Məhkəmə qərarları › İş №3(037)-424/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-424/2021

06.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-424/2021 06.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X4 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə, 03 oktyabr 1989-cu il tarixdə Şamaxı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu Xanagah kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 05 dekabr 2021-ci il tarixdə etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı ** BG *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi, idarə etdiyi avtomobili İsmayıllı rayonu Xanagah kəndi yolunda aşırması, nəticədə Zərərçəkmiş şəxs maddi zərər dəyməsi faktı üzrə Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsinin Dövlət X4 əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X4 inspektoru Rafiq Əzizov izahatında göstərdi ki, Şəxs 05 dekabr 2021-ci il tarixdə etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini İsmayıllı rayonu Xanagah kəndində idarə edərkən idarəetməni itirmiş və avtomobilini yolun kənarına aşırmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Şəxs avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də, Şəxs barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, İsmayıllı rayonu Xanagah kəndində yaşayır. 05 dekabr 2021-ci il tarixdə həmkəndlisi Xaləddinin avtomobilini kənd ərazisində idarə edərkən idarəetməni itirmiş və avtomobili yolun kənarına aşırmışdır. Həmin vaxt Xaləddində onun yanında olmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, Xaləddinin avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Xaləddinlə razılığa gəlmişdir. Avtomobili nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyinə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, baş vermiş hadisə zamanı onun avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı Şəxsla razılığa gəlmişdir. Onun Şəxs qarşı tələb və şikayəti yoxdur. Odur ki, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 05 dekabr 2021-ci il tarixli 547 saylı spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 05 dekabr 2021-ci il tarixdə saat 00:35-də tibbi müayinədən keçirilərkən onun yüngül dərəcəli sərxoşluğu vəziyyətində olduğu müəyyən edilmişdir. “X2 Servis Mərkəzi”-nin 061 saylı, 06 dekabr 2021-ci il tarixli arayışında “VAZ 21074” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobilə 2900 (iki min doqquz yüz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. 06 dekabr 2021-ci il tarixli portal məlumat sistemi üzrə çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 05 dekabr 2021-ci il tarixdə saat 00:10 radələrində etibarnamə ilə Zərərçəkmiş şəxs məxsus “VAZ 21074” markalı ** BG *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, idarə etdiyi avtomobillə İsmayıllı rayonu Xanagah kəndində yolun kənarına aşırmışdır. Hadisə nəticəsində Zərərçəkmiş şəxs avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək q qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar