Məhkəmə qərarları › İş №3(037)-405/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-405/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-405/2020 24.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxxxx 1972-ci il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində “QAZ-3110” markalı ** BG *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi, Qaraməryam-İsmayıllı-Şəki yolunun 20 kilometrində idarə etdiyi avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “VAZ-2106” markalı ** BL *** dövlət qeydiyyat nömrəli minik avtomobilinin yoluna çıxaraq həmin avtomobillə toqquşması, nəticədə “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nömrəli minik avtomobilə maddi ziyan dəyməsi faktı üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə axşam saatlarında idarə etdiyi “QAZ-3110” markalı ** BG *** dövlət qeydiyyat nömrəli minik avtomobili ilə Qaraməryam-İsmayıllı-Şəki yolunda hərəkətdə olarkən qarşıdan gələn avtomobilin uzaq vuran işıqları gözünə düşmüş və yolu görmədiyi üçün həmin avtomobilin yoluna çıxaraq onunla toqquşmuşdur. Hadisə nəticəsində “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobilə maddi ziyan dəymişdir. Dəymiş ziyanı maddi imkanı olmadığı üçün ödəyə bilmir. Onun “C” kateqoriyalı sürücülük vəsiqəsi vardır. Lakin minik avtomobilini idarə etmək üçün sürücülük hüququ yoxdur və hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Hazırda əməlindən peşmandır. Qeyd etdikləri nəzərə alınmaqla qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verək göstərdi ki, “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nömrəli avtomobil baş etibarnamə ilə ona məxsusdur. Hadisə zamanı həmin avtomobildə olmuş və avtomobili Amil Niftalıyev idarə etmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 00:00 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunda qarşıdan gələn “QAZ-3110” markalı avtomobil qəflətən onların yoluna çıxmış və hadisə baş vermişdir. Hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş 2185 (iki min yüz səksən beş) manat məbləği ödənilməmişdir və o, ziyanı tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. xx xxxxxx 2020-ci il tarixli 642167 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:15-də tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 0,631 %) olduğu müəyyən edilmişdir. xx xxxxxx 2020-ci il tarixli portal məlumat sistemi üzrə çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs C kateqoriyalı sürücülük hüququ vardır. “xxxxxxxxxx” ASC-nin İsmayıllı filialının xx xxxxxx 2020-ci il tarixli arayışında “VAZ- 21063” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2185 (iki min yüz səksən beş) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 00:10 radələrində “QAZ-3110” markalı ** BG *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdərək, Qaraməryam-İsmayıllı-Şəki yolunun 20 kilometrində idarə etdiyi avtomobillə hərəkətdə olarkən əks istiqamətdə hərəkətdə olan X1 idarə etdiyi “VAZ-2106” markalı ** BL *** dövlət qeydiyyat nömrəli minik avtomobilinin yoluna çıxaraq həmin avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində “VAZ-21063” markalı ** BL *** dövlət qeydiyyat nömrəli minik avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddələrlə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası Yol X2 34-cü maddəsinin 3-cü bəndinə əsasən “B” aşağıdakı nəqliyyat vasitələrini idarə etmək üçün “A” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan, oturacaq yerlərinin sayı sürücü oturacağından əlavə 8-dən artıq olmayan avtomobilləri, qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri, qoşqusunun icazə verilən maksimal kütləsi 750 kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibin icazə verilən maksimum kütləsi 3500 kq-dan artıq olmayan “B” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün verilir. Həmin Qanunun 34-cü maddəsinin 4-cü bəndinə əsasən “C” - “D” kateqoriyasına aid edilməyən, icazə verilən maksimum kütləsi 3.500 kq-dan artıq olan avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olmayan “C” kateqoriyasından olan avtomobilləri idarə etmək üçün verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə X3 tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar