Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-446/2024 18.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə xx xxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonunda anadan olmuş, İsmayıllı şəhəri, M.Orucov küçəsi, ev 69-da yaşayan, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis İdarəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında materiala 18 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 05 yanvar 2024-cü il tarixdə “Vaz 2106” minik markalı ** BE *** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 (əlli) manat miqdarında inzibati cərimə edilməsinə baxmayaraq, qeyd olunan qərarı qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyi üçün barəsində 26 sentyabr 2024-cü il tarixdə İsmayıllı rayon X1 Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. Elektron informasiya məlumat sistemi üzrə qərardan görünür ki, Şəxs 05 yanvar 2024-cü il tarixdə “Vaz 2106” minik markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs həmin protokol əsasında tətbiq edilmiş 50 (əlli) manat miqdarında inzibati cəriməni qanunla müəyyən edilmiş müddətdə ödəmədiyinə görə cərimə məbləğinə 30 (otuz) manat dəbbə pulu hesablanmışdır. Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə barədə qərarı icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Portal məlumat bazası üzrə çıxarışdan görünür ki, Şəxs barəsində tərtib edilmiş 05 yanvar 2024-cü il tarixli EQ 18837947 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında tətbiq edilən 50 (əlli) manat inzibati cərimə məbləğini və cərimə məbləğinə hesablanmış 30 (otuz) manat dəbbə pulunu xx.xx.2024-cü il tarixdə məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qərara gəlir ki, Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 05 yanvar 2024-cü il tarixdə “Vaz 2106” minik markalı ** BE *** qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə 50 (əlli) manat miqdarında inzibati cərimə edilmişdir. Şəxs inzibati xəta haqqında protokol əsasında tətbiq edilmiş cərimə məbləğini və dəbbə pulunu məhkəmə qərar qəbul edilənədək müvafiq hesaba ödəmişdir. Şəxs idarə etdiyi nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılmasına görə haqq ödənilməsi halları aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququnun altı aydan bir ilədək müddətə məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsinin məzmununa görə bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olsa da, o, barəsində tətbiq edilən inzibati cərimə və həmin cərimə məbləğinə hesablanmış dəbbə pulunu məhkəmə qərar qəbul edənədək müvafiq hesaba ödədiyinə görə onun inzibati məsuliyyətə cəlb edilməsi zərurəti aradan qalxmışdır. Həmin əsaslara görə məhkəmə qərara gəlir ki, Şəxsnun inzibati məsuliyyətdən azad olunması barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105, 110-115, 529-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyətdən azad olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-446/2024
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-446/2024
18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver