Məhkəmə qərarları › İş №3(037)-430/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-430/2021

22.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-430/2021 22.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx xxxx 1996-cı il tarixdə İsmayıllı rayonu Göytəpə kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.2, 342.5 və 342.9-cu maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 22 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 06 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində “VAZ 2106” markalı ** RK *** dövlət qeydiyyat nişanlı minik avtomobilini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalları istifadə etməklə idarə etməsi faktı üzrə barəsində İsmayıllı rayon Polis Şöbəsinin YPX əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.2, 342.5 və 342.9-cu maddələri ilə tərtib edilmiş 06 dekabr 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, 06 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində “VAZ 2106” markalı ** RK *** dövlət qeydiyyat nişanlı minik avtomobilini, çoxavazlı səs siqnalları istifadə etməklə idarə etmişdir. O, etdiyi hərəkətin inzibati məsuliyyətə səbəb ola biləcəyini başa düşməmişdir. Etdiyi hərəkətə görə səmimi peşmançılıq hissləri keçirir və gələcəkdə bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Əməlindən səmimi peşman olması nəzərə alınmaqla ona daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. İsmayıllı rayon X3 X5 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmişdir və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İş materiallarına əlavə edilmiş video görüntüdən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs idarə etdiyi “VAZ 2106” markalı ** RK *** dövlət qeydiyyat nişanlı minik avtomobili 06 dekabr 2021-ci il tarixdə İsmayıllı rayon Polis Şöbəsinin duracağına gətirilmiş və nəqliyyat vasitəsində olan xüsusi (çoxavazlı) səs siqnalları sökülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 329.3, 332.2, 342.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.2, 342.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işə baxılması məhkəmənin səlahiyyətinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətaya görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X3 X4 göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 06 dekabr 2021-ci il tarixdə saat 18:00 radələrində “VAZ 2106” markalı ** RK *** dövlət qeydiyyat nişanlı minik avtomobilini müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs siqnalları istifadə etməklə idarə etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Ramiq Pirvəlizadə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdr. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 500 (beş yüz) manat miqdarında müəyyən edilməsini, inzibati xətanın bilavasitə obyekti olmuş, nəqliyyat vasitəsində götürülmüş çoxavazlı səs siqnalının müsadirə edilməsini qanuna müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 26, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. İnzibati xətanın bilavasitə obyekti olmuş Şəxs idarə etdiyi “VAZ 2106” markalı ** RK *** dövlət qeydiyyat nişanlı minik avtomobilindən götürülmüş çoxavazlı səs siqnalı müsadirə edilsin Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.2, 342.5-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X3 X4 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar