Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-443/2022 20.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs iştirakı ilə xx xxx 1991-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, evli, orta təhsilli, işləməyən, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 20 oktyabr 2022-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: 10 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun 24-cü km-də Şəxs bir baş qoyun heyvanını yolda nəzarətsiz qoyması, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin qoyunu vurması, nəticədə “Mercedes Benz” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəyməsi faktı ilə bağlı toplanmış material üzrə İsmayıllı rayon X2 X4 yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri İsmayıllı rayon Polis Şöbəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına nümayəndəsi gəlməmiş və işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, o, başqa şəxsin qoyunlarına baxaraq çobanlıq edir. 10 oktyabr 2022-ci il tarixdə İsmayıllı rayonu ərazisində həmin qoyunları yolun kənarındakı ərazidə otaran zaman, qoyunların bir hissəsinin yanında olmuşdur. Həmin vaxt yolu keçən avtomobil qoyunlardan birini vurmuşdur. O, həmin ərazidən 60-70 metr kənarda olmuşdur. O. həmin yerə çatdıqda qoyunun tələf olduğunu görmüşdür. Bundan sonra 102 xidmətinə zəng etmiş və əraziyə polis əməkdaşları gəlmişdir. Polis əməkdaşları onu təqsirli bilərək barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Tərtib olunmuş protokolla razı deyil. Belə ki, avtomobilin sürücüsü həmin vaxt avtomobili yüksək sürətlə idarə etmişdir. O, həmin vaxt qoyunların yanında olmasa da, sürücü qoyunların yolun kənarında olduğunu görüb sürətini azalda bilərdi. Həmçinin həmin yerdə mal-qaranın olması ilə bağlı yol nişanı olmuş və həmin yer yaşayış məntəqəsi ərazisi olmuşdur. Avtomobilə dəymiş ziyanı ödəmək iqtidarında deyil. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. X1 izahat verərək göstərdi ki, 10 oktyabr 2022-ci il tarixdə idarə etdiyi avtomobillə Qaraməryam-İsmayıllı-Şəki yolunda saatda 50-60 km sürətlə hərəkətdə olan zaman yolun kənarında qəflətən iki qoyun heyvanı yola çıxmışdır. O, avtomobilin sürətini azaltsa da, qoyunlardan birini vurmuşdur. Hadisə onun təqsiri üzündən baş verməmişdir. Həmin ərazi yaşayış məntəqəsi olduğundan sürət həddi 60 km müəyyən edilmişdir. Hadisənin baş verdiyi ərazidə mal-qaranın keçməsi ilə bağlı xəbərdaredici nişan olmamışdır. Avtomobilinə dəymiş ziyan ödənilməmişdir. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, 10 oktyabr 2022-ci il tarixdə saat 11:00 radələrində Qaraməryam-İsmayıllı-Şəki yolunun 24-cü km-də Şəxs bir baş qoyun heyvanını yolda nəzarətsiz qoymuş, Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobillə həmin qoyunu vurmuşdur. Nəticədə “Mercedes Benz” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. “X3” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinə əsasən yaşayış məntəqələri daxilində — saatda 60 kilometrdən çox olmayan sürətlə (səlahiyyətli orqanlar yolun müəyyən sahələrində daha yuxarı hədd müəyyən edə bilərlər, lakin bu hədd saatda 90 kilometrdən çox ola bilməz), yaşayış zonalarında və həyət ərazilərində isə saatda 20 kilometrdən çox olmayan sürətlə hərəkət etməlidir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sözügedən yol-nəqliyyat hadisəsi yaşayış məntəqəsi ərazisində baş vermiş, “Mercedes Benz” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısını almağa texniki imkanının olub-olmaması, avtomobili hansı sürətdə idarə etməsi yol patrul xidməti inspektoru tərəfindən tam araşdırılmamışdır. Ona görə də, sözügedən yol nəqliyyat hadisəsi zamanı “Mercedes Benz” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində də “X3” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olubolmamasının araşdırılması məqsədi ilə onun əməlinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə və İsmayıllı Rayon Prokurorluğuna məlumat verilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsini, cərimənin 80 (səksən) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə İsmayıllı rayon Polis Şöbəsinin balansında olan Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 80 (səksən) manat miqdarında inzibati cərimə edilsin. “Mercedes Benz” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində də “X3” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci bəndinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluğun olub-olmamasının araşdırılması məqsədi ilə onun əməlinə hüquqi qiymət verilməsi üçün İsmayıllı rayon Polis Şöbəsinə və İsmayıllı Rayon Prokurorluğuna məlumat verilsin. Zərərçəkmiş şəxs idarə etdiyi “Mercedes Benz” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-443/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-443/2022
20.10.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver