Məhkəmə qərarları › İş №3(037)-425/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-425/2023

21.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-425/2023 21.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs4, xx xxxxx 1980-cı il tarixdə İsmayıllı rayonu Qurbanəfəndi kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 21 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 21 iyul 2023-cü il tarixdə saat 14:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “Chevrolet Niva” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq “BMW” markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə “Chevrolet Niva” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 yüngül dərəcəli bədən xəsarəti alması, hər iki avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həmçinin İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyinə maddi ziyan dəyməsi faktı üzrə 02 sentyabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün şöbənin DYPB-nə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin DYPB-nin inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 05 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq protokolu tərtib etmiş orqanın nümayəndəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə işə onların iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə maddi ziyan dəymişdir. Dəymiş maddi ziyanı tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs4 izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı yüngül bədən xəsarəti almışdır. Ona dəymiş maddi ziyanı tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə-Tibbi Ekspertiza və X1 409 №-li xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş xəsarət –sol qulaq seyvanının yarası küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 21 iyul 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. “X2 Servis Mərkəzi”nin 01 avqust 2023-cü il tarixli, 033-23 saylı arayışından görünür ki, “BMW” markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobilə 1010 (min on) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. “X2 Servis Mərkəzi”nin 07 avqust 2023-cü il tarixli, 037-23 saylı arayışından görünür ki, “Chevrolet Niva” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobilə 4650-4850 manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. İsmayıllı Kommunal Müəssisələri Kombinatının 20 sentyabr 2023-cü il tarixli 75 saylı arayışından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı İsmayıllı şəhəri, H.Əliyev prospektində olan işıq dirəyi yararsız hala salınmaqla şəhər təsərrüfatına 800 (səkkiz yüz) manat məbləğində maddi ziyan dəydiyi qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 21 iyul 2023-cü il tarixdə saat 14:00 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “Chevrolet Niva” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri, H.Əliyev prospektində hərəkətdə olarkən manevr etmə qaydalarını pozaraq “BMW” markalı ** MP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, daha sonra yolun kənarındakı işıq dirəyini dəymişdir. Nəticədə “Chevrolet Niva” markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs4 yüngül dərəcəli bədən xəsarəti alması, hər iki avtomobilin sahibi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3, həmçinin İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyinə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və İsmayıllı Kommunal Müəssisələri Kombinatına dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxslərə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4 və İsmayıllı Kommunal Müəssisələri Kombinatına dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar