Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-402/2020 19.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxx 1985-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsi, ev 14, mənzil 7-də yaşayan, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (037) – 14 / 2019 saylı icra vərəqəsinə əsasən xx xxxx 2018-ci il tarixdən başlayaraq Şəxs xx xxxx 2009-cu il tarixdə doğulmuş X4 və xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə əmrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan 5850 (beş min səkkiz yüz əlli) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (037) – 14 / 2019 saylı icra vərəqəsinə əsasən xx xxxx 2018-ci il tarixdən başlayaraq Şəxs xx xxxx 2009-cu il tarixdə doğulmuş X4 və xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olduqdan sonra borclu Şəxs aliment tutulması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarına dair icra sənədi üzrə tələbin könüllü olaraq ödənilməsi barədə borcluya bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmiş və qərəzli olaraq təyin olunmuş aliment məbləğini ödəməkdən boyun qaçırmışdır. İcra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatında olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, ancaq borcluya məxsus, tələbin yönəldilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmiş və onun barəsində inzibati qaydada protokol tərtib edilərkən tələbkara 5850 (beş min səkkiz yüz əlli) manat borcu olmuşdur. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs 5850 (beş min səkkiz yüz əlli) manat aliment borcu yaranmışdır. Şəxs aliment borcunu ödəməkdən qərəzli şəkildə boyun qaçırması nəzərə alınmaqla, onun barəsində qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə ondan 250 (iki yüz əlli) manat məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. O, toy və şənliklərdə xanəndəlik edir. Bir ildir ki iş yerləri bağlanmış və buna görə də, heç yerdə işləmir. Onun başqa gəlir yeri yoxdur və maddi imkanı olmadığından təyin olunmuş aliment məbləğindən ödəniş edə bilməmişdir. Onun tələbkara 5850 (beş min səkkiz yüz əlli) manat aliment borcu yaranmışdır. O, hazırda yaranmış aliment borcunu tam şəkildə ödəyə bilmir. Yaxın vaxtlarda aliment borcunu tədricən ödəyəcəyini bildirərək iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-14/2019 saylı icra vərəqəsinin surətindən görünür ki, xx xxxx 2018-ci il tarixdən başlayaraq Şəxs xx xxxx 2009-cu il tarixdə doğulmuş X4 və xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Şəxs icra sənədi üzrə ödənilməmiş qalan 5850 (beş min səkkiz yüz əlli) manat borcunu Zərərçəkmiş şəxs ödəməkdən yayınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2 (037) – 14 / 2019 saylı icra vərəqəsinə əsasən xx xxxx 2018-ci il tarixdən başlayaraq Şəxs xx xxxx 2009-cu il tarixdə doğulmuş X4 və xx xxxxxx 2010-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 125 (yüz iyirmi beş) manat olmaqla cəmi 250 (iki yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru Rahim Mustafayev tərəfindən xx xxxxxx 2019-cu il tarixdə icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda tələbkara ödənilməli olan cəmi 5850 (beş min səkkiz yüz əlli) manat aliment borcu ödənilməmiş qalmışdır. Borclu Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, zərərçəkmişə ödənilməli olan məbləğin miqdarını nəzərə alaraq inzibati həbsin müddətinin 20 (iyirmi) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. İnzibati həbs müddəti xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-402/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-402/2020
19.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver