Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-413/2020 25.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının yol patrul xidməti inspektoru polis baş serjantı X2 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının xx xxxxxx 2020-ci il tarixli TP ******* saylı qərarından şikayətinə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının xx xxxxxx 2020-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. X3 izahat verərək göstərdi ki, o, Bakı şəhərində yaşayır. xx xxxxxx 2020-ci il tarixdə özünə məxsus idarə etdiyi “X9” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki yolunun 47-ci km-də hərəkətdə olarkən, qarşıda eyni istiqamətdə hərəkətdə olan iki avtomobili ötmə əməliyyatı aparmaq istəmişdir. Ötmə əməliyyatı apararkən qarşıda olan ilk avtomobili keçmiş və ikinci avtomobili keçərkən avtomobilin sürücüsü qəflətən sola dönmə əməliyyatı aparmış və onun idarə etdiyi avtomobil həmin avtomobilin arxa hissəsindən dəymişdir. Nəticədə xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəymişdir. Bir qədər sonra hadisə yerinə yol polis əməkdaşları gəlmiş və yol patrul xidməti əməkdaşı araşdırma apardıqdan sonra hadisənin onun təqsirindən törənməsini müəyyən etmişdir. Bundan sonra barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş və həmin protokol əsasında 60 (altmış) manat miqdarında cərimə olunmuşdur. Mən həmin qərarı qanunsuz və əsassız hesab edirəm. Belə ki, hadisənin törənməsində günahkar digər avtomobilin sürücüsü olmuşdur. Həmin avtomobilin sürücüsü sola dönmə əməliyyatı apararkən, dönmə işığından istifadə etməmiş və arxadan avtomobilin gəlib-gəlməməsinə baxmamışdır. Ona görə də, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının xx xxxxxx 2020-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının yol patrul xidməti inspektoru polis baş serjantı X4 izahat verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 47-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi baş vermişdir. Həmin əraziyə getmiş və yol nəqliyyat hadisəsinin baş vermə səbəblərini araşdırmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Qaraməryam-İsmayıllı-Şəki yolunun 47-ci km-də “X9” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü qarşıda eyni istiqamətdə hərəkətdə olan iki avtomobili ötmə əməliyyatı aparmış, qarşıda gedən ilk avtomobili ötdükdən sonra, eyni istiqamətdə hərəkətdə olan ikinci avtomobil “QAZ-3302-18” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobili keçərkən həmin avtomobilin sürücüsü sola dönmə siqnalından istifadə edərək dönmə əməliyyatı aparmışdır. Bu zaman “X9” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobil “QAZ-3302-18” markalı, ** XH *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ hissəsindən toqquşmuşdur. Hadisə zamanı “X9” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürəti yüksək olmuş və “X9” markalı avtomobil toqquşma yerindən 75 metr kənara gedərək yolun kənarına düşmüşdür. Həmin ərazidə sola dönmə nişanı olsa da, Nurlan Məmmədov ötmə əməliyyatı apararkən qarşıda gedən avtomobillərin sürət həddini nəzərə almamış və sola dönmə əməliyyatı aparıb-aparmamasını gözləməmişdir. Bununla da, “X9” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Nurlan Məmmədov “X7 Qanunun” 51-ci maddəsinin tələblərini pozmaqla ötmə əmliyyatını düzgün aparmadığı üçün barəsində Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati xəta haqında protokol tərtib olunmuş və həmin protokol əsasında qərar qəbul edilərək Nurlan Məmmədov 60 (altmış) manat məbləğində inzibati cərimə olunmuşdur. Qeyd edilən qərar qəbul edilərkən qanunvericiliyinin tələblərinə tam riayət olunmuşdur. Hesab edir ki, həmin qərarın ləğv edilməsi üçün əsas yoxdur. Ona görə də şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının xx xxxxxx 2020-ci il tarixli TP ******* saylı qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının inspektoru X4 tərəfindən X1 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən edilir ki, X3 həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 60 (altmış) manat miqdarında inzibati cərimə edilmişdir. Qeyd olunan qərarda Nurlan Məmmədovun avtomobili idarə edərkən ötmə qaydalarını pozması göstərilmişdir. “Yоl hərəkəti hаqqındа” Аzərbаycаn Rеspublikаsı Qаnununun 51-ci mаddəsinin İ hissəsinə əsasən ötməyə başlmazadan əvvəl sürücü əmin olmalıdır ki: girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaq; eyni zolaqda arxasınca gələn nəqliyyat vasitəsi onu ötməyə başlamayıb, özündən qabaqda gedən nəqliyyat vasitəsi isə ötmə, sola dönmə, yerdəyişmə barədə siqnal vermir; qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün təhlükə və ya maneə yaratmadan çıxmaq istədiyi hərəkət zolağı kifayət edən məsafədə boşdur və iki nəqliyyat vasitəsinin nisbi sürəti ötməni kifayət qədər qısa müddətdə başa çatdırmağa imkan verəcəkdir; Həmin Qanunun 51-ci maddəsinin İİ hissəsinə əsasən relssiz nəqliyyat vasitəsini yalnız sol tərəfdən ötməyə icazə verilir. Lakin sürücüsü sola dönmə siqnalı verən və manevrə başlayan nəqliyyat vasitəsini sağ tərəfdən ötmək lazımdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 120-ci maddəsinə əsasən bu Məcəllənin 327-348-ci maddələrində nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlərə, bu fəsillə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllə ilə müəyyən edilmiş qaydada baxılır. X3 hazırki şikayətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının inspektoru X4 tərəfindən barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın əsassız olduğunu qeyd etməklə həmin qərarı mübahisələndirsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Nurlan Məmmədov idarə etdiyi “X9” markalı, ** UX *** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun 47-ci km-də hərəkətdə olarkən, həmin yolda olan sola dönmə nişanını nəzərə almayaraq qarşısında eyni zolaqda hərəkətdə olan iki avtomobili eyni vaxtda ötmə əməliyyatı aparmış və yol nəqliyyat hadisəsi baş vermişdir. Bununla da Nurlan Məmmədovun ötmə qaydalarını pozduğu və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətdiyi aşkar surətdə müəyyən edilir. Eyni hərəkət zolağında hərəkətdə olan iki avtomobili eyni vaxtda ötmə əməliyyatı aparmasını Nurlan Məmmədov özü də inkar etməmişdir. Nurlan Məmmədov qeyd olunan qərarın qanunsuz və ya əsassız olması ilə bağlı, həmin qərarın ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hər hansı sübutunu məhkəməyə təqdim etməmişdir. Nurlan Məmmədovun hazırki şikayətində və məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar onun barəsində tərtib edilən inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati tənbeh vermə haqqında elektron qərardan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının xx xxxxxx 2020-ci il tarixli TP ******* saylı qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 Yol-Patrul Xidməti alayının 4-cü tağımının inspektoru X2 tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-413/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-413/2020
25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver