Məhkəmə qərarları › İş №3(037)-435/2025

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-435/2025

26.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-435/2025 26.12.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 iştirakı ilə, X4 İsmayıllı rayon X9 X11 12 noyabr 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən e t d i: X5 məhkəməyə müraciət edərək İsmayıllı rayon X9 X12 tərəfindən 12 noyabr 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və cərimənin xəbərdarlıq növü ilə əvəz olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixində idarə etdiyi “Daewoo Nexia” markalı ** XR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vastəsi ilə hərəkətdə olarkən İsmayıllı şəhəri ərazisində DYP əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı İXM-in 342.5-ci maddəsini əsas gətirərək avtomobilin işıq cihazının nasaz olmasını bildirərək inzibati protokol (İXP7521968) tərtib etmişdir. O, nasazlığın cüzi olduğunu və yerində dərhal aradan qaldırmaq istədiyini polis əməkdaşına bildirmişdir. Lakin əməkdaş buna məhəl qoymadan protokol tərtib etmiş və bu barədə izahatını protokola daxil etməmişdir. Müvafiq qanunvericilik sənədlərinə əsasən inzibati məsuliyyət tədbirləri az əhəmiyyətli xətalar üçün xəbərdarlıqla da əvəz edilə bilər. Həmçinin 342.5-ci maddənin tətbiqində nasazlığın təxirəsalınmaz təhlükə yaratmaması və düzəldilmə imkanı olduğu halda, inzibati tənbehə ehtiyac yoxdur. Beləliklə onun hərəkəti ictimai təhlükə törətməmiş, dərhal düzəldilə bilən texniki nasazlıq olmuşdur. Buna görə protokol əsasında tərtib edilmiş inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar əsassızdır və ləğv edilməlidir. Ona görə də, xx.xx.2025-ci ildə İsmayıllı RPŞ-nin əməkdaşı X3 tərəfindən tərtib edilmiş İXP ******* saylı inzibati xəta üzrə protokol əsasında qəbul edilmiş TP ******* nömrəli qərarın ləğv edilməsini, İşin halları nəzərə alınaraq qərarın (cərimənin) xəbərdarlıqla əvəz edilməsini və ya xətanın əlamətsiz sayılmasını təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X1 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, avtomobilində duman işıqları yanmadığı üçün yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmışdır. O, yol patrul xidməti əməkdaşına xətanı aradan qaldırmaq üçün vaxt verilməsini istəsə də, buna məhəl qoymamış və barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan sonra barəsində qərar qəbul edilərək 50 (əlli) manat məbləğində cərimə olunmuşdur. Həmin cərimə məbləğini üzərinə dəbbə pulu gəlməsin deyə ödəmişdir. İş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İsmayıllı rayon X9 X11 nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə nümayəndənin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı rayon X9 X11 21 oktyabr 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İsmayıllı rayon X9 X11 12 noyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 "Daewoo Nexia” minik markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobillə 21 oktyabr 2025-ci il tarixdə saat 19:39 radələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 50 (əlli) manat miqdarında cərimə edilmişdir. Asan ödəniş elektron portal məlumatı üzrə çıxarışdan görünür ki, X5 İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə ona təyin olunmuş cərimə məbləğini müvafiq hesaba ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, X5 21 oktyabr 2025-ci il tarixdə "Daewoo Nexia” minik markalı **-XR-*** dövlət qeydiyyat nişanlı avtomobili ön sağ işıq cihazı nasaz vəziyyətdə idarə etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X5 xx.xx.2025-ci il tarixdə xarici işıq cihazlarının nasaz vəziyyətdə olmaması barədə nə polis əməkdaşlarına, nə də ki məhkəməyə heç bir sübut təqdim etmədiyi üçün onun tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmə baxışı zamanı öz təsdiqini tapmışdır. X2 məhkəmə iclasında verdiyi izahatında qeyd olunan inzibati cərimə məbləğini ödədiyini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda apellyasiya instansiyası məhkəməsi qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İsmayıllı rayon X9 X11 12 noyabr 2025-ci il tarixli TP ******* saylı inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni və əsaslı olduğundan X4 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X4 şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İsmayıllı rayon X9 X11 12 noyabr 2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar