Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 3(037)-472/2024 24.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ İsmayıllı Rayon Məhkəməsinin hakimi Hüseynov İlqar Vidayət oğlu, Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 24 oktyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İsmayıllı rayon X1 Bölməsinin təhqiqatçısı Xəyal Şərifovun 25 sentyabr 2024-cü il tarixli qərarı ilə Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və həmin qərar əsasında barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 01 sentyabr 2024-cü il tarixdə tanışı Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Məhkəmə inzibati materialı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, İsmayıllı rayon X1 Bölməsinin təhqiqatçısı Xəyal Şərifovun 25 sentyabr 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət təqibinin başlanmasını rədd edən halın olması nəzərə alınmış və onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan, barəsində həmin maddə ilə inzibati icraat başlanması üçün qərarın surəti aidiyyəti üzrə İsmayıllı rayon Polis Şöbəsinin İTB-nə verilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan aidiyyəti şəxslər narazı olduqları halda, ondan prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüquqları nəzərdə tutulmuşdur. Lakin hazırki işin materiallarından qeyd olunan qərarın aidiyyəti şəxslərə (o cümlədən Şəxs) rəsmi qaydada verilib-verilmədiyi müəyyən edilmir. Göründüyü kimi Cinayət işinin başlanmasının rədd edilməsi barədə 25 sentyabr 2024-cü il tarixli qərar əsasında inzibati xəta haqqında protokol tərtib edilərkən qeyd olunan qərarın aidiyyəti şəxslərə rəsmi qaydada verilib-verilmədiyi, həmin qərardan şikayət vermə müddətinin başa çatıb-çatmadığı araşdırılmadan Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Hazırki vəziyyətdə Şəxs barəsində məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokola baxılaraq qərar qəbul edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Qeyd olunan əsaslara görə məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilərək məhkəməyə göndərilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin onu tərtib etmiş orqana qaytarılması barədə qərardad qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109, 118-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş və məhkəməyə göndərilmiş inzibati xəta haqqında material İsmayıllı rayon Polis Şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-472/2024
İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №3(037)-472/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver