Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-408/2024 08.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxx 1972-ci il tarixdə Şuşa rayonu İmamqullar kəndində anadan olmuş, həmin kənddə qeydiyyatda olmaqla, İsmayıllı rayonu Kəlbənd kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, müəllim işləyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 08 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 04 iyun 2024-cü il tarixdə saat 14:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi ”Opel” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonu Quşencə kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən, qarşıda eyni istiqamətdə hərəkətdə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Shacman” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə ”Opel” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti alması və Zərərçəkmiş şəxs2 məxsus “Shacman” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı üzrə təhqiqatçı Xəyal Şərifovun 25 avqust 2024-cü il tarixli qərarı cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində inzibati tədbir görülməsi üçün BDYPİ-nə göndərilmişdir. İsmayıllı rayon X2 X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 24 sentyabr 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Baş Dövlət Yol Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 04 iyun 2024-cü il tarixdə ”Opel” markalı avtomobillə qızı Mələklə birlikdə nəvəsini baxçadan götürməyə gedirmiş. Həmin vaxt idarə etməni itirmiş və qarşıda hərəkətdə olan “Shacman” markalı avtomobilə vurmuşdur. Zərəçəkmiş şəxslərin ona qarşı tələb və şikayətləri yoxdur. Əməlindən peşmandır. Ona sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı olmayan tənbeh verilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 02 fevral 2024cü il tarixdə verilmiş sürücülük vəsiqəsindən görünür ki, onun nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. Məhkəmə-Tibbi Ekspertiza və X1 284 №-li 27.iyun 2024-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – qapalı kəllə-beyin travması , baş beyin silkələnməsi ilə müşayiət edilən alın nahiyyəsinin və sağ qaş qövsünün yaraları, sağ hər iki göz qapaqlarının, hər iki gözaltı nahiyyələrin qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 04 iyun 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. 25 avqust 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Şəxs barəsində inzibati tədbir görülməsi üçün BDYPİ-nə göndərilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 04 iyun 2024-cü il tarixdə saat 14:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi ”Opel” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonu Quşencə kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən, qarşıda eyni istiqamətdə hərəkətdə Zərərçəkmiş şəxs2 idarə etdiyi “Shacman” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ”Opel” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almış və Zərərçəkmiş şəxs2 məxsus “Shacman” markalı, ** CA *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-408/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-408/2024
08.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver