Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-407/2020 03.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1991-ci ildə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi 55WHOOR Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxx 2020-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhəri, M.Müşviq küçəsində yerləşən “xxxx” ASC-nin həyətində Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Natiq Rəhimovun xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Rəhim Bədəlov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X4 izahatında göstərdi ki, Şəxs arvadı “xxxx” ASC-nin həyətində Zərərçəkmiş şəxs döyməsi faktı üzrə araşdırma aparılmış və İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Natiq Rəhimovun xx xxxxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxsə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərini pozduğundan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə toplanmış material və onun əsasında qəbul edilmiş MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, müqavilə əsasında İsmayıllı şəhərində yerləşən “xxxx” ASC-də mühafizəçi işləyir. xx xxxx 2020-ci il tarixdə işdə olarkən sonradan adlarını bildiyi Eyvaz və Rahil ASC-nin həyətinə daxil olaraq toyuq almaq istədiklərini bildirmişlər. Onlardan çöldə gözdəmələrini xahiş etmiş və müdiriyyətə xəbər edəcəyini bildirmişdir. Rahil çölə çıxsa da Eyvaz çölə çıxmamışdır. Həmin vaxt həyətdə olan ASC-də sürücü işləyən atası Qarakişi də Eyvazın çölə çıxmadığını görmüş və atası da Eyvazın çöldə gözləməsini xahiş etmişdir. Bu zaman Eyvaz atasına çölə çıxmayacağını bildirmiş və aralarında mübahisə yaranmışdır. Eyvazın atasını yumruqla vurmaq istədiyini görmüş və o Eyvazın çiynindən tutaraq çölə çıxarmaq istəmişdir. Bu zaman Eyvaz heç bir söz demədən onun üzündən bir dəfə yumruqla vurmuşdur. Bu zaman Rahil onlara yaxınlaşaraq onun qolundan tutmuş və Eyvaz yenidən onun üz nahiyəsindən 5-6 dəfə yumruqla vurmuşdur. O, müvazinətini itirmiş və yerə yıxılmışdır. Bundan sonra da Eyvaz və Rahil xatırlamadığı sayda ona yumruq və təpiklə vurmuşlar. Eyvazla Rahil onun müqavimət göstərə bilmədiyini görüb oradan uzaqlaşaraq getmişlər. Hadisə vaxtı o, Eyvazı vurmamış və ona xəsarət yetirməmişdir. Eyvazın əlindən aldığı zədə onun başından zərbələr endirərkən yaranmışdır. Eyvaz hadisədən bir neçə gün sonra həkim müayinəsindən keçmişdir. Hazırda Eyvaz onu bağışlamış və onlar barışmışlar. Odur ki, işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə qardaşı Rahillə birlikdə İsmayıllı şəhərində yerləşən “xxxx” ASC gedərək toyuq almaq istəmişlər. ASC-nin həyətinə daxil olduqda sonradan adını bildiyi orada işləyən Qarakişi adlı şəxs ona yaxınlaşaraq kobud şəkildə çölə çıxmasını tələb etmişdir. O, çölə çıxmaq istədikdə sonradan adını bildiyi Qarakişinin oğlu Elgün üzərinə gələrək onun sifətinə yumruq atmış, lakin yumruq ona dəyməmişdir. Elgün iki əli ilə onun boğazından tutmuş və yerə yıxılmışlar. Yerə yıxılarkən Elgün təpiklə onun əlindən vurmuşdur. Elgünlə yerdə uzanıqlı vəziyyətdə olarkən Elgünün sifət nahiyəsindən iki dəfə yumruqla vurmuşdur. Bu zaman Rahil onları ayırmağa çalışmış və Rahil onları ayırdıqdan sonra oradan çıxıb getmək istəmişlər. Bu zaman Qarakişi əlində bellə, Elgün isə əlamətlərini dəqiq görə bilmədiyi nəsə götürüb üstünə gəldiyini görmüşdür. Bu zaman Rahil Elgünün əlində olan aləti alaraq kənara atmışdır. Qarakişi də sakitləşmiş və oradan uzaqlaşaraq çıxıb getmişlər. Hazırda o, Elgünü bağışlamış və onunla barışmışdır. Elgünlə barışmasını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş üzrə şahid qismində dindirilmiş Şahid izahat verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə qardaşı Eyvazla birlikdə İsmayıllı şəhərində yerləşən “xxxx” ASC gedərək toyuq almaq istəmişlər. ASC-nin həyətinə daxil olduqdan sonradan adını bildiyi orada işləyən Elgün və Qarakişi onlara yaxınlaşaraq kobud şəkildə çölə çıxmalarını tələb etmişdir. O, çölə çıxsa da, Eyvaz çölə çıxmamış və Qarakişi ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elgün Eyvaza yumruq atmış, lakin yumruq Eyvaza dəyməmişdir. Qarakişi Eyvazın üzərinə getmək istəyərkən o, Qarakişini saxlamış və mübahisə böyüməsin deyə onu sakitləşdirmək istəmişdir. Bu zaman Elgün Eyvazın boğazından tutmuş və təpiklə Eyvazın əlindən vurmuşdur. Onlar yerə yıxılmış və Eyvaz yerdə Elgünün üzündən yumruqla vurmuşdur. O, Elgünlə Eyvazı ayırmış və oradan çıxıb getmək istəmişlər. Bu zaman Qarakişi beli, Elgün isə yabanı əlinə alaraq onlara tərəf gəlmişlər. O, irəli çıxaraq Elgünün əlindən yabanı alaraq kənara atmışdır. Bundan sonra idarə etdiyi avtomobilə əyləşərək oradan uzaqlaşaraq çıxıb getmişlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 111 №-li xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət –sağ saidin piqmentasiya sahəsi qançır izi olub küt əşya (alət) təsirindən törənmiş, törənmə müddəti müayinədən 20-30 gün əvvəl olmaqla qaərarın təsviri hissəsində göstərilən xx xxxx 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İsmayıllı rayon Polis Şöbəsinin İstintaq Bölməsinin müstəntiqi Natiq Rəhimovun xx.xx.2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, Zərərçəkmiş şəxs və Şahid barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati icraat açılması üçün qərarın surəti İsmayıllı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhəri, M.Müşviq küçəsində yerləşən “xxxx” ASC-nin həyətində Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş və bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs Zərərçəkmiş şəxsla barışmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İnzibati xətanı törətmiş şəxs Elgün Babzadə Zərərçəkmiş şəxsla barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.9, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-407/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-407/2020
03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver