Məhkəmə qərarları › İş №3(037)-47/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-47/2021

09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-47/2021 09.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və onun vəkili Vəkil, Zərərçəkmiş Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə İsmayıllı rayonu Mican kəndində anadan olmuş, İsmayıllı şəhəri, Ç.Əmrəliyev küçəsi, ev 38-də yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, himayəsində iki azyaşlı uşağı olan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olan inzibati xəta haqqında materiala xx xxxxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı sonunculara sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onları qəsdən döyməsi faktı üzrə İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun xx xxxxxx 2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx xxxxxx 2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Ağacan Qarayev izahatında göstərdi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 döyməsi faktı üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qeyd olunan hadisə nəticəsində zərərçəkmiş şəxslərə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirildiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs1 onun rəhmətə getmiş əri Eldarın qardaşı, Gülnarə isə Eldarın arvadıdır. 2005-ci il tarixdə Eldarla rəsmi nikahla ailə qurmuş və Eldarın ata yurduna gəlin köçmüşdür. Elman eyni həyətdə olan başqa evdə ailəsi və qaynanası ilə birlikdə yaşamışdır. Eldar 2015-ci il tarixdə vəfat etdikdən sonra bir neçə ay uşaqları ilə birlikdə həmin evdə yaşamışdır. Eldarın vəfatından sonra Elman həmin evi satmaq istəmiş və onların evdən çıxmasını tələb etmişdir. Məhkəmə tərəfindən ona və uşaqlarına həmin evdə yaşayış hüququ verilsə də tez-tez Elman və onun arvadı Gülnarə ilə mübahisələri olduğundan evdən çıxmalı olmuşdur. Lakin evin satılmasına razılıq verməmiş və əşyalarının bir qismini həmin evdə saxlamışdır. xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində həmin evə baş çəkməyə getmişdir. Həyətə daxil olduqda ağacların kəsildiyini görmüş və bunun səbəbini öyrənmək üçün eyni həyətdə yaşayan qaynanası Lalənin yanına getmişdir. Həyətə daxil olduqda Elmanla Gülnarə onu görən kimi təhqir etməyə başlamışdır. Bu zaman qaynanası həyətə düşmüş və onun nə üçün gəldiyini soruşmuşdur. O, ağacların kəsilmə səbəbini soruşduqda aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Elman onun sinəsindən sağ əli ilə tutub yerə yıxmış, Gülnarə isə saçından tutaraq dartmışdır. O, bir neçə dəqiqə yerdə huşsuz qalmış və digər qaynının oğlu Elman onları ayırmış və oranı tərk etmişdir. Həmin vaxt orada tanımadığı Həbib adlı şəxs olmuşdur. Şahid qismində dindirilmiş Həbibin danışdıqları düzgün deyil. O, həmin vaxt heç kimi vurmamış və xəsarət yetirməmişdir. Həmin vaxt döyülən o olsa da təhqiqatçı tərəfindən onun döyülməsinə qiymət verilməmişdir. Hazırda Elman və Gülnarə ilə barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, xx xxxxxx 2021ci il tarixdə səhər saat 13:00 radələrində yaşadığı evdə olarkən Mətanət həyətə daxil olmuş və səs-küy salmağa başlamışdır. Mətanət anası Lalədən ağacların nə səbəbə kəsildiyini soruşaraq nəlayiq ifadələr işlətmişdir. Bu zaman Mətanətin həyətdən çıxmasını tələb etdikdə, Mətanət anasının əsa kimi istifadə etdiyi ağacı götürərək onun boynundan bir neçə dəfə vurmuş və başına dırnaqları ilə cırmaq atmışdır. O, özünü müdafiə etmək üçün Mətanəti itələmiş və əlindəki əsa yerə düşmüşdür. Mətanət yenidən onun üzərinə gəlmək istədikdə Gülnarə araya girmiş və bu zaman Mətanət Gülnarənin sifətinə cırmaq atmışdır. Həmin vaxt onlardan başqa orada tanışları Həbib də olmuşdur. Mübahisə zamanı Mətanətlə qarşılıqlı olaraq nəlayiq söyüşlər söysə də Mətanəti vurmamış və onu yerə yıxmamışdır. Hazırda Mətanətlə barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs2 izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə səhər saat 13:00 radələrində yaşadığı evin həyətində olarkən Mətanət həyətə daxil olmuş və səs-küy salmağa başlamışdır. Mətanət ağacların kəsilməsinə görə öz narazılığını qaynanası Laləyə bildirmişdir. Həmin vaxt Mətanət əsəbi halda nəlayiq ifadələr işlətdiyinə görə əri Elman onun həyətdən çıxmasını tələb etmişdir. Bu zaman Mətanət qayınanasının əsa kimi istifadə etdiyi ağacı götürərək Elmanın boynundan vurmuşdur. Mətanəti sakitləşdirmək və oradan uzaqlaşdırmaq istəyərkən Mətanət dırnaqları ilə onun sifət və boyun nahiyəsindən cırmaq atmış və onun sifəti qanamışdır. Həmin vaxt orada tanışları Həbib də olmuşdur. Mübahisə zamanı Elman Mətanəti vurmamış və onu yerə yıxmamışdır. Hazırda Mətanətlə barışmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş üzrə Şahid Qarkişi qızı izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə səhər saatlarında yaşadığı evdə olarkən həyətdən səs gəlmiş və çölə çıxdıqda Mətanətin əsəbi halda nəlayiq ifadələr işlətdiyini görmüşdür. O, Mətanətdən nə baş verdiyini soruşduqda Mətanət ağacların kəsilməsinin səbəbini soruşaraq onunla mübahisə etmişdir. Bu zaman oğlu Elman Mətanətin həyətdən çıxmasını tələb etmişdir. Mətanət həyətdə olan əsa kimi istifadə etdiyi ağacı götürərək Elmanın başından vurmuşdur. Həmin vaxt Gülnarə Mətanəti uzaqlaşdırmaq istədikdə, Mətanət Gülnarənin sifətindən cırmaq atmış və nəlayiq söyüşlər söymüşdür. Elman həmin vaxt Mətanətlə qarşılıqlı olaraq nəlayiq ifadələr işlətsə də, Mətanəti vurmamış və onu itələyərək yerə yıxmamışdır. Həmin vaxt orada Həbib adlı tanışları da olmuş və o da Mətanəti sakitləşdirməyə çalışmışdır. İş üzrə şahid X3 izahat verərək göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində tanışı Elman yaşadığı evdə namaz qılarkən həyətdən səs-küy eşitmişdir. Namazı bitdikdən sonra çölə çıxmışdır. Çölə çıxdıqda Gülnarənin üzündən qan axdığını və Mətanətin isə ayaq üstə əsəbi halda nəlayiq ifadələr işlətdiyini görmüşdür. O, mübahisə edənlərə öz iradını bildirərək mübahisənin davam etməsinə mane olmuşdur. Bir qədər sonra Mətanət oradan uzaqlaşaraq çıxıb getmişdir. Elmanın Mətanəti vurmasını görməmiş, çölə çıxdıqda Mətanət ayaq üstə olmuşdur. Hadisədən sonra Elmanın boynunda cırmaq izlərinin və qızartıların olduğunu görmüşdür. İsmayıllı rayon Polis Şöbəsinin Təhqiqat Qrupunun təhqiqatçısı Şəhriyar Fərəcovun xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi üzrə inzibati tədbir görülməsindən ötrü şöbənin İctimai Təhlükəsizlik Bölməsinə göndərilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və X1 10 №-li xx xxxxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarət – boynun sıyrığı və qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-Tibbi Ekspertiza və X1 11 №-li xx xxxxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində aşkar edilmiş xəsarət – üzün sağ yarısının, üst dodaq haşiyəsinin sıyrıqları, sağ gözaltı nahiyənin və boynun qançırları küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Məhkəmə-Tibbi Ekspertiza və X1 15 №-li xx xxxxxx 2021-ci il tarixli ekspert rəyindən görünür ki, Şəxs Nizmai qızının məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarətin hər-hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə saat 13:00 radələrində şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 9 ünvanında Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə aralarında baş vermiş mübahisə zamanı sonunculara sağlamlığa zərər vurmayan və dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə onları qəsdən döymüşdür. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin, şahidlərin izahatlarını və fikrini dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə hesab edir ki, Şəxs törətdiyi inzibati xətanı etiraf etməməsi onun inzibati məsuliyyətdən yayınması üçün etdiyi özünü müdafiə cəhdidir və işin faktiki halları ilə təkzib olunur. Məhkəmə Şəxs himayəsində azyaşlı uşaq olmasını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halı nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə tətbiq edilməsini, cərimənin 300 (üç yüz) manat miqdarında müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar