Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-403/2020 04.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X6, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin nümayəndəsi X3 iştirakı ilə, X6 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X4 xx xxxxxx 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərarından şikayətinə xx xxxxxx 2020-cu il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: X14 barəsində Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin məsləhətçisi X7 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X8 xx xxxxxx 2020-ci il tarixdə Orxan Lətifli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi təqsirli bilərək 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə olunması barədə qərar qəbul etmişdir. Orxan Lətifli məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli MN ******* saylı protokolun və xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Orxan Lətifli ərizəsinin məzmununa uyğun izahat verərək göstərdi ki, o, İsmayıllı şəhəri, Nizami küçəsində yaşayır. İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən ”Xoxo” PUB çay evini icarəyə götürmək istəmişdir. Bununla bağlı 2020-ci ilin oktyabr ayının 28-də həmin çay evinə gedərək, həmin yeri icarəyə götürmək üçün çay evinin sahibi ilə danışıqlar aparmaq istəmişdir. Çay evinin sahibi orada olmamış və içəridə onu gözləmişdir. Həmin vaxt içəridə müştəri olmamış və çay evi fəaliyyət göstərməmişdir. Bir qədər sonra X2 əməkdaşları içəri daxil olmuş və karantin qaydalarının pozulubpozulmaması ilə bağlı yoxlama aparmışlar. Əməkdaşlar yoxlama aparmış, foto şəkillər çəkmiş və içəridə müştəri olmadığını görmüşlər. Əməkdaşlar ondan vergi ödəyicisi olubolmadığını soruşmuşdur. O, vergi ödəyicisi kimi qeydiyyata alındığını, lakin bir neçə gün öncə öz ərizəsi vergi uçotunun bağlandığını bildirmişdir. Buna baxmayaraq onun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. O, əməkdaşlara çay evinin mülkiyyətçisi olmadığını, mülkiyyətçinin başqa şəxs olduğunu, həmin yeri icarəyə götürmədiyini və mülkiyyətçi ilə icarə müqaviləsinin olmadığını bidlirsə də, əməkdaşlar buna məhəl qoymamışlar. Protokola imza etməsi ondan tələb olunmuş, lakin o protokolla razı olmadığı üçün imza etməmişdir. Bundan sonra əməkdaşlar oradan çıxıb getmişlər. Bir neçə gün sonra ona bildiriş gəlmiş və barəsində tərtib olunmuş protokola baxılması ilə bağlı xx xxxxxx 2020-ci il tarixə Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinə dəvət olunmuşdur. Həmin tarixdə Qida X1 Regional Bölməsinə getmiş və onun iştirakı ilə qərar qəbul olunaraq 3000 (üç min) manat məbləğində inzibati cərimə olunmuşdur. Barəsində tərtib olunmuş protokolu və həmin protokol əsasında çıxarılmış qərarı qanunsuz və əsassız hesab edir. Əməkdaşlar onun həmin çay evinə qeydiyyatının olub-olmamasını, həmin yerdə işlədiyini təsdiq edən heç bir sənəd əldə etmədən, araşdırmadan barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Protokol tərtib edilərkən çay evində ondan və iki nəfər yaxın qohumundan başqa heç kim olmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli protokolunun və həmin protokol əsasında qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin aparıcı məsləhətçisi X9 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx xxxxxxx 2020 il tarixdə Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin baş məsləhətçisi Elşad Mirzəliyev bölmənin digər əməkdaşları ilə birlikdə İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Xoxo” PUB çay evində epidemiya əleyhinə rejimin, sanitar gigiyena qaydalarının və karantin rejimlərinin pozulması ilə bağlı yoxlama keçirmişlər. Həmin vaxt Orxan Lətifli əməkdaşlara yaxınlaşaraq çay evini onun işlətdiyini bildirmişdir. Yoxlama keçirilərkən çay evini Həmin çay evini işlədən X19 zamanı idarənin əməkdaşları çay evində fəaliyyət göstərən işçinin fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi, masaların düzülüşünün pandemiya şəraitinə uyğun olmadığını, masaların üzərində dezinfeksiyaedici spirtin olmadığı aşkar edilmişdir. Həmçinin yoxlama zamanı obyektdə işçilərin tibbi müayinədən keçmə barədə sənəd yoxlamaya təqdim olnumamışdır. Obyektin qida qəbulu sahəsində şəxsi heyətin gigiyena qaydalarına riayət etmə səviyyəsinin artırmaq məqsədi ilə məlumatverici materialların çap edərək müvafiq sahədə yerləşdirilməsi təmin edilməmişdir. Orxan Lətifli vergi orqanında qeydiyyata alındığı şəhadətnaməni əməkdaşlara təqdim etmişdir. Bununla bağlı çay evini işlədən Orxan Ləitfli barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Protokol Orxan lətiflinin iştirakı ilə tərtib olunmuş və lakin Orxan protokola imza etməmişdir. Protokola baxılması xx xxxxxx 2020-ci il tarixə təyin olunmuş və bununla bağlı Orxan Lətifliyə rəsmi məlumat verilmişdir. Həmin protokola xx xxxxxx 2020-ci il tarixdə Orxan Lətiflinin iştirakı ilə baxılmış və o, Qurbanovanın Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək vəzifəli şəxs kimi 3000 (altı yüz) manat məbləğində inzibati cərimə olunması barədə qərar qəbul edilmişdir. Həmin qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas yoxdur. Şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli protokolunun və həmin protokol əsasında qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli SBP-0408492 saylı Sahibkarın obyektinə baxışın keçirilməsi haqqında protokoldan görünür ki, xx xxxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhəri, Nizami Gəncəvi küçəsində yerləşən “Xoxo” PUB çay evinə baxış keçirilmiş və çay evində epidemiya əleyhinə rejimin, sanitar gigiyena qaydalarının və karantin rejimlərinin pozulması faktı aşkar edilmişdir. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolun surətindən görünür ki, Orxan Lətifli tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 211.2-ci maddələrində nəzərdə tutulan inzibati xəta törədildiyi göstərilmişdir. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin MN ******* saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Orxan Lətifli Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 211.1.-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 10 saylı X13 xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, X15 (AZE № 09791695) vergi orqanında xx xxxxxxxx 2020-ci il tarixdə ********** nömrəli şəhadətnamə ilə qeydiyyata alınmış, vergi ödəyicisinin ərizəsinə əsasən xx xxxxxxx 2020-ci il tarixdə vergi uçotu ləğv edilmişdir. Vergi ödəyicisi uçotda olduğu müddətdə fəaliyyət növü “01410-südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi” olmuşdur. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, X11 xx xxxxxxx 2020-ci il tarixdə, İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Xoxo” PUB evində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozması əsas gətirilərək, o, vəzifəli şəxs kimi Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsilə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Orxan Lətifli məhkəməyə şikayət verərək, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxxxxx 2020-ci il tarixli, MN ******* saylı protokolun və həmin protokol əsasında Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi X8 xx xxxxxx 2020-ci il tarixdə Orxan Lətifli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi təqsirli bilərək 3000 (üç min) manat cərimə edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin «Qeyd» hissəsində göstərilir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə görə Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. «Sanitar-epidemioloji salamatlıq haqqında» Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə əsasən dövlət orqanları, ictimai birliklər, müəssisələr, təşkilatlar, idarələr və vətəndaşlar yoluxucu, parazitar, peşə xəstəliklərinin və kütləvi qeyri-yoluxucu xəstəliklərin, o cümlədən radiasiya amili ilə bağlı olan xəstəliklərin əmələ gəlməsinin və yayılmasının qarşısını almaq, habelə belə xəstəliklər əmələ gəldikdə onları ləğv etmək üçün vaxtında tədbirlər görülməsini təmin etməlidirlər. Yoluxucu və parazitar xəstəlik mənbələrində karantin-təşkilat, profilaktika tədbirlərinin görülməsi, yoluxucu xəstəliklərə tutulmuş şəxslərin xəstəxanalara yerləşdirilməsi qaydasını və müddətlərini müvafiq icra hakimiyyəti orqanları müəyyən edir. Məlumdur ki, Azərbaycan Respublikasında yeni növ koronavirus (COVİD19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi elan edilmiş və bir sıra məhdudiyyətlər tətbiq edilmişdir. Belə ki, «Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbləri barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 189 saylı qərara əsasən-1. Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVİD-19) infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə aşağıda qeyd edilən hallarda sosial məsafəni gözləmək (insanlar arası məsafə 1,5-2 metr) şərtilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator və sair) istifadə edilməsi; 1.1. şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrində (avtobus, taksi, metro, dəmiryolu və s.); 1.2. bazarlarda, qapalı ictimai iaşə, ticarət və xidmət obyektlərində (həmin obyektlərdə göstərilən xidmət növündən asılı olaraq tənəffüs yollarını qoruyan fərdi vasitələrin çıxarılmasının zəruri olduğu hallar istisna olmaqla);1.3. dövlət orqanlarının (qurumlarının) binalarında vətəndaşların qəbulu və vətəndaşlara xidmət üçün nəzərdə tutulan sahələrdə; 1.4. fiziki və hüquqi şəxslərə məxsus binaların müştərilərə xidmət göstərilməsi üçün istifadə edilən sahələrində; 1.5. açıq sahəli ofislərdə və istehsalat yerlərində; 1.6. tarix və mədəniyyət abidələri hesab edilən qapalı məkanlarda, ibadət yerlərində, elm və səhiyyə müəssisələrində, sosial, mədəniyyət və digər bu kimi qapalı obyektlərdə; 1.7. ictimai nəqliyyat dayanacaqlarında, bilet kassalarının, bankomatların (ATM) və ödəniş terminallarının, ticarət, iş və xidmət obyektlərinin qarşısında növbədə; 1.8. insanların toplaşdığı və yaxın təmasda olduğu açıq havadakı ictimai yerlərdə onlar arasında sosial məsafənin qorunmasının mümkün olmadığı digər hallarda-müəyyən edilmişdir. Həmin qərarın 2-ci bəndində tənəffüs yollarını qoruyan fərdi vasitələrin istifadəsi yeni növ koronavirus (COVİD-19) infeksiyasına qarşı digər qoruyucu tədbirləri (gigiyena, sosial məsafə və s.) əvəz etməməsi və həmin qoruyucu tədbirlərin görülməsinin davam etdirilməsi və 3-cü bəndində bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulmasının Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olması qeyd edilmişdir. «Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 237 №-li qərarına əsasən “Koronavirus (COVİD-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu zamanı adambaşına müəyyən edilən sıxlıq normaları” təsdiq edilmiş, həmin qərarın 2.1, 2.2, 2.3cü bəndlərində müvafiq olaraq koronavirus (COVİD-19) pandemiyası dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu qüvvədə olan norma və qaydalardan 2 dəfə az olması və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə ikiqat artırılması, qida qəbulu zallarında oturacaqların ara məsafəsinin eyni masa arxasında 1 metrdən, masalararası məsafələrin isə 2 metrdən az olmaması, hər bir ictimai iaşə müəssisəsinin qarşısındakı lövhədə həmin müəssisənin qida qəbulu yerlərinin (zallar, otaqlar və s.) ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normalarının göstərilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. İş materiallarından görünür ki, X10 İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Xoxo” PUB evində hər hansı hüquqları, o cümlədən mülkiyyət, icarə və istifadə hüquqları dövlət qeydiyyatına alınmamışdır. Orxan Lətifli həmin PUB evinin mülkiyyətçisi, icarəçisi, istifadəçisi və sahibi deyildir. PUB evi ilə bağlı sahibkarlıq fəaliyyətini həyata keçirməmiş, vergi orqanlarına hesabatlar verməmiş, vergilər və sosial ödəmələr həyata keçirməmişdir. Həmin PUB evinin mülkiyyətçisi başqa şəxsdir. Ona görə də Orxan Lətifli törədilən inzibati xətaya görə vəzifəli şəxs hesab olunmur. Orxan Lətifli xx xxxxxxx 2020-ci il tarixdə həmin PUB evində epidemiya əleyhinə rejimi, sanitar gigiyena qaydalarını və karantin rejimlərini pozmuş, lakin bunu vəzifəli şəxs kimi deyil, adi fiziki şəxs kimi etmişdir. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi haqlı olaraq Orxan Lətiflini Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilsə də, ona qarşı İXM-nin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tənbehini düzgün tətbiq etməmişdir. Yəni inzibati tənbeh müəyyən edən qanun normasını düzgün tətbiq etməmiş, ona qarşı tətbiq edilən tənbeh qanunun tələblərinə uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin rəisi Orxan Lətifliyə İXM-nin 211.1-ci maddəsində fiziki şəxslər üçün nəzərdə tutulmuş cərimə tənbehi məbləğini tətbiq etmək əvəzinə vəzifəli şəxslər üçün nəzərdə tutulan cəriməni tətbiq etmişdir. Bu da qanunun tələblərinə ziddir və şəxsin hüquqlarının pozuntusudur. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Qida X1 Regional Bölməsi Orxan Lətiflinin tərəfindən “Xoxo” PUB evində təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifəsində işləməsi və İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı vəzifəli şəxs olması və ona inzibati tənbehin düzgün tətbiq edilməsi barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1, 135.1.1 və 135.1.6-cı maddələrinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, şikayət qismən təmin edilməklə, Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilməli, X12 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə vəzifəli şəxs kimi tətbiq edilən 3000 (üç min) manat məbləğində inzibati cərimə dəyişdirilərək fiziki şəxs kimi 200 (iki yüz) manat məbləğində müəyyən olunmalı, qərar qalan hissədə dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X10 Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarından şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Qida X1 Regional Bölməsinin xx xxxxxx 2020-ci il tarixli MN ******* nömrəli qərarı dəyişdirilsin, X12 təqsirli bilindiyi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə vəzifəli şəxs kimi tətbiq edilən 3000 (üç min) manat məbləğində inzibati cərimə dəyişdirilərək fiziki şəxs kimi 200 (iki yüz) manat məbləğində müəyyən olunsun, qərar qalan hissədə dəyişdirilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-403/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-403/2020
04.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver