Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-43/2024 26.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1981-ci il tarixdə İsmayıllı rayonu Quşencə kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 18 noyabr 2023-cü il tarixdə İsmayıllı rayonu Quşencə kəndi ərazisində lazımi icazə olmadan ov qaydalarının kobud şəkildə pozaraq bir ədəd dovşanı qanunsuz olaraq ovlaması faktı üzrə İsmayıllı rayon X4 Bölməsinin təhqiqatçısı Səfa Əsgərovun 31 dekabr 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 13 yanvar 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, təsərrüfatında xırda buynuzlu heyvan vardır. 18 noyabr 2023-cü il tarixdə nobata gedərkən əmisi oğluna məxsus ov tüfəngini özü ilə götürmüşdür. Kənd ərazisində olan sahədə olarkən qarşısına bir baş dovşan çıxmış və onu tüfənglə vurmuşdur. Hazırda əməlindən səmimi peşman olmuşdur. Maddi imkanı olduqca ağırdır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanunda nəzərdə tutulmuş daha yüngül cəza verilməsini məhkəmədən xahiş edir. İş materialların əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AR Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin X3 verilmiş 1118 saylı şəhadətnamənin surətindən görünür ki, 1 (bir) ədəd “MP-27EM-İC” markalı, 12 kalibrli, ********* nömrəli ov tüfəngi Bakı şəhəri, A.Mustafayev küçəsi, ev 3, mənzil 118-də yaşayan X3 məxsusdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvət Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 23 noyabr 2023-cü il tarixli, 3-14-45/2-745/2023 saylı məktubundan görünür ki, 1 (bir) ədəd çöl dovşanının qanunsuz olaraq ovlaması nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin 11 (on bir) manat təşkil etməsi qeyd edilmişdir. İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Səfa Əsgərovun 31 dekabr 2023cü il tarixli qərarından görünür ki, Rəşad Adıgızəlovun əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.1-ci maddəsinə əsasən lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda, qadağan edilmiş alət və üsullarla ov etmə xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyəti yaranır. Həmin maddənin Qeyd hissəsində göstərilir ki, “xeyli miqdar” dedikdə, min manatdan yeddi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada məsuliyyəti ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Həmin Məcəllənin 27.5-ci maddəsinə əsasən əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin ov hüququ məhdudlaşdırıla bilməz. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, Şəxs ovçuluq bileti olmamış, özünün də etiraf etdiyi kimi, ov onun əsas dolanacaq mənbəyi deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsinə hər hansı maneə yoxdur. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin tətbiq edilməsini, habelə, məsuliyyəti yüngülləşdirən halı və törədilmiş inzibati xəta nəticəsində dəymiş maddi zərərin az əhəmiyyətli olmasını nəzərə alaraq ov hüququnun məhdudlaşdırılması inzibati tənbehinin həmin maddədə müəyyən edilmiş aşağı həddə - 06 (altı) ay müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində əlavə tənbeh növü kimi müəyyən edilmiş, “inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə” ifadəsi inzibati tənbeh növü kimi cərimə tətbiq edildiyi hallara şamil edildiyindən, hazırki iş üzrə isə Şəxs barəsində ov hüququnun məhdudlaşdırılması inzibati tənbehi tətbiq edildiyindən məhkəmə hesab edir ki, ov silahının müsadirə edilib-edilməməsi məsələsi müzakirə olunmamalı, 1 (bir) ədəd “MP-27EM-İC” markalı, 12 kalibrli, ********* nömrəli ov tüfəngi sahibi X2 özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 27, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə təqsirli bilinib ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. İsmayıllı rayon Polis Şöbəsində saxlanılan 1 (bir) ədəd “MP-27EM-İC” markalı, 12 kalibrli, ********* nömrəli ov tüfəngi sahibi X2 özünə qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-43/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-43/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver