Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-419/2023 18.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxxxxx 1989-cu il tarixdə Cəlilabad rayonunda anadan olmuş, Cəlilabad şəhəri, Nizami küçəsi, ev 17-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 18 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 05 sentyabr 2023-cü il tarixdə saat 12:20 radələrində ”JAC PİCK UP” markalı ** AK *** dövlət qeydiyyat nişanlı minik avtomobilini Qaraməryam-İsmayıllı- Şəki yolunun 13-cü km-də dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etməklə idarə etməsi faktı üzrə barəsində İsmayıllı rayon Polis Şöbəsinin YPX əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib edilmiş 05 sentyabr 2023-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, ”JAC PİCK UP” markalı ** AK *** dövlət qeydiyyat nişanlı minik avtomobili tikinti şirkətinə aiddir və işğaldan azad olunmuş “Qarabağ” ərazisində həmin avtomobili idarə edir. Həmin ərazinin yolları tam təmir olunmadığı üçün orada olan avtomobillərin dövlət qeydiyyat nişanları tez-tez düşərək itir. Bu səbəbdən orada olan avtomobillərin əksəriyyəti dövlət qeydiyyat nişanlarını hansısa üsulnan bərkitməli olur. O da, həmin avtomobilin nömrə nişanını ağ rəngli bərkidici ilə bərkitmişdir. 05 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayonu ərazisində həmin avtomobillə hərəkətdə olarkən yol patrul xidməti əməkdaşı ona saxla işarəsi vermişdir. Avtomobildən düşmüş və polis əməkdaşı ona nömrə nişanın görünüşünü çətinləşdirən örtükdən istifadə etdiyini bildirmişdir. O, polis əməkdaşına nömrənin tam aydın oxunduğunu bildirsə də, buna məhəl qoymamış və barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Barəsində tərtib olunmuş protokolla razı deyil. Belə ki, foto şəkildən də göründüyü kimi avtomobilin nömrə nişanı tam şəkildə görünür və görünüşü çətinləşdirən heç bir örtükdən istifadə etməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xəta hadisəsinin törədilməsi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş foto şəkildən görünür ki, Şəxs idarə etdiyi avtomobilin ön və arxa hissəsini ağ rəngli bərkidici ilə bağlamışdır. Lakin foto şəkildən həmin avtomobilin nömrə nişanının (** AK ***) tam aydın göründüyü müəyyən edilir və nömrə nişanının görüntüsünü çətinləşdirən heç bir əlavə sübut mövcud deyil. Şəxs nömrə nişanını bərkitmək üçün istifadə etdiyi vasitə nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən istifadə etməsi kimi qiymətləndirilə bilməz. Ona görə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Bundan başqa məhkəmə iclasına protokolu tərtib etmiş orqanın nümayndəsi gəlməmiş və Şəxs qeyd olunan inzibati xətanı törətməsinə dair hər hansı bir mötəbər sübut təqdim etməmişdir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, Şəxs tərəfindən İsmayıllı rayon X1 X2 05 sentyabr 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolunda göstərilən inzibati xətanı törədilməsi öz təsdiqini tapmadığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü və 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-419/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-419/2023
18.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver