Məhkəmə qərarları › İş №3(037)-418/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-418/2020

21.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-418/2020 21.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Adgözəlova Nurlan İmran oğlunun iştirakı ilə xx xxxxxx 1986-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu ismayıllı kəndində yaşayan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Adgözəlova Nurlan İmran oğlu barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-855/2018 saylı icra vərəqəsinə əsasən Şəxs xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxx 2018-ci il tarixədək hər ay üçün 137 manat, xx xxxxxx 2018-ci il tarixdən isə yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq Adgözəlova Fidan Nurlan qızı 3 yaşına çatanadək hər ay 50 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra iş üzrə icra sənədi icra edilməsi üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Borclu həmin məhkəmə qətnaməsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3816 (üç min səkkiz yüz on altı) manat borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin rəisi X2 izahat verərək göstərdi ki, Şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə dair icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində müvafiq orqanlara sorğular göndərilmiş, lakin borcluya məxsus tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. Borclu İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə dəvət edilsə də icra məmurunun çağırışlarına da gəlməmişdir. Borclunun yerini müəyyən etmək mümkün olmamış, bu səbəbdən də onun barəsində axtarış elan edilmişdir. Həmin qərar əsasında borclu polis əməkdaşları vasitəsilə xx xxxxxx 2020-ci il tarixdə İcra və Probasiya Şöbəsinə gətirilmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və onun hazırda tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3816 (üç min səkkiz yüz on altı) manat borcu vardır. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə onun inzibati qaydada tənbeh edilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs hazırki işə baxılmasına dair məhkəmə iclasına gəlməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, İsmayıllı rayonunda qeydiyyatda olsa da hazırda Bakı şəhərində yaşayır. O, bir neçə ay Bakı şəhərində “xxxx” MMC-də dispetçer işləmiş və aylıq 815 (səkkiz yüz on beş) manat əmək haqqı almışdır. Təyin olunmuş aliment məbləğini bir neçə ay mütəmadi olaraq ödəmişdir. Lakin 2020-ci ilin sentyabr ayında pandemiyaya görə onun işi ixtisara alınmış və işdən azad olunmuşdur. Buna görə də son dörd ayın aliment pulunu ödəyə bilməmişdir. Onun əvvəldən də aliment borcu yaranmışdır. Hazırda heç yerdə işləmir və maddi imkanı ağırdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Şəxs tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 3816 (üç min səkkiz yüz on altı) manat borcu ödəməkdən yayınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş iş materiallarında olan sənədlərlə və digər sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(001)-855/2018 saylı icra vərəqəsinə əsasən Şəxs xx xxxxxx 2017-ci il tarixdən başlayaraq xx xxxxxx 2018-ci il tarixədək hər ay üçün 137 manat, xx xxxxxx 2018-ci il tarixdən isə yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 154 manat, xx xxxxxx 2017-ci il tarixdən başlayaraq Adgözəlova Fidan Nurlan qızı 3 yaşına çatanadək hər ay 50 manat tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra vərəqəsi icra olunması üçün İsmayıllı rayon İcra və Probasiya Şöbəsinə göndərilmiş və icra məmuru tərəfindən icraata başlamaq haqında qərar qəbul edilərək tərəflərə göndərilmişdir. Qətnamənin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmışdır. İcra sənədi İcra Şöbəsinin icraatında olduğu müddət ərzində borclunun əmlak vəziyyətini yoxlamaq üçün müvafiq orqanlara sorğular göndərilmiş, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu icra məmurunun çağırışlarına gəlmədiyi üçün barəsində axtarış qərarı elan edilmiş və xx xxxxxx 2020-ci il tarixdə polis əməkdaşı vasitəsi ilə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə gətirilmişdir. Zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq hazırda Zərərçəkmiş şəxs ödənilməli olan 3816 (üç min səkkiz yüz on altı) manat aliment borcu ödənilməmiş qalmışdır. Bununla da Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə şərh olunanlara əsasən qərara gəlir ki, borclu Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığı qənaətinə gəlir və barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 08 (səkkiz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan – xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-dan hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - xx xxxxxx 2020-ci il tarixdən saat 13:00-dan hesablansın. İnzibati həbs müddəti xx xxxxxx 2020-ci il tarixdə saat 13:00-da başa çatmış hesab edilsin. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar