Məhkəmə qərarları › İş №3(037)-44/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-44/2024

31.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-44/2024 31.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi X3 katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil iştirakı ilə, xx xxxxxx 1970-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 31 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli 2 (037) – 2023/2016 saylı Məhkəmə Əmrinə əsasən 04 oktyabr 2016-cı il tarixdən başlayaraq Şəxs 30 may 2000-ci il tarixdə doğulmuş X4 və 22 may 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla cəmi 140 (yüz qırx) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədi İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin məhkəmə əmrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 6420 (altı min dörd yüz iyirmi) manat aliment borcu ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 17 yanvar 2024-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Rahim Mustafayev izahat verərək göstərdi ki, Şəxs təyin olunmuş aliment məbləğindən ödəniş etmir. Yalnız barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra, inzibati qaydada tənbeh olunmasından yayınmaq üçün borc məbləğindən müəyyən qədər ödənişlər etmişdir. Uşaqlardan biri yetkinlik yaşına çatmışdır. Buna baxmayaraq Şəxs qərəzli olaraq alimentin ödənilməsindən yayınmışdır. Qeyd etdikləri nəzərə alınmaqla Şəxs inzibati qaydada tənbeh olunmasını xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun 6420 (altı min dörd yüz iyirmi) manat məbləğində aliment borcu vardır. Barəsində protokol tərtib olunduqdan sonra tələbkara 200 (iki yüz) manat məbləğində ödəniş etmişdir. Hazırda borcundan əlavə olaraq 200 (iki yüz) manatda ödəyə bilər. Onun daimi iş yeri yoxdur. Yalnız yay aylarında işləyərək gəlir əldə edir. Bu səbəbdən borcundan ödəniş edə bilməmişdir. Buna baxmayaraq maddi imkanı daxilində ödənişlər edir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Şəxs ona 6420 (altmı min dörd yüz iyirmi) manat borcu vardır. 2023-cü il tarixdə məhkəmə olarkən Şəxs borcundan hər ay 150 (yüz əlli) manat ödəniş edəcəyinə söz vermişdir. Buna baxmayaraq Zülfiqar borcundan heç bir məbləğdə ödəniş etməmişdir. Yalnız məhkəməyə iş gələrkən Zülfiqar çox az məbləğdə ödəniş edir. Uşaqlarını çətinliklə saxlayır. Aliment məbləğini tam şəkildə tələb edir. Ona görə də. iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İsmayıllı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 3(037)-249/2023 saylı qərarından görünür ki, Şəxs barəsində olan AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 17 yanvar 2024-cü il tarixli arayışından görünür ki, Şəxs icra vərəqəsi üzrə ödənilməmiş qalan 6420 (altı min dörd yüz iyirmi) manat məbləğində borcu Zərərçəkmiş şəxs ödəməkdən yayınmaqla icra məmurunun qanuni tələblərinə əməl etməmişdir. İsmayıllı Rayon Məhkəməsinin 05 oktyabr 2016-cı il tarixli 2 (037) – 2023/2016 saylı Məhkəmə Əmrinə əsasən 04 oktyabr 2016-cı il tarixdən başlayaraq Şəxs 30 may 2000-ci il tarixdə doğulmuş X4 və 22 may 2006-cı il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 70 (yetmiş) manat olmaqla cəmi 140 (yüz qırx) manat məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri həyata keçirilməsinə baxmayaraq tələbkara ödənilməli olan 6420 (altı min dörd yüz iyirmi) manat borcu ödənilməmiş qalmışdır. İsmayıllı Rayon Məhkəməsinin 31 may 2023-cü il tarixli, 3(037)-249/2023 saylı qərarından görünür ki, Şəxs həmin vaxt borcundan hər ay 150 (yüz əlli) manat məbləğində ödəniş edəcəyi ilə bağlı Zərərçəkmiş şəxs ilə şifahi razılığa gəlmiş və Zərərçəkmiş şəxs ona qarşı şikayəti olmadığını bildirərək məhkəmədən işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə həmin vaxt iş üzrə icraata xitam vermişdir. Lakin ötən müddət ərzində Şəxs borcundan heç bir məbləğdə ödəniş etməmiş və yalnız barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq iş məhkəmənin icraatına daxil olduqdan sonra 200 (iki yüz) manat məbləğində tələbkara ödəniş etmişdir. Göründüyü kimi Şəxs qanuni qüvvəyə minmiş həmin məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını və vəkilin fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. O, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini və təqsirinin dərəcəsini, habelə ona inzibati cərimə tətbiq edilməsinin işin faktiki hallarına uyğun olmadığını nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs tətbiq etməyi, tələbkara ödənilməli olan məbləğin miqdarını nəzərə alaraq inzibati həbsin müddətinin 10 (on) gün müddətində müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan - 31 yanvar 2024-cü il tarixdən saat 12:20-dən hesablanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsin əvvəli qərarın elan edildiyi vaxtdan 31 yanvar 2024-cü il tarixdən saat 12:20-dən hesablansın. Qərarın icrası İsmayıllı rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar