Məhkəmə qərarları › İş №3(037)-400/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-400/2020

16.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-400/2020 16.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxx 1981-ci il tarixdə İsmayıllı rayonu Vaşa kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İİİ qrup əlil olmaqla sosial müavinət alan, İsmayıllı şəhəri, Niyal küçəsi, ev 27-də yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 25dekabr 2019-cu il tarixli 2 (037) – 691 / 2019 nömrəli qətnaməsinə əsasən Şəxs xx xxxxxx 2019-cu il tarixdən başlayaraq xx xxxxxx 2014-cü il təvəllüdlü X6 və xx xxxxxx 2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 90 (doxsan) manat olmaql, cəmi 180 (yüz səksən) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkara ödənilməli olan 2029 (iki min iyirmi doqquz) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş və onun İİİ qrup əlil olmaqla 110 (yüz on) manat məbləğində sosial müavinət aldığı məlum olmuşdur. Bununla bağlı xx xxxxxx 2020-ci il tarixdə icra sənədinin icrası ilə əlaqədar onun pensiyasından hər ay 70 (yetmiş) faiz olmaqla hər ay 77 (yetmiş yeddi) manat tutulma aparılması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon Şöbəsinə məktub göndərilmişdir. Buna baxmayaraq borclu hazırda tələbkara olan 2029 (iki min iyirmi doqquz) manat aliment borcunun ödənilməsini təmin etmir. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh olunması barədə qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs hazırda 2029 (iki min iyirmi doqquz) manat aliment borcu vardır. Elsevər borcunu ödəməkdən qərəzli olaraq yayınmışdır. O, aliment borcunu tələb edir. Şəxs aliment məbləğini ödəməkdən qərəzli olaraq boyun qaçırması nəzərə alınaraq onun barəsində həbs növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İİİ qrup əlil olmaqla sosial müavinət alır. Pensiyasının 70 (yetmiş) faizi tutularaq Zərərçəkmiş şəxs ödənilir. Səhətti ilə bağlı müalicə aldığı üçün heç yerdə işləyə bilmir. Başqa gəlir yeri olmadığına görə hər ay təyin olunmuş aliment məbləğini tam şəkildə ödəyə bilməmiş və buna görə də onun 2029 (iki min iyirmi doqquz) manat aliment borcu yaranmışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx xxxxxxx 2020ci il tarixli arayışından görünür ki, Şəxs icra sənədi ödənilməmiş qalan 2029 (iki min iyirmi doqquz) manat borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-691/2019 saylı qətnaməsi ilə verilmiş icra vərəqəsi üzrə 2029 (iki min iyirmi doqquz) manat aliment borcu vardır və həmin borcu qərəzli olaraq ödəməkdən yayınmışdır. Borclu qərarın icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, zərərçəkmişin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və vəkilin fikrini dinləyərək qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx xxxxxx 2020-ci il tarixdə saat 17:25-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən saat 17:25-dən hesablansın. İnzibati həbs müddəti xx xxxxxx 2020-ci il tarixdə saat 17:25-də başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar