Məhkəmə qərarları › İş №3(037)-47/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-47/2024

22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-47/2024 22.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş Zərərçəkmiş şəxs1 iştirakı ilə xx xxxxxx 1980-cı il tarixdə İsmayıllı rayonu Balik kəndində anadan olmuş, həmin kənddə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, İ qrup əlil olmaqla sosial müavinət alan, öz deməsinə görə il ərzində eyni inzibati xətaya görə inzibati məsuliyyətə cəlb edilməmiş, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala 22 yanvar 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 15 iyul 2023-cü il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2109” markalı ** DU *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonu Aşıqbayramlı kəndindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirərək, Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21213” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması, bununla da hər iki avtomobilə maddi zərər vurması faktı üzrə İsmayıllı rayon X3 Bölməsinin müstəntiqi X2 14 yanvar 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin Dövlət X7 verilmişdir. İsmayıllı rayon X5 X6 yol patrul xidməti inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə 22 yanvar 2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İsmayıllı rayon X5 X7 inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Polis Şöbəsinin nümayəndəsi məhkəməyə gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs2 lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək göstərdi ki, onun sürücülük hüququ yoxdur. Özü İ qrup əlildir. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı hər iki avtomobilə maddi ziyan dəymişdir. Maddi vəziyyəti nəzərə alınaraq ona qanunda nəzərdə tutulmuş daha yüngül tənbeh verilməsini xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 izahat verərək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı avtomobilinə 1500-2000 manat miqdarında maddi ziyan dəymişdir. Avtomobilinə dəymiş ziyanı sığorta şirkəti ödəmişdir. Hazırda Şəxs qarşı şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 15 dekabr 2023-cü il tarixli, MK-1/1024 saylı ekspert rəyindən görünür ki, “VAZ-21093” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 69-cu maddənin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza dəyəri 250 (iki yüz əlli) manat təşkil edir. “X4 Servis Mərkəzi”nin 21 iyul 2023-cü il tarixli arayışında “VAZ-21093” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə 1120 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. “X4 Servis Mərkəzi”nin 21 iyul 2023-cü il tarixli arayışında “VAZ-212193” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə 1240 manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. İsmayıllı rayon X3 Bölməsinin müstəntiqi X2 14 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şəxs əməlində cinayət tərkibi müəyyən edilmədiyi üçün onun barəsində cinayət işinin başlanması rədd edilmiş, əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinin tərkibi olduğundan barəsində olan materiallar inzibati tədbir görülməsindən ötrü İsmayıllı rayon X5 X7 göndərilmişdir. İsmayıllı rayon ƏSMM tərəfindən Şəxs verilmiş xx.xx.2015-ci il tarixli, 067788 nömrəli vəsiqədən görünür ki, Şəxs İ (birinci) qrup ümumi əlildir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 15 iyul 2023-cü il tarixdə saat 17:00 radələrində Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2109” markalı ** DU *** dövlət qeydiyyat nişanlı minik avtomobilini nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan Qaraməryam-İsmayıllı-Şəki magistral yolunun İsmayıllı rayonu Aşıqbayramlı kəndindən keçən hissəsində hərəkətdə olan zaman idarəetməni itirmiş və Zərərçəkmiş şəxs1 idarə etdiyi “VAZ-21213” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Bununla da, Zərərçəkmiş şəxs2 məxsus “VAZ 2109” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilə və Zərərçəkmiş şəxs1 məxsus “VAZ-21213” markalı ** BH *** dövlət qeydiyyat nişanlı avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib, işdə iştirak edən şəxslərin izahatını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, İ qrup əlil olmasını və təqsirinin dərəcəsini nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulan 500 (beş yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. İş üzrə aparılmış ekspertizanın dəyəri 250 (iki yüz əlli) manat məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilməlidir. Həmçinin, inzibati xəta nəticəsində vurulmuş zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə “VAZ 2109” markalı ** DU *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs2 dəymiş ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş Zərərçəkmiş şəxs2 izah edilir ki, ziyanın əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 32, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 500 (beş yüz) manat miqdarında inzibati cərimə edilsin. İş üzrə aparılmış ekspertizanın dəyəri 250 (iki yüz əlli) manat məbləği Şəxs alınaraq dövlət büdcəsinə (Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************, X1, KOD 210005, Müxbir hesab AZ 41 NABZ 013601**********3944 SFİFT BİK CTREAZ 22. Büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3) ödənilsin. Zərərçəkmiş şəxs2 dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar