Məhkəmə qərarları › İş №3(037)-481/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-481/2024

07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-481/2024 07.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında qərardan şikayət verən şəxs X6, Azərbaycan Respublikası Qida X2 X8 nümayəndəsi Nümayəndə iştirakı ilə, X6 Azərbaycan Respublikası Qida X2 X8 15 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayətinə 07 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida X2 X8 15 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, quşçuluq sahəsində fərdi sahibkarlıq fəaliyyəti ilə məğul olur və "xxxx" MMC ilə heç bir əlaqəsi yoxdur. Quşçuluq sahəsində aparılna bütün əməliyyatlar onun adından istifadə olunur. Xaricdən gətirdiyi malların və bank əməliyyatları onun öz şəxsi adından olmuşdur. Sadəcə həmin MMC ilə bağlı vergi uçotunda qeydiyyata alınmış və həmin vaxt adına olan VÖEN aktiv olmuşdur. Yoxlama aparılarkən Rusiya Federasiyasında olmuş və onunla telefon əlaqəsi saxlanılaraq yoxlama aparılacağı bildirilmişdir. Sonradan onun barəsində protokol tərtib edilərkən buna etiraz etmiş və "xxxx" MMC ilə heç bir əlaqəsinin olmadığını bildirmişdir. Buna baxmayaraq qərəzəli olaraq barəsində protokol tərtib edilərək inzibati qaydada cərimə edilmişdir. Çünki o, fərdi sahibkarlıqla məşğul olur. Protokolun və qərarın surəti ona rəsmi qaydada verilmişdir. Bundan sonra o, qərardan narazı olduğu üçün şikayət vermişdir. Həmin qərarı qanunsuz hesab edir. Belə ki, protokol "xxxx" MMC-nin vəzifəli şəxsi kimi tərtib olunmuşdur. Həmin MMC fəaliyyət göstərmir və saxladığı quşların kəsimi həyata keçirməmişdir. Quşların satışını həyata keçirərkən Qida Agentliyi tərəfindən hər hansı nəzarət olunmamışdır. Qeyd etdikləri nəzərə alınmaqla barəsində qəbul edilmiş qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Qida X2 X8 məsləhətçisi Nümayəndə məhkəmə iclasında izahat verərək göstərdi ki, "xxxx" MMC məxsus təsərrüfata 18-23 sentyabr 2024-cü il tarixində planlı yoxlama həyata keçirilməsi qərar alınmışdır. Bu barədə Əfqan Əhmədova rəsmi məlumat verilmişdir. 18 sentyabr 2024-cü il tarixdə həmin təsərrüfata yoxlama aparılarkən Əfqan Əhmədov orada olmamış və onunla telefon əlaqəsi saxlanılarkən xaricdə olduğunu bildirmişdir. Həmin yoxlamanın aparılacağı ona bildirildikdə buna heç bir etiraz etməmiş, orada olan işçilər və Əfqan Əhmədovun oğlunun iştirakı ilə yoxlama aparılmışdır. Yoxlama zamanı bir çox nöqsanlar aşkar olunsa da, Əfqan Əhmədov orada olmadığı üçün yoxlama 14 gün müddətinə təxirə salınmışdır. Bundan sonra Əfqan Əhmədovla dəfələrlə teefon əlaqəsi saxlanılsa da, onu narahat etmədiylərini bildirirək Agentliyə gəlməkdən imtina etmişdir. Bundan sonra "xxxx" MMC-nin direktoru Əfqan Əhmədov barəsində AR İXM-nin 220.2 və 447.0.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol rəsmi olaraq Əfqan Əhmədova göndərilmişdir. Qeyd olunan təsərrüfata son 5 ay ərzində 120000 (yüz iyirmi min) cücə idxal olunmuşdur və həmin cücələrin satışı ilə bağlı hər hansı sənəd alınmamışdır. Əfqan Əhmədov qeyd olunan təsərrüfata onlardan iki adla həm Əfqan Əhmədov, həm də "xxxx" MMC kimi qeydiyyatdan keçmiş və hər ikisi ikili istehsal kimi göstərir ki, buda onun xəta törədərkən məsuliyyətdən yayınması məqsədi daşıyır. Təqdim olunmuş video görüntüdən görünür ki, yoxlama aparılarkən toyuqlar sanitar qaydalarına uyğun olmayaraq suyun içərisində saxlanılması, işçilər tibbi müayinəsinin olmaması və gigiyenik təlimə cəlb edilməməsi, toyuqlara verilən vitaminlərin üzərində azərbaycan dilində məlumatların olmaması olmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsi və qəbul edilmiş qərarın dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qrumunun X4 görünür ki, "xxxx" MMC xx.xx.2017-ci il tarixdə (VÖEN **********) qeydiyyata alınmış və qanuni təmsilçisi X7r. Azərbaycan Respublikasının Qida X2 X8 xx.xx.2024-cü il tarixli, ŞYQ-24/296 nömrəli qərarından görünür ki, İsmayıllı şəhəri, R.Mahmudov küçəsində yerləşən "xxxx" MMC-də xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə planlı (növbəti yoxlama) yoxlama aparılması qərara alınmışdır. xx.xx.2024-cü il tarixli KY242138943 nömrəli çıxarışdan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən X3 R.Mahmudov küçəsində yerləşən "xxxx" MMC-nin fəaliyyət göstərdiyi təsərrüfata xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə plan üzrə (növbəti) cari fəaliyyətin yoxlanılması üçün sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında X10 arayışından görünür ki, "xxxx" MMC-nin fəaliyyəti qanuni təmsilçisi X6 müraciəti əsasında xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Yoxlamanın nəticələri üzrə 15 oktyabr 2024-cü il tarixli, ŞYMQ-24/296 nömrəli qərardan görünür ki, İsmayıllı şəhəri, R.Mahmudov küçəsində yerləşən "xxxx" MMC-yə məxsus quşçuluq təsərrüfatında aparılmış yoxlama zamanı aşağıdakı nöqsanlar aşkar edilmişdir: 1. Quşların bəslənmə sahəsində, yem saxlama anbarında və digər yardımçı sahələrdə təmizlik dezinfeksiya işləri aparılmır. 2. Dezinfeksiya işləri aparılmır və sənədləşdirilmir. 3. Quşçuluq təsərrüfatının və quşların bəslənmə sahəsinin girişində dezinfeksiyaedici örtük yerləşdirilməyib. 4. Yem saxlama anbarında yem məhsulları (buğda0 ilə istifadəyə yararsız əşyalarla birgə saxlanılır. 5. Anbar sahəsinə zərərvericilərin və digər həşaratların girişinin qarşısını almaq üçün tədbir görülməyib. 6. Təsərrüfatda çalışan 2 (iki) nəfər işçinin ilkin və ya dövrü tibbi müayinədən keçməsi barədə arayışla tədqim edilməyib. 7. Quşlara verilən vitaminlərin üzərində digər dillərlə yanaşı Azərbaycan dilində zəruri məlumatlar qeyd edilməyib, vitaminlərin idxal sağlamlıq aktı mvcud deyi. 8. Quşların baytarlıq arayışları olmadan satışı həyata keçirilir. xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolundan görünür ki, xx.xx.2024-cü il tarixində İsmayıllı şəhəri, R.Mahmudov küçəsində yerləşən, "xxxx" MMC-yə məxsus quşçuluq təsərrüfatında aparılan yoxlama zamanı satışı həyata keçirilən diri quşlarınmüşaiət edici sənədinin alınmaması (forma 10 və təsərrüfatın giriş sahəsində dezbaryer olmaması və sair fakt aşkar olunduğu üçün X9 barsəidnə və AR İXM-nin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi müəyyən edilmişdir xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında MN ******* saylı qərardan görünür ki, X12 AR İXM-nin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətdiyinə görə həmin Məcəllənin 447.0.3-cü maddəsinə əsasən 2000 (iki min) manat məbləğində cərimə edilmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, şikayət ərizəsini və iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Məhkəməyə təqdim edilmiş inzibati materialdan görünür ki, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X9 "xxxx" MMC-də satışı həyata keçirilən diri quşların qida təhlükəsizliyi sahəsində qəbul olunmuş normativ hüquqi aktlarla nəzərdə tutulmuş baytarlıq arayışı və baytarlıq şəhadətnaməsi rast gəlinməmiş, həmin qida məhsulları standartların və digər normativ sənədlərin tələblərinə cavab vermədiyi və insan sağlamlığına təhlükə yaratdığı aşkar olunmuşdur. Buna görə də "xxxx" MMC-nin direktoru barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş, AQTA-nin Dağlıq X8 rəisinin MN ******* №li xx.xx.2024-cü il tarixli qərarı ilə İXM-nin 447.0.3-cü maddəsinə əsasən 2000 manat cərimə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli 94 saylı Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydalarına əsasən: 2.1.8 istehsalçı –mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır. 5.29. Satıcı qanunvericiliklə, standartların məcburi tələbləri ilə və ya müqavilə şərtləri ilə nəzərdə tutulduğu hallarda satışa təqdim olunan malların keyfiyyətini və təhlükəsizliyini (baxış, sınaq, təhlil, ekspertiza yolu ilə) yoxlamağa borcludur. Baytarlıq Haqqında Azərbaycan Respublikası Qanununun 17.1-ci maddəsinə əsasən heyvanların, heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü, saxlanması, emalı və satışı obyektlərində baytarlıq nəzarəti məcburidir. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən heyvan mənşəli məhsulların və xammalın tədarükü, saxlanması və satışı ilə məşğul olan təşkilatlara yalnız baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçmiş, əhalinin sağlamlığı üçün təhlükəsizlik tələblərinə cavab verən və yoluxucu xəstəliklərə görə sağlam təsərrüfatlardan olan məhsul və xammalın qəbuluna, saxlanması və satışına yol verilir. Həmin Qanunun 17.3-cü maddəsinə əsasən heyvanların kəsimi, heyvan mənşəli məhsulların və xammalın emalı müəssisələrinin müdiriyyəti məhsulların və xammalın normativ-texniki sənədlərə və baytarlıq normativlərinin tələblərinə uyğunluğunu yoxlamaq üçün baytarlıq istehsalat-nəzarət bölmələri yaratmağa, həmçinin dövlət baytarlıq müfəttişlərinə baytarlıq nəzarətini həyata keçirmək üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada lazım olan şəraiti yaratmağa borcludurlar. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən heyvan mənşəli məhsulların və xammalın istehsalı, tədarükü saxlanması, emalı və satışı obyektlərində dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi, həmçinin heyvanların, heyvan mənşəli məhsulların və xammalın normativ-texniki sənədlərin və baytarlıq normativlərinin tələblərinə uyğunluğunun müəyyən edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2009-cu il tarixli 66 saylı Qərarı ilə təsdiq edilmiş Dövlət baytarlıq nəzarətində olan məhsullara, o cümlədən idxal və ixrac edilən yüklərə dövlət baytarlıq nəzarətinin təşkili, dövlət baytarlıq nəzarətində olan yüklərin Azərbaycan Respublikasına gətirilməsi və ölkə daxilində daşınması Qaydaları”na əsasən: 2.1.2. Bütün təsərrüfatlarda istehsal olunan heyvan mənşəli məhsulların və xammalın təhlükəsizliyinin, keyfiyyətinin təmin edilməsi məqsədi ilə baytarlıq tədbirlərinin görülməsi və müayinələrin aparılmlıdır. 2.4. Heyvanların, heyvan mənşəli məhsulların və xammalın ticarəti aparılan bütün ticarət yerlərində dövlət baytarlıq nəzarətində olan yüklərin onlara verilən baytarlıq sənədlərinə uyğunluğunun qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlanılması, insan sağlamlığına zərər verə bilən heyvan mənşəli məhsullara və xammala baytarlıq baxışının keçirilməsi məcburidir. “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə, gigiyenik, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə fəaliyyəti yoxlanılır, yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi qeydiyyatına alınır. Qida təhlükəsizliyi qeydiyyatına alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. Həmin Qanunun 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında minimum keyfiyyəti və təhlükəsizliyi qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə cavab verən, mənşəyi və keyfiyyəti barədə sənədləri olan və qeydiyyata alınmış subyektlər tərəfindən istehsal edilmiş yeyinti məhsulları satışa çıxarıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 220.2. Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görəfiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir. 447.0.3-cü maddəsinə əsasən standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən malların istehsalına, satılmasına, işlərin yerinə yetirilməsinə, xidmətlərin göstərilməsinə görə fiziki şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər dörd min manatdan altı min manatadək məbləğdə cərimə edilir. 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. X9 fəaliyyət göstərdiyi "xxxx" MMC quşçuluq təsərrüfatında göstərilən pozuntuların olmadığını vurğulasa da, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. X9 həmin qərardan şikayət verərək ləğv olunmasını xahiş edərkən qeyd olunan əmlak kompleksinin mülkiyyətçisi olduğunu, lakin, həmin MMC-nin xx.xx.2024-cü il tarixdə fəaliyyətini dayandırdığını və onun qanunsuz olaraq vəzifəli şəxs kimi inzibati məsuliyyətə cəlb olunduğunu bildirmişdir. İş materiallarından göründüyü kimi, "xxxx" MMC-də yoxlama 18 sentyabr 2024-cü il tarixdə aparılmış və inzibati xəta haqqında protokol isə xx.xx.2024cü il tarixdə tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, X6 fəaliyyət göstərdiyi "xxxx" MMC quşçuluq təsərrüfatında Azərbaycan Respublikası Qida X1 X8 əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı yuxarıda qeyd edilən qanunvericilik normalarının tələblərinin pozulması halları aşkar edilmişdir. Qeyd edilən qərarın qanunsuz hesab olunaraq ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmədi. Ona görə də, X9 İXM-nin 220.2 və 447.0.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. O, əsaslı və qanuni olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətaya görə 2000 manat məbləğində cərimə edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X5 X8 15 ooktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında qərar əsaslıdır və həmin qərarın ləğvi üçün heç bir əsas olmadığından şikayətçi X6 şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X6 şikayəti təmin edilməsin. Qida X2 X8 15 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar