Məhkəmə qərarları › İş №3(037)-423/2020

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-423/2020

29.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-423/2020 29.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs oğlunun iştirakı ilə, xx xxxxx 1983-cü ildə İsmayıllı şəhərində anadan olmuş, İsmayıllı şəhəri, Babadağ küçəsi, ev 24 A-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncuya məxsus “Mercedes Benz C 230” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən təpiklə vuraraq ona 165 (yüz altmış beş) manat dəyərində maddi ziyan vurması faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun xx xxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığı üçün cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232- 1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi Ruslan Şirvanov tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx xxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2 izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə X3 məxsus “Mercedes Benz C 230” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobili təpiklə vuraraq ona 165 (yüz altmış beş) manat dəyərində maddi ziyan vurmuşdur. Həmin fakt üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti hadisəni törətmiş şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün ona həvalə edilmişdir. Şəxs barəsində tərəfindən Azərbaycan Respublikası İXM-nin 232-1.-ci maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Azəri rayon sakini kimi əvvəllər tanımışdır. Bacısı şəhər ərazisində yerləşən ərzaq mağazasında işləyir. xx xxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində idarə etdiyi avtomobillə bacısının işlədiyi ərzaq mağazasının qarşısından keçərkən, Azərin “Mercedes Benz C 230” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində əyləşərək mağazanın qarşısında onun bacısını gözlədiyini hiss etmişdir. Bu hal əvvəllər də bir neçə dəfə baş verdiyindən o, Azərə yaxınlaşdıqda, Azər avtomobili idarə edərək oradan uzaqlaşmışdır. Azərin arxasınca getmiş, Azər avtomobili İsmayıllı-Qəbələ magistral yolunun üzərində saxlamış və avtomobildən düşərək oradan uzaqlaşmışdır. O, Azərin arxasınca səslənərək onu çağırsa da Azər oradan uzaqlaşaraq çıxıb getmişdir. Bu zaman bərk əsəbləşərək Azərin idarə etdiyi avtomobili təpiklə vuraraq əzmişdir. Azərin avtomobilinə dəymiş maddi ziyanı ödəməmiş və onunla barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, o, mağazalara çörək paylayır. Şəhriyarın bacısı Dilşadla mağazaya çörək verərkən tanış olmuşdur. Dilşad bir neçə dəfə pul müqabilində ondan yükünün aparıb-gətirməsini xahiş etmişdir. xx xxxxxx 2020-ci il tarixdə Dilşad ona zəng edərək yükü olduğunu və həmin yükü aparmasını xahiş etmişdir. O, razılaşaraq Dilşadın işlədiyi mağazanın qarşısına getmişdir. İdarə etdiyi “Mercedes Benz C 230” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək Dilşadı gözləyərkən Şəhriyar ona yaxınlaşmış və o Şəhriyarla mübahisələri olmasın deyə oradan uzaqlaşmışdır. Şəhriyar əvvəllərdə bacısından uzaq durmasını ondan tələb etmişdir. Buna baxmayaraq həmin vaxt Şəhriyar təpiklə onun avtomobilini vuraraq əzmişdir. Onun avtomobilinə 165 (yüz altmış beş) manat maddi ziyan dəymişdir. Hazırda o, Şəhriyarla barışmamış və Şəhriyar ona dəymiş ziyanı ödəməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs verilmiş xx xxxxxx 2018-ci il tarixli “Nəqliyyat vasitələrindən istifadə edilməsi haqında etibarnamənin surətindən görünür ki, “Mercedes Benz C 230” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobil xx xxxxxx 20208-ci il tarixədək Zərərçəkmiş şəxs etibarnamə ilə verilmişdir. X5 Servis Mərkəzinin 01 №-li xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, “Mercedes Benz C 230” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın məbləğinin 165 (yüz altmış beş) manat təşkil etdiyi qeyd edilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun xx.xx.2020-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü qərarın surəti İsmayıllı rayon Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ilə mübahisə edərək sonuncuya məxsus “Mercedes Benz C 230” markalı ** RF *** dövlət qeydiyyat nişanlı avtomobili qəsdən təpiklə vuraraq ona 165 (yüz altmış beş) manat dəyərində maddi ziyan vurmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib, inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli – 165 (yüz altmış beş) manat məbləğində cərimə edilsin. Zərərçəkmiş şəxs dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar