Məhkəmə qərarları › İş №3(037)-462/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-462/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-462/2023 09.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X4, Qərardan şikayət verən X2 iştirakı ilə, X2 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 09 iyun 2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: X5 Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin rəisi tərəfindən qəbul olunmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 100 (bir yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair 09 iyun 2023-cü il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Şimal-Qərb regional DYNİ-nin DYNŞ-nin inspektoru daxili -xidmət kapitanı X8 tərəfindən İsmayıllı rayon Cülyan kənd orta məktəbində "Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən yanğın-texniki müayinə keçirilmişdir. Keçirilmiş müayinə zamanı aşkar edilmiş yanğın təhlükəsizliyi norma və qaydaların tələblərinin pozulması hallarının aradan qaldırılması məqsədilə bir neçə tələblər qoyulmuş və həmin tələblərin yerinə yetirilməsi bildirilmişdir. Qoyulmuş tələblərdən biri də məktəbin təxliyyə planının işlənib hazırlanması olmuşdur. Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Şimal-Qərb regional DYNİ-nin DYNŞ-nin inspektoru tərəfindən təqdim etdiyi tələbnaməyə uyğun olaraq İsmayıllı rayon Cülyan kənd orta məktəbində baş verə biləcək yanğın, zəlzələ və s. fövqəladə hadisə baş verdikdə məktəblilərin həyatına təhlükə yarandığı zaman şagirdlərin dərhal təhlükəsiz ərazilərə köçürülməsi üçün təxliyə yolları və marşrutları binanı tərk etmələri, olduqları marşrutlar vasitəsilə hərəkətlərin ardıcıllığı, hər mərtəbəyə ayrıca təxliyyə planı hazırlanmış hamının görə biləcək yerə, üzərində binanın planı olan lövhə hazırlanaraq divara vurulmuşdur. Lakin tərtib olunmuş təxliyyə planı Şimal- Qərb regional DYNİ-nin DYNŞ-nin əməkdaşlarının xoşuna gəlməmiş və təxliyyə planının hazırlanması üçün məhz onların əməkdaşları tərəfindən tərtib edilməli, olduğunu vurğulamış, kənar şəxslər tərəfindən məktəbin təxliyyə planı hazırlandığı üçün onlar tərəfindən qəbul edilməmişdir. Beləliklə, məktəb binasında təhlükə yarandığı zaman məktəblilərin təhlükəsiz ərazilərə köçürülməsi üçün hazırlanmış təxliyə planı qəbul edilməmişdir. Bundan sonra Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Şimal-Qərb regional DYNİ-nin DYNŞ-nin inspektoru tərəfindən güya ona təqdim olunmuş tələbnamədə göstərilən tələblərə məhəl qoymadığını, məktəb binasının yanğın təhlükəsizliyi norma və qaydalara tələblərinə əməl olunmadığını əsas gətirərək öz vəzifə borcundan sui-istifadə etməklə barəsində tənbeh tədbir görmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə istinadən 26 may 2023-cü il tarixli ******* nömrəli protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında MN ******* nömrəli qərar qəbul edilərək, 100 (bir yüz) manat məbləğində şərti cərimə edilmişdir. Aşağıda göstərdiklərinə əsasən hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X10 Xidmətinin Şimal-Qərb regional DYNİ-nin DYNŞ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 26 may 2023-cü il tarixli ******* nömrəli protokol və inzibati tənbeh verilməsi haqqında protokol inzibati tənbeh tətbiq etmə haqqına MN ******* nömrəli qərarın surəti mənə təqdim olunmamışdır. Barəmdə qəbul olunmuş qərarı icra olunması üçün İsmayıllı rayon İcra və probasiya şöbəsinə göndərildikdən sonra bu barədə xx.xx.2023-cü il tarixdə məlumat almaqla sənədlərin surətini oradan əldə etmişəm. Belə olan halda qəbul olunmuş qərardan məlumat aldığım gündən 10 gün müddətinə şikayət vermək səlahiyyətim vardır. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan şəxs tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, qanunsuz, əsassız, qərəzli və qanunun tələblərini kobudcasına pozmaqla inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Hesab edirəm ki, mənim barəmdə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin xx.xx.2023-cü il tarixli həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Ona görə də həmin inzibati tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarət İdarəsinin inzibati tənbeh haqqında 09 iyun 2023-cü il tarixli MN N21133912 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edəsiniz. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X7 bildirdi ki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışa əsasən Fövqəladə Hallar Nazirliyi X10 Xidməti tərəfindən plan üzrə xx.xx.2023-cü il tarixində İsmayıllı rayon Cülyan kənd orta məktəbində yoxlama aparılmışdır. Yoxlamalar nəticəsində İsmayıllı rayon Cülyan kənd orta məktəbinin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 26 may 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında 09 iyun 2023cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarla X5 100 manat inzibati cərimə edilmişdir. Məhkəmədən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən şikayətçi X5 şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. İş materiallarında olan 26 may 2023-cü il tarixli ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, İsmayıllı rayon Cülyan kənd orta məktəbində yanğın təhlükəsizliyi qaydalarının pozulması aşkar edildiyi üçün məktəbin direktoru X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan 09 iyun 2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, İsmayıllı rayon Cülyan kənd orta məktəbinin direktoru X1 Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət qismən təmin edilməlidir. Təqdim olunmuş materiallarda X2 Azərbaycan Respublikası İXM-nin 518.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi öz təsdiqini tapmamış və araşdırma aparılarkən heç bir mötəbər sübutla və ya sübutlarla möhkəmləndirilməmişdir. Məhkəmə hesab edir ki, işin hallarını tam, obyektiv və hərtərəfli araşdırmadan, inzibati xətanın X5 tərəfindən törədilib-törətməməsi hər hansı bir əsasın olub-olmamasını müəyyən etmədən, onun barəsində formal olaraq inzibati xəta haqqında protokol tərtib edilmiş, həmin protokol əsasında qərar qəbul edilmişdir. Bundan başqa, məhkəmə iclasında müəyyən edildi ki, inzibati orqanın vəzifəli şəxsi işə baxarkən barəsində inzibati qaydada icraat aparılan şəxsin iştirakı olmadan işə baxaraq qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: 61.1.1. inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; 61.1.2. maddəsinə əsasən izahat vermək; 61.1.3. sübutlar təqdim etmək; 61.1.4. vəsatət və etirazlar vermək; 61.1.5. işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; 61.1.6. inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; 61.1.7. ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən pulsuz istifadə etmək; 61.1.8. inzibati xəta hadisəsinin baş verdiyi yer videomüşahidə vasitələrinin (videokameraların) nəzarəti altındadırsa, hadisənin görüntülərinin elektron daşıyıcıda surətini almaq; Həmin Məcəllənin 61.2-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs bu Məcəllə ilə müəyyən edilmiş digər hüquqlardan da istifadə edə bilər. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; 100.1.4. inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; 100.1.5. inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; 100.1.6. olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; 100.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; 100.1.8. inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; 100.1.9. inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. 100.2. Protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. İş materiallarından göründüyü kimi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsi tərəfindən İsmayıllı rayon Cülyan kənd orta məktəbində təxliyyə planın hazırlanmaması faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq Eyvaz Mursalova bildirişin göndərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmiş, həmin protokol Eyvaz Mursalovun məlumatı və iştirakı olmadan tərtib olunmuşdur. Tərtib olunmuş protokolun surətinin göndərilməsini və Eyvaz Mursalov tərəfindən qəbul edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Onun barəsində tərtib olunmuş protokola baxılması vaxtı və yeri barədə məlumatı olmamış, protokola onun iştirakı olmadan baxılaraq qərar qəbul edilmişdir. Bu da Eyvaz Mursalovun qeyd olunan hüquqlardan istifadə etməsinə maneçilik törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsi tərəfindən isə 09 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli qərarın qanuni və əsaslı olması ilə bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 518.1-ci maddəsi əsasən Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Məhkəmə qeyd olunan hüquq normasının tələblərini rəhbər tutaraq və tədqiq olunmuş mümkün və mötəbər sübutlara tam, hərtərəfli və məcmu halında qiymət verərək qərara gəlir ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsi X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətməsini təsdiq edəcək sübutları təqdim etmədiyindən və onun inzibati xəta hadisəsini törətməsi iş materialları ilə sübuta yetirilmədiyindən Eyvaz Mursalovun şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 09 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: X2 şikayəti qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinin 09 iyun 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi X10 Xidmətinin X6 Yanğın Nəzarəti İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar