Məhkəmə qərarları › İş №3(037)-485/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-485/2023

06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-485/2023 06.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X5 yol patrul xidməti inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonu Ərəgit kəndində anadan olmuş, Həmin kənddə yaşayan, subay, orta təhsili, işləməyən, fərdi identifikasiya nömrəsi 5J7HNR Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 06 mart 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 04 oktyabr 2023-cü il tarixdə idarə etdiyi “VAZ-2121” markalı ** BA *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi, idarə etdiyi avtomobillə İsmayıllı rayonu Lahıc qəsəbəsində hərəkətdə olarkən yolun kənarında hərəkətsiz vəziyyətdə dayanmış Zərərçəkmiş şəxs məxsus “Mitsubishi Outlander” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurması, nəticədə sonuncu avtomobilin sahibi Zərərçəkmiş şəxs maddi zərər dəyməsi faktı üzrə Şəxs barəsində İsmayıllı rayon X3 X5 əməkdaşı tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib etmiş İsmayıllı rayon X3 X5 yol patrul xidməti inspektoru Cəlal Hüseyinli izahatında göstərdi ki, Şəxs 04 oktyabr 2023-cü il tarixdə idarə etdiyi avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı Şəxs avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etməsi məlum olmuşdur. Ona görə də, barəsində protokol tərtib edərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, 04 oktyabr 2023-cü il tarixdə Lahıc qəsəbəsində idarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs məxsus avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə maddi ziyan dəymişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Hazırda əməlindən peşmandır və bir daha belə hallara yol verməyəcəyinə söz verir. Qeyd etdikləri nəzərə alınmaqla ona qanun çərçivəsində güzəşt edilməsini məhkəmədən xahiş edir. İşin baxılması vaxtı və yeri barədə zərərçəkmiş Zərərçəkmiş şəxs lazımı qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəməyə gəlməmişdir. Məhkəmə AR İXM-nin 62.4-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 04 oktyabr 2023-cü il tarixli 642070 nömrəli şəxsin sərxoşluq vəziyyətinin müəyyən olunması üçün alkotester vasitəsi ilə ölçülmüş müayinənin nəticəsi barədə kağız daşıyıcıdan müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 04 oktyabr 2023-cü il tarixdə saat 19:51-də tibbi müayinədən keçirilərkən onun alkoqol sərxoşluğu vəziyyətində (alkoqolun miqdarı 1,298 %) olduğu müəyyən edilmişdir. “X2 Servis Mərkəzi”-nin 043-23 saylı, 05 oktyabr 2023-cü il tarixli arayışında “Mitsubishi Autlander” markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə 950 (doqquz yüz əlli) manat miqdarında maddi zərər dəydiyi qeyd edilmişdir. 06 oktyabr 2023-cü il tarixli elektron sorğu sistemi üzrə çıxarışdan görünür ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəxs 04 oktyabr 2023-cü il tarixdə “VAZ-2121” markalı ** BA *** dövlət qeydiyyat nömrəli minik avtomobilini nəqliyyat vasitəsini idarə etmə hüququ olmadan və sərxoş vəziyyətdə idarə etmiş, idarə etdiyi avtomobili İsmayıllı rayonu Lahıc qəsəbəsi yolunda hərəkətdə olarkən “Mitsubishi Outlander” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə vurmuşdur. Hadisə nəticəsində Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilə maddi ziyan dəymişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib tərəflərin izahatlarını dinləyərək qərara gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbeh edilməlidir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun tərəfindən törədilmiş inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs tərəfindən törədilmiş inzibati xətada onun məsuliyyətini ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, onun şəxsiyyətini, təqsirinin dərəcəsini, habelə məsuliyyəti yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulan 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə tətbiq etməyi məqsədə müvafiq hesab edir. İnzibati xəta nəticəsində vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olduğunu nəzərə alaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 36-cı maddəsinə əsasən məhkəmə Zərərçəkmiş şəxs idarə etdiyi “Mitsubishi Outlander” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanla əlaqədar məsələnin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Eyni zamanda zərərçəkmiş şəxsə izah edilir ki, əmlak zərərinin əvəzinin ödənilməsi haqda qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 25, 40, 43, 106-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat miqdarında inzibati cərimə edilsin. Zərərçəkmiş şəxs idarə etdiyi “Mitsubishi Outlander” markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyanın ödənilməmiş hissəsi ilə əlaqədar məsələ baxılmamış saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar