Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-422/2023 20.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Səməd oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1990-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, Babək küçəsi, dalan 5, ev 1 A-da yaşayan, subay, sahibkarlıq fəaliyyəti ilə məşğul olan vəzifəli şəxs, fərdi identifikasiya nömrəsi xxxxxxx (VÖEN **********) Şəxs Bəhram oğlu barəsində Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 20 sentyabr 2023-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs – İsmayıllı Qəbələ yolu üzərində yerləşən “Titanik restoran” adlı sahibkarlıq obyektinin sahibi Şəxs Bəhram oğlunun həmin obyektə aid xx.xx.2022-ci il tarixdən halhazıradək müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımı faktı üzrə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsi tərəfindən onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Bəhram oğluna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, Şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Azərbaycan Respublikasının Dövlət X3 Regional Reklam İdarəsinin nümayəndəsi X2 bildirdi ki, Şəxs Bəhram oğlunun sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu, İsmayıllı Qəbələ yolu üzərində yerləşən “Titanik restoran” adlı obyektə aid xx.xx.2022-ci il tarixdən hal-hazıradək müvafiq icazə sənədi olmadan açıq məkanda qanunsuz reklam yayımı faktı aşkar edilmişdir. Bununla bağlı 28 iyul 2023-cü il tarixdə Şəxs rəsmi icazə alması və ya reklam yayımını dayandırması ondan tələb olunmuş, əks halda 07 avqust 2023-cü il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi barədə rəsmi bildiriş göndərilmişdir. Lakin Şəxs icrası məcburi olan göstərişin tələblərinə əməl etməmiş, xx.xx.2023-cü il tarixdə obyektə təkrar baxış keçirilərkən o, həmin yerə gəlməmiş və baxış zamanı həmin fasad reklamlarının əvvəlki yerində olduğu aşkar edilmişdir. Bununla bağlı fotoşəkillər çəkilmiş və bu barədə akt tərtib olunmuşdur. Şəxs fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə almadığına və reklam yayımını dayandırmadığına, bununla da icrası məcburi olan göstərişin tələblərinə əməl etmədiyinə görə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eyni zamanda, həmin faktla bağlı 31 avqust 2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə göndərilmişdir. Qeyd etdiklərinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan vəzifəli şəxs Şəxs inzibati qaydada təhbeh edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxsin izahatını və iş materialları ilə işin mübahisələndiriməyən halları olaraq müəyyən edildi ki, Şəxs Bəhram oğlunun İsmayıllı Qəbələ yolu üzərində yerləşən “Titanik restoran” adlı sahibkarlıq obyektinə Azərbaycan Respublikası Dövlət X3 Regional Reklam İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilərkən həmin obyektə aid reklamın icazəsiz yerləşdirilməsi və yayımı faktı aşkar edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixdə Şəxs rəsmi qaydada bildiriş göndərilməklə fasad reklamlarının yerləşdirilməsi üçün müvafiq orqandan rəsmi icazə alması və ya reklam yayımını dayandırması tələb olunmuş, əks halda barəsində inzibati xəta haqqında protokol tərtib ediləcəyi izah edilmişdir. Məhkəməyə təqdim edilmiş iş materialları ilə müəyyən edildi ki, Şəxs icrası məcburi olan göstərişin tələblərinə əməl etməmiş, xx.xx.2023-cü il tarixdə sahibkarlıq obyektinə təkrar baxış keçirilərkən həmin fasad reklamlarının əvvəlki yerində olduğu aşkar edilmişdir. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 26.1-ci maddəsinə əsasən reklam birbaşa və ya reklam daşıyıcısı vasitəsilə torpaq sahələrində, bina, qurğu və digər tikililərin fasadlarında (divarlarında, hasarlarında), dam örtüklərində, bayıra ünvanlanmaqla qapıların, pəncərələrin (pəncərə altlıqlarının), vitrinlərin çöl və iç tərəflərində, habelə açıq məkanda olan avadanlıqlarda, avtomobil yollarının dayanacaqlarında və yeraltı keçidlərində, hava şarlarının, aerostat və dirijablların üzərində yerləşdirildiyi halda açıq məkanda reklam hesab olunur. Həmin Qanunun 26.8-ci maddəsinə əsasən birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, fasadında (divarında, hasarında) yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran sayı 1-dən, ümumi ölçüsü 1 kvadratmetrdən artıq olmayan lövhələr (yazılar) reklam qurğuları və yerləşdirilməsinə icazə alınması tələb olunan reklam hesab edilmir. Şəxs Bəhram oğlunun sahibi olduğu obyektdə müvafiq icazə tələb olunduğu halda, belə bir icazə olmadan fasad reklamlarının icazəsiz yerləşdirilməsi və yayımını təşkil etməsi, bu barədə ona xəbərdarlıq edilməsinə baxmayaraq Azərbaycan Respublikası Dövlət X4 Regional Reklam İdarəsinin xx.xx.2023-cü il tarixli, icrası məcburi olan göstərişi ilə tələb edilən şərtlərə əməl edilməməsi, bununla da Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi işdə iştirak edən şəxslərin izahatları və iş materialları ilə təsdiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin qeyd hissəsinə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək və işdə iştirak edən şəxsin izahatlını dinləyərək qərara gəlir ki, Şəxs Bəhram oğlu tərəfindən vəzifəli şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyinə görə o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs Bəhram oğlu barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs Bəhram oğlu tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsinə əsasən müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs Bəhram oğlu tərəfindən törədilmiş inzibati xətanın xarakterini və işin yuxarıda qeyd edilən faktiki hallarını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsində nəzərdə tutulan 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106- 115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Şəxs Bəhram oğlu (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-422/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-422/2023
20.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver