Məhkəmə qərarları › İş №3(037)-410/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-410/2020

03.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-410/2020 03.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və müdafiəçisi X1 iştirakı ilə, xx xxxx 1970-ci il tarixdə Abşeron rayonu Xırdalan qəsəbəsində anadan olmuş, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Dostmar” ərzaq mağazasından 1 ədəd 1 litr, 1 ədəd 0.350 litr “Jack Daniels” markalı viski, 2 ədəd 700 ml “Januson İrish” markalı viski oğurlamaqla mağazaya 169 (yüz altmış doqquz) manat 9 qəpik maddi ziyan vurulması faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Səfa Əsgərovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Ruslan Şirinov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ruslan Şirinov izahatında göstərdi ki, Şəxs İsmayıllı şəhəri ərazisində yerləşən “Dostmar” ərzaq mağazasından 1 ədəd 1 litr, 1 ədəd 0.350 litr “Jack Daniels” markalı viski, 2 ədəd 700 ml “Januson İrish” markalı viski oğurlaması faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş barəsində İXM 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Dostmart” ərzaq mağazasından 1 ədəd 1 litr, 1 ədəd 0.350 litr “Jack Daniels” markalı viski, 2 ədəd 700 ml “Januson İrish” markalı viski oğurlamışdır. Həmin içkiləri müxtəlif vaxtlarda özü içmişdir. Onun zərərçəkmişə dəymiş ziyanı ödəmək imkanı yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Dostmar” ərzaq mağazasında müdir işləyir. İsmayıllı şəhər sakini Şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə “Dostmart” ərzaq mağazasından 1 ədəd 1 litr, 1 ədəd 0.350 litr “Jack Daniels” markalı viski, 2 ədəd 700 ml “Januson İrish” markalı viski oğurlamışdır. Həmin malların dəyəri 169 (yüz altmış doqquz) manat 9 qəpik təşkil edir. Dəymiş ziyanı tələb edir. Şəxs bağışlamamışdır və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı polis kapitanı Səfa Əsgərovun xx.xx.2020-cu il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün İsmayıllı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Zərərçəkmiş şəxs “Dostmart” ərzaq mağazasında mağaza müdiri vəzifəsində işləyir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək olan müddətdə İsmayıllı şəhəri, Cavanşir küçəsində yerləşən “Dostmart” ərzaq mağazasından 1 ədəd 1 litr, 1 ədəd 0.350 litr “Jack Daniels” markalı viski, 2 ədəd 700 ml “Januson İrish” markalı viski oğurlamışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin izahatlarını dinləyərək, müdafiəçinin fikrini nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə ona digər inzibati tənbeh verilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 25 (iyirmi beş) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta törətmiş Şəxs tətbiq edilən inzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx xxxxxx 2020-cuiil tarixdə saat 12:45-dən hesablanmalıdır. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə "Dostmart" ərzaq mağazasına dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 25 (iyirmi beş) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən saat 12:45-dən hesablansın. İnzibati həbs müddəti xx xxxxxx 2020-ci il tarixdə saat 12:45-də başa çatmış hesab edilsin. "Dostmart" ərzaq mağazasına dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar