Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-421/2023 20.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1, xx.xx.1982-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində olmuş, həmin kənddə yaşayan, yaşayan, evli, orta təhsilli, sahibkarlıq fəaliyyəti ilə məşğul olan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 20 sentyabr 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs –İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Brend maye boya” adlı sahibkarlıq obyektinin sahibi Şəxs həmin obyektə aid reklam qurğularının açıq məkanda müvafiq icazə olmadan yerləşdirməsi və yayımı faktı üzrə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokolu tərtib edən orqan - Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, Şəxs sahibi olduğu, İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Brend maye boya” adlı sahibkarlıq obyektinə 27 iyul 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin sahibkarlıq obyektində fasad reklamının icazəsiz yerləşdirməsi və yayımı faktı aşkar edilmişdir. Bununla bağlı fotoşəkil çəkilərək və müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti Şəxs rəsmi qaydada göndərilməklə fasad reklamın yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması ondan tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Lakin Şəxs icrası məcburi olan göstərişin tələblərinə əməl etməmiş, 29 avqust 2023-cü il tarixdə sahibkarlıq obyektinə təkrar baxış keçirilərkən həmin fasad reklamın əvvəlki yerində olduğu aşkar edilmiş, bununla bağlı yeni fotoşəkil çəkilərək işə əlavə edilmişdir. Şəxs fasad reklamın yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almadığına və reklam yayımını dayandırmadığına, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Hazırda Şəxs müvafiq orqana rəsmi qaydada müraciət edib fasad reklamının yerləşdirməsi və yayımı üçün rəsmi icazə alaraq yol verilmiş nöqsanı aradan qaldırmışdır. Qeyd etdikləri nəzərə alınaraq iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, İsmayıllı şəhəri M.F.Axundov küçəsində yerləşən “Brend maye boya” adlı sahibkarlıq obyektində işləyir və həmin obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Bir neçə ay bundan öncə ayağı sınmışdır. Sahibkarlıq obyektinə X6 İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən evdə olmuş və ayağı gipsdə obyektə gəlmişdir. Əməkdaşa bir neçə gün müddətində müqavilə bağlayacağını bildirsə də, barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almadığına görə səmimi peşmançılıq hissləri keçirir və X6 İdarəsinə rəsmi qaydada müraciət edib bunun üçün rəsmi icazə alaraq həmin nöqsanı aradan qaldırmışdır. Qeyd etdiklərinə əsasən barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə işin mübahisələndiriməyən halları olaraq müəyyən edildi ki, Şəxs sahibi olduğu, İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Brend maye boya” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən 27 iyul 2023-cü il tarixdə baxış keçirilərkən həmin sahibkarlıq obyektində fasad reklamının icazəsiz yerləşdirməsi və yayımı faktı aşkar edilərək bununla bağlı müvafiq akt tərtib edilmişdir. Həmin aktın və icrası məcburi olan göstərişin surəti Şəxs rəsmi qaydada göndərilməklə fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Lakin Şəxs icrası məcburi olan göstərişin tələblərinə əməl etməmiş, 29 avqust 2023-cü il tarixdə obyektə təkrar baxış keçirilərkən həmin fasad reklamlarının yerində olduğu aşkar edilmişdir. Ona görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. İş materiallarından və işin hazırki vəziyyətdə məhkəmədə müəyyən edilmiş hallarından göründüyü kimi, İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Brend maye boya” adlı sahibkarlıq obyektinin sahibi Elsevər İsgədnərov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilsə də, o, hazırki iş üzrə yekun qərar qəbul edilənədək müvafiq orqana rəsmi qaydada müraciət edib fasad reklamının yerləşdirilməsi və yayımı üçün rəsmi icazə alaraq yol verilmiş inzibati xətanın nəticələrini aradan qaldırmışdır. Şəxs onun barəsində olan hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 105.1-ci maddəsinə görə həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilməsinə zərurət qalmamışdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxsbarəsində Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-421/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-421/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver