Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-436/2021 16.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs Bəxtiyar qızının iştirakı ilə xx xxxxx 1973-cü ildə İsmayıllı rayonu Tircan kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala 16 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs 10 noyabr 2021-ci il tarixdə qaynanası Zərərçəkmiş şəxs Bəxtiyar qızının yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq onu qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun 30 noyabr 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə 16 dekabr 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X5 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Rəhim Bədəlov izahatında göstərdi ki, 10 noyabr 2021-ci il tarixdə Şəxs qaynanası Arizə Bədəlovanın yaşadığı evə gedərək sonuncunu döymüşdür. Həmin faktla araşdırma aparılmış və Şəxs əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə ilə bağlı onun tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Arizə onun qaynanasıdır. Bir neçə vaxtdır ki, ailəsi ilə birlikdə Talıstan kəndində Arizəyə məxsus evdə yaşayır. Ara-sıra spirtli içki qəbul edərək evə gəldikdə Arizə ilə mübahisələri olur. Sonuncu dəfə 10 noyabr 2021-ci il tarixdə bir qədər spirtli içki qəbul etdikdən sonra evə gəlmiş və Arizə ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Arizənin saçından tutaraq dartmışdır. Hazırda Arizə onunla barışmamışdır. İş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Əşrəf qızı Şirvanın əridir. Bir neçə ildir ki, Əşrəf ailəsi ilə birlikdə onun ynaında yaşayır. Əşrəf mütəmadi olaraq spirtli içki qəbul edib evdə söz-söhbət yaradır, qızı Şirvanı və onu döyüb, təhqir edir. Əşrəf tez-tez ondan pul istəyir vermədiyi təqdirdə onunla mübahisə edir. Sonuncu dəfə 10 noyabr 2021-ci il tarixdə Əşrəf yaşadığı evə sərxoş vəziyyətdə gələrək yersiz yerə onunla mübahisə etmişdir. Mübahisə zamanı Əşrəf onun saçından tutaraq dartmış və o, qızının köməyi ilə güclə Əşrəfin əlindən çıxmışdır. Lakin o, bu barədə polis şöbəsinə şikayət etməmişdir. Bundan iki gün sonra Əşrəf yenidən evə sərxoş vəziyyətdə gələrək qızını və onu döymək istəmişdir. O, Əşrəfin qanunsuz əməllərindən əl çəkməyəcəyini görüb polis şöbəsinə döyülməsi ilə bağlı şikayət etmişdir. Hazırda Əşrəfi bağışlamamış və onunla barışmamışdır. Odur ki, Şəxs qanunda nəzərdə tutulmuş qaydada tənbeh edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 535 №-li 20.11.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Bəxtiyar qızının məhkəmə tibbi ekspertizası zamanı bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon X4 Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun 30.11.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsinin təmin edilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 10 noyabr 2021-ci il tarixdə qaynanası Zərərçəkmiş şəxs Bəxtiyar qızının yaşadığı evdə aralarında baş vermiş mübahisə zamanı sonuncunu vuraraq onu qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq edilməsini, inzibati həbsin 30 (otuz) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan -16 dekabr 2021-ci il tarixdən saat 15:55-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 30 (otuz) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli 16 dekabr 2021-ci il tarixdən saat 12:00-dan hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədr Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-436/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-436/2021
16.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver