Məhkəmə qərarları › İş №3(037)-416/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-416/2025

19.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-416/2025 19.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı rayon Məhkməsinin hakimi Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X1, Qərarından şikayət verilən İsmayıllı rayon X9 X10 nümayəndəsi X2 iştirakı ilə, X1 İsmayıllı rayon X9 X10 xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə 19 dekabr 2025-ci il tarixdə, İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X3 məhkəməyə müraciət edərək İsmayıllı rayon X9 X10 polis kapitanı X8 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3 şikayətində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:25 radələrində idarə etdiyi MERSEDES BENZ 906 KA30 YÜK markalı, **-SU-*** dövlət qeydiyyat nişanlı avtomobilimlə İsmayıllı şəhəri Cavanşir küçəsi ilə hərəkət edib H.Əliyev prospekti ilə kəsişən hissəsində işiqforun tələblərinə riayət edərək avtomobili saxlamış, yaşıl işıq yandıqdan sonra, yolayrıcında, əks istiqamətdə hərəkət edən, üstünlük hüququna malik VAZ 2109 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sağa dönərək “DOST” marketin qarşısında dayandıqdan sonra mən hərəkət etməyə başlamış, (həmin anda əks istiqamətdə başqa avtomobil olmamışdır.) dönmə əməliyyatını başa çatdırdıqdan sonra həmin VAZ 2109 markalı, dövlət qeydiyyat nişanlı avtomobili ötüb keçdikdən bir müddət sonra, (yolayrıcından təxminən 20 metr məsafə qət etdikdən sonra) “şevrolet” markalı (dövlət qeydiyyat nişanını görmədiyim) başqa avtomobil də öz yolu ilə sərbəst hərəkət edib çıxıb getmişdir. Təxminən 17:00 radələrində cərimə olunmasına dair mobil telefonuna SMS gəlmişdir. Polis Şöbəsinə gəlmiş, etirazını bildirdikdən sonra xx.xx.2025-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh haqqında qərarın surəti ona təqdim edilmişdir. Göründüyü kimi o, heç bir qayda pozmamış, hərəkətin digər iştirakçılarına maneçilik törətməmişdir. İsmayıllı rayon Polisi Şöbəsinin (Polis kapitanı X5) xx.xx.2025-ci il tarixli, TP № ******* saylı inzibati tənbeh haqqında qərari ilə o, İXM-nin 327.2-ci maddəsində (yolayrıcını keçmə qaydalarının pozulması) nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilərək 100 manat məbləğində cərimə etmişdir. Belə ki, hadisənin faktiki mexanizmi polis tərəfindən tam və obyektiv qiymətləndirilməmişdir. Ona görə də, İsmayıllı rayon X9 X10 polis kapitanı X8 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X3 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı şəhəri Cavanşir küçəsi ilə hərəkət edib H.Əliyev prospekti ilə kəsişən hissəsində işiqforun tələblərinə riayət edərək avtomobili saxlamış, yaşıl işıq yandıqdan sonra, əks istiqamətdə hərəkət edən avtomobil sağa dönərək hərəkətini bitirdikdən sonra hərəkət etməyə başlamışdır. Həmin vaxt əks istiqamətdə heç bir avtomobil olmamış və hər hansı bir avtomobilin hərəkətinə maneçilik törətməmişdir. Buna baxmayaraq barəsində qərar qəbul edilərək 100 manat məbləğində cərimə edilmişdir. Ona görə də, qəbul edilmiş qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən İsmayıllı rayon X9 X10 nümayəndəsi X4 izahat verərək göstərdi ki, sürücü yol ayrıcında hərəkətdə olarkən, sağ istiqamətdə hərəkətdə olan avtomobilə yol verməmişdir. Həmin xəta xidməti avtomobildə olan kamera vasitəsi ilə qeydə alınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon X9 X10 polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə proses iştirakçılarının dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. X3 şikayətində İsmayıllı rayon X9 X10 polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı mübahisələndirib iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatlarında, onun tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlili məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, iş materiallarında olan yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə protokoldan və məhkəməyə təqdim edilmiş video görüntüdən də görünür ki, şikayətçinin həmin inzibati xətanı törətməsi təsdiq edilir. Belə ki, “X12” Azərbaycan Qanununun 42-ci maddəsinin 5-ci hissəsinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və ya əsassız olmasına dəlalət edən hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. X1 məhkəmə iclasında verdiyi izahatında qeyd etdiyi xüsusatlar isə onun barəsində tərtib edilən inzibati xəta haqqında protokol və bu protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas deyildir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, X3 barəsində hazırki inzibati xəta haqqında protokol qanuni əsaslarla tərtib edilmiş və o, qeyd olunan inzibati xətaya görə qanunvericilikdə müəyyən edilmiş inzibati tənbeh çərçivəsində, həmin inzibati tənbehi tətbiq etmək səlahiyyəti olan orqan tərəfindən inzibati məsuliyyətə cəlb edilərək inzibati qaydada tənbeh edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinin məzmununa görə inzibati xəta haqqında protokoldan verilən şikayətə və ya protestə baxılarkən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadıqda həmin qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsinin tələbinə əsasən qərara gəlir ki, İsmayıllı rayon X9 X10 polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmadığından X1 hazırki şikayəti təmin edilməməli və qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X1 İsmayıllı rayon X9 X10 polis kapitanı X8 tərəfindən qəbul edilmiş xx.xx.2025ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayəti təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar