Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-446/2021 23.12.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, Zərərçəkmiş Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 23 dekabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İsmayıllı Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(037)-1158/2018 saylı qətnaməsinə əsasən təyin olunmuş aliment miqdarı artırılaraq Şəxs 12 oktyabr 2008-ci il tarixdə anadan olmuş X5 və 04 dekabr 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi və 12 dekabr 2018-ci il tarixli 2(037)-1158/2018 saylı qətnaməsinə əsasən Şəxs 15 noyabr 2012-ci il tarixdən 15 mart 2016-cı il tarixədək olan 1215 (min iki yüz on beş) gün ərzində cavabdehin təqsiri üzündən yaranmış 4300 (dörd min üç yüz) manat borc üçün 522 (beş yüz iyirmi iki) manat 45 qəpik alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra vərəqələri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. Borclu həmin icra vərəqələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyinə və hazırda tələbkara ödənilməli olan cəmi 16250 (on altı min iki yüz əlli) manat pul ödənilməmiş qaldığına görə barəsində İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 23 dekabr 2021-ci il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İcra məmuru Emin Bağırov izahat verərək göstərdi ki, Şəxs icra sənədləri üzrə tələbin könüllü olaraq ödənilməsi barədə bildiriş göndərilmiş, lakin borclu icra sənədini vaxtında və tam icra etməmişdir. Məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə icra məmuru tərəfindən “Elektron icra” informasiya sistemi vasitəsi ilə borclunun əmlak vəziyyəti yoxlanılmış, borclunun adına daşınmaz əmlaklar, avtomobil, banklarda əmanəti, qızıl-zinət əşyaları və ya tələbin yönəldilə biləcəyi pul vəsaiti və hər hansı başqa əmlakın olması müəyyən edilməmişdir. Borclu qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və tələbkar Zərərçəkmiş şəxs ödənilməli olan 16250 (on altı min iki yüz əlli) manat aliment borcu ödəməkdən qərəzli olaraq yayınmışdır. Ramal Bünyatov aliment borcunu ödəmədiyi üçün 2 dəfə cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunmuşdur. Sonuncu dəfə İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmü ilə Ramal Bünyatov AR CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir. Ramal Bünyatov 2021-ci ilin iyul ayında həbsdən çıxmış və həmin tarixdən sonra aliment borcundan 150 (yüz əlli) manatını ödəmişdir. cinayət Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ramal Bünyatov izahat verərək göstərdi ki, aliment məbləği təyin olunduqdan sonra 2 dəfə cinayət məsuliyyətinə cəlb olunaraq 1 (bir) il 6 (altı) ay müddətinə həbs edilmişdir. Sonuncu dəfə İsmayıllı Rayon Məhkəməsinin 30 yanvar 2020-ci il tarixli hökmü ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum edilmişdir Cəzası 2021-ci ilin iyul ayında bitmişdir. Həbsdən çıxdıqdan sonra bir neçə yerə müraciət etsə də, həbsdə olduğu üçün heç yerdə işə götürməmişlər. Bu səbəbdən təyin olunmuş aliment məbləğini ödəyə bilməmişdir. Hazırda Bakı şəhərində usta işləyir və aliment borcundan 150 (yüz əlli) manatını tələbkara ödəmişdir. Bu ayın sonuna kimi borcundan 150 (yüz əlli) manatda ödəyəcəkdir. Onun təyin olunmuş aliment məbləğinin ödənilməsindən yayınmır. Heç yerdə işləmədiyindən və maddi imkanı olmadığından aliment məbləğini ödəyə bilməmişdir. Hər ay aliment borcundan 300-350 manat pul ödəyəcəyini öhdəsinə götürür. Yay aylarında isə ödənişini 450-500 manat edəcəkdir. Əgər təyin olunmuş aliment məbləğindən də artıq ödənişlər etməyəcəyi təqdirdə qanuna müvafiq qaydada cəza almasına etiraz etməyəcək. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Zərəçəkmiş Zərərçəkmiş şəxs izahat verərək göstərdi ki, Ramal Bünytaovun ona 16250 (on altı min iki yüz əlli) manat aliment borcu vardır. Ramal hazırki günədək aliment məbləğindən sadəcə 600 (altı yüz) manat pul ödəmişdir. O, Bakı şəhərində baxıcı işləyir. Oğlu epilepsiya xəstəliyindən əziyyət çəkir və uşaqlarını çətinliklə saxlayır. Ramal aliment borcundan 5000 (beş min) manatını ödəmədiyi təqdirdə onun inzibati qaydada həbs olunmasını tələb edir. İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin 23 dekabr 2021-ci il tarixli arayışından görünür ki, icra vərəqəsi üzrə borclu Ramal Bünyatov tələbkar Zərərçəkmiş şəxs 16250 (on altı min iki yüz əlli) manat məbləğində aliment borcu vardır. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İsmayıllı Rayon Məhkəməsinin 12 dekabr 2018-ci il tarixli 2(037)-1158/2018 saylı qətnaməsinə əsasən təyin olunmuş aliment miqdarı artırılaraq Şəxs 12 oktyabr 2008-ci il tarixdə anadan olmuş X5 və 04 dekabr 2009-cu il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 100 (bir yüz) manat olmaqla cəmi 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq X1 ödənilməsi və 12 dekabr 2018-ci il tarixli 2(037)-1158/2018 saylı qətnaməsinə əsasən Şəxs 15 noyabr 2012-ci il tarixdən 15 mart 2016-cı il tarixədək olan 1215 (min iki yüz on beş) gün ərzində cavabdehin təqsiri üzündən yaranmış 4300 (dörd min üç yüz) manat borc üçün 522 (beş yüz iyirmi iki) manat 45 qəpik alınaraq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. İş üzrə icra sənədləri İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin icraatındadır. İsmayıllı rayon İcra və Probasiya Şöbəsi tərəfindən borclu Ramal Bünyatov barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati qaydada protokol tərtib edilmiş, həmin protokolda borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini qərəzli şəkildə yerinə yetirmədiyi qeyd edilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, Ramal Bünyatovun hazırda 16250 (on altı min iki yüz əlli) manat aliment borcu vardır. Ramal Bünyatov məhkəmə iclasında yeni iş yeri tapdığını və bundan sonra hər ay təyin olunmuş aliment məbləğindən də artıq ödəniş edərək yaranmış borcun aradan qaldıracağını vəd etmişdir. Borclunun hər hansı gəlir mənbəyi olmaması və maddi vəziyyətinin səviyyəsi onu icra vərəqəsinin icrası ilə əlaqədar öhdəliklərdən azad etməsə də, icra vərəqəsinin icra edilməsində müəyyən çətinliklər yaranmasına səbəb olur. Göründüyü kimi Ramal Bünyatov aliment borcunu ödəmədiyi üçün ayrı-ayrı vaxtlarda cinayət məsuliyyətinə cəlb olunmuş və 2021-ci ilin iyul ayında həbsdən çıxmışdır. Ramal Bünyatovun yenidən inzibati qaydada həbs olunması onun icra vərəqəsinin icrasını təmin etməsində çətinlik yaradacaqdır. Bundan əlavə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən də görünür ki, borcluya məxsus, tələbin ödənilə biləcəyi pul vəsaiti və digər qiymətli əşyalar aşkar edilməmişdir. İcra məmurunun qeyd etdiyi hallar isə məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin qərəzli şəkildə yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi nəzərdə tutulur. Şərh olunan əsaslara görə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ramal Bünyatov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və hazırki vəziyyətdə onun əməlində həmin maddədə nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan hər hansı biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar çıxarır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, hazırki vəziyyətdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ramal Bünyatovun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-446/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-446/2021
23.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver