Məhkəmə qərarları › İş №3(037)-409/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-409/2020

01.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-409/2020 01.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Abdulov Şəxs və müdafiəçisi X4 iştirakı ilə, xx xxxxx 1975-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, həmin kənddə yaşayan. Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Abdulov Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-19/2019 saylı icra vərəqəsinə əsasən Abdulov Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2007-ci il təvəllüdlü Abdulov Turan Şəxs oğlu və xx xxxxxx 2007-ci il təvəllüdlü Abdulov Tural Şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq Abdulova (Sarıyeva) Leyla Qərib qızına və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə təyin olunmuş aliment miqdarı artırılaraq xx xxxxxx 2020ci il tarixli 2(037)-1028/2019 saylı icra vərəqəsinə əsasən Abdulov Tural Şəxs oğlundan xx xxxxxx 2003-cü il təvəllüdlü Abdulova Turanə Şəxs qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkar X5 ödənilməli olan 1566 (min beş yüz altmış altı) manat və tələbkar Pərvanə Quliyevaya ödənilməli olan 4934 (dörd min doqquz yüz otuz dörd) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, Şəxs Abdulov qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədlərini vaxtında və tam icra etməmişdir. İcra sənədləri İcra Şöbəsinin icraatında olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də, icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə xx xxxxxx 2020-ci il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkar X5 ödənilməli olan 1566 (min beş yüz altmış altı) manat və tələbkar Pərvanə Quliyevaya ödənilməli olan 4934 (dörd min doqquz yüz otuz dörd) manat borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. X1 və X6 hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişlər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Abdulov izahat verərək göstərdi ki, bir neçə aydır ki, karantin rejimi ilə əlaqədar iş yerləri bağlanmışdır. Bu səbəbdən aliment borcundan ödənişlər edə bilməmişdir. Ona vaxt verilərsə hər iki icra vərəqəsi üzrə borcundan hissə-hissə ödənişlər edəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Şəxs Abdulov tələbkar X5 ödənilməli olan 1566 (min beş yüz altmış altı) manat və tələbkar Pərvanə Quliyevaya ödənilməli olan 4934 (dörd min doqquz yüz otuz dörd) manat borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(037)-19/2019 saylı icra vərəqəsinə əsasən Abdulov Şəxs xx xxxxxx 2018-ci il tarixdən başlayaraq xx xxxxxx 2007-ci il təvəllüdlü Abdulov Turan Şəxs oğlu və xx xxxxxx 2007-ci il təvəllüdlü Abdulov Tural Şəxs oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay, hər uşağa 100 (bir yüz) manat olmaqla, cəmi 200 (iki yüz) manat məbləğində aliment tutularaq Abdulova (Sarıyeva) Leyla Qərib qızına və İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2008-ci il tarixli qətnaməsi ilə təyin olunmuş aliment miqdarı artırılaraq xx xxxxxx 2020-ci il tarixli 2(037)-1028/2019 saylı icra vərəqəsinə əsasən Abdulov Tural Şəxs oğlundan xx xxxxxx 2003-cü il təvəllüdlü Abdulova Turanə Şəxs qızının yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 (bir yüz) manat məbləğində aliment tutularaq X3 ödənilməsi qət edilmişdir. İcra vərəqələri icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. İcra sənədləri üzrə zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda X5 ödənilməli olan 1566 (min beş yüz altmış altı) manat və Pərvanə Quliyevaya ödənilməli olan 4934 (dörd min doqquz yüz otuz dörd) manat aliment borcu ödənilməmiş qalmışdır. Borclu Şəxs Abdulov qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir.. Məhkəmə iş materiallarını nəzərdən keçirib icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını və vəkilin fikrini dinləyərək qərara gəlir ki, borclu Şəxs Abdulov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs Abdulov barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs Abdulov tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Abdulov Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Abdulov Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən saat 18:30-dan hesablansın. İnzibati həbs müddəti xx xxxxxx 2020-ci il tarixdə saat 18:30-da başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar