Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-415/2020 25.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə Ağdərə rayonu İmarət Qərvənd kəndində anadan olmuş, Tərtər rayonu Çardaxlı kəndində qeydiyyatda olmaqla, İsmayıllı rayonu Kəlbənd kəndində yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Belarus 892” markalı, 90 K 276 dövlət qeydiyyat nişanlı traktorla Zərərçəkmiş şəxs məxsus örüş sahəsində olan qapını aşırmaqla sonuncuya 6 (altı) manat 50 qəpik dəyərində maddi ziyan vurması faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Elsevər Mazanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi “Belarus 892” markalı, 90 K 276 dövlət qeydiyyat nişanlı traktorla Zərərçəkmiş şəxs məxsus örüş sahəsində olan qapını aşırmaqla sonuncuya 6 (altı) manat 50 qəpik dəyərində maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, qeyd olunan örüş sahəsi ilə əlaqədar Zərərçəkmiş şəxsla ralarında münaqişələri vardır. Həmin ərazi kəndin ümumi örüş sahəsidir. Asəf həmin ərazini qanunsuz olaraq hasarlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə idarə etdiyi traktorla özünə məxsus əkin yerini şumlamağa getmişdir. Sahəyə çatdıqda traktorun nəyəsə dəydiyini eşitmiş, lakin fikir verməmiş və yoluna davam etmişdir. Sahəyə çatdıqda Asəfin ona məxsus 7 baş inək malını itləri ilə birlikdə örüş sahəsindən çıxardığını görmüşdür. O, Asəfə öz iradını bildirdikdə aralarında söz mübahisəsi olmuşdur. Bir qədər sonra oradan uzaqlaşaraq çıxıb getmişdir. O, həmin vaxt o, traktoru Asəfin üzərinə sürməmiş, Asəfə məxsus hər hansı əmlaka ziyan vurmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxslə bir neçə müddətdir ki, torpaq sahəsi ilə bağlı münaqişələri vardır. Belə ki, Kəlbənd kəndi ərazisində ona məxsus örüş sahəsi vardır. Həmin sahəsinin mülkiyyət sənədi olmasa da, bir neçə kənd sakinləri kimi o da həmin ərazini hasarlayaraq istifadə edir. xx xxxxxxx 2020ci il tarixdə saat 08:00 radələrində həmin sahəyə gəldikdə Şəxs məxsus 7 baş inək orada olduğunu görmüş və heyvanları sahədən çıxarmışdır. O, Aydına mobil telefonu ilə zəng edərək heyvanları nəzəratsiz qoymamasını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Aydın idarə etdiyi traktorla həmin əraziyə gələrək onunla mübahisə etmişdir. Həmin Aydın onun üzərinə traktoru sürmüş və o qaçmışdır. Bundan sonra Aydın sahənin qapısını aşırmış və oradan uzaqlaşaraq çıxıb getmişdir. O, bu barədə DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Təhqiqatçı tərəfindən iş tam araşdırılmamış, Aydının onun üzərinə traktor sürməsinə qiymət verilməmişdir. Hazırda o, Aydınla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. “xxxx” ASC-nin 91 №-li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, armaturların bir-birinə məftillə bağlanması ilə kustar üsulla hazırlanmış əkin və ya örüş sahələri üçün nəzərdə tutulmuş qapının 1(bir) ədədinin orta bazar qiymətlərinə uyğun real pərakəndə satış qiyməti 6 (altı) manat 50 qəpik təşkil etdiyi qeyd edilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarı qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti İsmayıllı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığından barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, təhqiqatçı rədd qərarında Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində yerləşən bir ədəd qapının Şəxs idarə etdiyi traktorla aşıraraq, Zərərçəkmiş şəxs 6 (altı) manat 50 qəpik məbləğində maddi ziyan vurduğu üçün əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tərkib əlamətləri olduğunu göstərsə də, Zərərçəkmiş şəxs həmin torpaq sahəsinin mülkiyyətçisi və ya icarəçisi olub-olmamasını və həmin qapının qəsdən Şəxs tərəfindən zədələnməsi araşdırmamışdır. İş materiallarında ziyan vurulmuş qapının yerləşdiyi torpaq sahəsinə Zərərçəkmiş şəxs mülkiyyət, icarə və istifadə hüquqlarının dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd yoxdur. Həmçinin Şəxs Zərərçəkmiş şəxs məxsus torpaq sahəsində yerləşən bir ədəd qapını qəsdən zədələməsi məhkəmə iclasında öz təsdiqini tapmadı. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan 2020-ci il tarixdə vurduqda - inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə məsuliyyətin yaranması üçün təqsirli şəxsin əməlində qəsd olmalıdır. İXM-nə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0, 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətlərinin olması öz təsdiqini tapmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1 ,43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-415/2020
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-415/2020
25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver