Məhkəmə qərarları › İş №3(037)-435/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-435/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-435/2023 26.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs2 iştirakı ilə, xx xxxxxxx 1986-cı il tarixdə Ağdaş rayonunda anadan olmuş, Qəbələ şəhəri, Muxtar Abdiyev küçəsi 73, ev 39-da yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, “Castle resort” istirahət mərkəzində işləyən, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının İV taqımından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 26 sentyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 13 avqust 2023-cü il tarixdə saat 13:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “Mercedes Benz A 160" markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə Qarəməryam-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən 39-cu km-də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıdan gələn Zərərçəkmiş şəxs2 idarə etdiyi “BMW” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, nəticədə sonuncu avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti alması və Zərərçəkmiş şəxs2 maddi ziyan dəyməsi faktı üzrə təhqiqatçı Rauf Tağıyevin 20 avqust 2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib oluması qərara alınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının İV taqımı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə 13 sentyabr 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidməti alayının İV taqımına inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, 13 avqust 2023-cü il tarixdə Qəbələ rayonundan İsmayıllı rayonuna işlədiyi yerə gəlirmiş. Bir neçə müddətdir həmin yolda təmir işləri gedir və yol olduqca narahatdır. Avtomobili həmçinin nasaz olmuşdur. Həmin yolda avtomobili idarə edərkən idarə etməni itirmiş və Zərərçəkmiş şəxs2 idarə etdiyi avtomobillə toqquşmuşdur. Zərərçəkmiş şəxs2 dəymiş ziyanla bağlı ilk günlərdə ona 1500 (min beş yüz) manat məbləğində ödəniş etməsini təklif etmişdir. Lakin İsmayıl həmin məbləğlə razılaşmamışdır. Zərərçəkmiş şəxs2 tələb etdiyi məbləğ olduqca çoxdur. Əməlindən səmimi peşman olması nəzərə alınmaqla ona qanun çərçivəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 oğlu izahat verək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə 4700 (dörd min yeddi yüz) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə baş verən günnən iş yerinə taksi ilə gedib gəlir və əlavə xərcləri çıxır. İlk gündən Şəxs 3000 (üç min) manat ödəməsini təklif etsə də, o bununla razılaşmamışdır. Hazırda ziyanı tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs1 qanuni nümayəndəsi Qanuni nümayəndə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1 247 №-li xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət –sol ayaq pəncəsinin yarası küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 13 avqust 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. 16 avqust 2023-cü il tarixli qüsur aktından görünür ki, “BMW 528” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobilə 4700 (dörd min yeddi yüz) manat məbləğində ziyan dəydiyi qeyd edilmişdir. Baş İstintaq və Təhqiqat İdarəsinin yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin təhqiqatçısı Qoşqar Aslanlının 20 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib oluması qərara alınmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 13 avqust 2023-cü il tarixdə saat 13:30 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ əsasında idarə etdiyi “Mercedes Benz A 160" markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobillə Qarəməryam-İsmayıllı-Şəki yolunun İsmayıllı rayonu ərazisindən keçən 39-cu km-də hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıdan gələn Zərərçəkmiş şəxs2 idarə etdiyi “BMW” markalı ** KA *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində sonuncu avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs1 yüngül dərəcəli bədən xəsarəti almış və Zərərçəkmiş şəxs2 avtomobilinə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və zərərçəkmiş şəxsin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlindən səmimi peşman olması məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq etməyi qanunamüvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar