Məhkəmə qərarları › İş №3(037)-434/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-434/2023

14.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-434/2023 14.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X4 X6 inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi X2 iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, Əli Bayramov küçəsi, ev 28-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə daxil olan inzibati xəta haqqında materiala 14 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 20:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2121” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən idarəetməni itirmiş və yolun kənarında olan işıq dirəyini vurması və həmin yerdə olan “aqlay” daşlarını zədələməsi, nəticədə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə maddi ziyan vurması faktı üzrə Şəxs barəsində İsmayıllı rayon X4 X9 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 333.3-cü maddələri ilə 12 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X4 X6 inspektoru Bəhram Bəhramlı izahatında protokolu müdafiə etdiyini və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirdi ki, 12 sentyabr 2023cü il tarixdə sərxoş vəziyyətdə idarə etdiyi avtomobillə hərəkətdə olarkən, idarə etməni itirmiş və avtomobili yolun kənarında olan işıq dirəyinə vurmuşdur. Dəymiş maddi ziyanı ödəyəcəkdir. İki azyaşlı övladı var. Əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla barəsində daha yüngül inzibati tənbeh tədbiri tətbiq olunmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin etibarnamə əsasında nümayəndəsi X3 izahat verərək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı təsərrüfata 600 (altı yüz) manat məbləğində maddi ziyan dəymişdir. Şəxs dəymiş ziyanı ödəyəcəyini vəd edir. Ödəyəcəyi təqdirdə ona qarşı şikayət olmayacaqdır. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. 12 sentyabr 2023-cü il tarixli 642070 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 20:17-da tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 1,601 %0) olduğu müəyyən edilmişdir. İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 13 sentyabr 2023-cü il tarixli qüsur aktında baş vermiş yol nəqliyyat hadisəsi zamanı İsmayıllı şəhəri, H.Əliyev prospektində olan işıq dirəyinin iki ədəd lampası, bayraq dairəsi adlanan ərazidə 5 kv metr ağlay daşlarının yararsız hala salınması və bununla da, şəhər təsərrüfatına 600 (altı yüz) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 5.1-ci bəndinə görə İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxır. Qeyd olunanlara əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair işlərə baxılması məhkəmənin səlahiyyətlərinə aid olmadığından inzibati xəta haqqında protokolun surəti həmin xətalara görə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon X4 X7 göndərilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 12 sentyabr 2023-cü il tarixdə saat 20:00 radələrində sərxoş vəziyyətdə idarə etdiyi “VAZ-2121” markalı ** BG *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhəri H.Əliyev prospektində hərəkətdə olarkən idarəetməni itirmiş və avtomobili yolun kənarında olan işıq dirəyinə vurmuşdur. Nəticədə İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə maddi ziyan vurulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən Bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin nümayəndəsinin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun səmimi peşimançılığı məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə cəzası tətbiq etməyi qanuna müvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 27, 40, 43, 48-51, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 2 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə hüquqi qiymət verilməsi üçün inzibati xəta haqqında protokolun və qərarın surəti İsmayıllı rayon X4 X7 göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar