəfindən tərtib olunmuş 11 yanvar 2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan 1 (bir) ədəd “TOZ-63” markalı, 16 çaplı, qoşa lüləli, lülə nömrəsi X1838, qundaq nömrəsi 68341 olan yivsiz lüləli ov tüfəngini özündə saxlamışdır. 11 yanvar 2022-ci il tarixli raportdan görünür ki, İsmayıllı şəhər sakini Şəxs götürülmüş 1 (bir) ədəd “TOZ-63” markalı, 16 çaplı, qoşa lüləli, lülə nömrəsi X1838, qundaq nömrəsi 68341 olan yivsiz lüləli ov tüfəngi İsmayıllı rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “TOZ-63” markalı, 16 çaplı, qoşa lüləli, lülə nömrəsi X1838, qundaq nömrəsi 68341 olan yivsiz lüləli ov tüfəngi müsadirə edilməli və qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. İsmayıllı Rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 (bir) ədəd “TOZ-63” markalı, 16 çaplı, qoşa lüləli, lülə nömrəsi X1838, qundaq nömrəsi 68341 olan yivsiz lüləli ov tüfəngi müsadirə edilsin və qərar qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar