Məhkəmə qərarları › İş №3(037)-453/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-453/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-453/2024 21.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, İsmayıllı rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidməti inspektoru polis kapitanı X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İsmayıllı rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidməti inspektoru polis kapitanı X6 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 (yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X1 Rayon Məhkəməsinə müraciət edərək İsmayıllı rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidməti inspektoru polis kapitanı X6 xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X4 və İsmayıllı rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidmətinin nümayəndəsi həmin inzibati materiala İsmayıllı Rayon Məhkəməsində baxılması üzrə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq hesab edir ki, inzibati xəta haqqında material aidiyyəti üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1 və 129.1.3cü maddələrinin məzmununa görə inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayət verən şəxs X4 məhkəməyə vəsatətlə müraciət edərək, İsmayıllı rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidməti inspektoru polis kapitanı X6 xx.xx.2024cü il tarixli TP ******* qərarından verdiyi şikayətin yaşadığı yer üzrə Bakı şəhər Nəsimi rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, X2 qeydiyyatda və yaşadığı ünvanı ünvan 1eyd olunan hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 Bakı şəhəri Nəsimi rayonu ərazisində yaşadığına və işin baxılması üçün özünün yaşadığı ərazi aidiyyəti üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatətlə müraciət etdiyinə görə inzibati xəta haqqında material aidiyyəti üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 118 və 129-cu maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: İsmayıllı rayon Polis Şöbəsinin DYPB Yol Patrul Xidməti inspektoru polis kapitanı X6 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X2 şikayətinə dair inzibati material aidiyyəti üzrə Bakı şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Hakim : İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar