Məhkəmə qərarları › İş №3(037)-491/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-491/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-491/2023 23.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, "xxxx" MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə müəyyənetdi: "xxxx" MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 06 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 1 ünvanında yerləşən Şəxsndə sürücü işləyən X7 07 iyul 2023-cü il tarixdə yıxılaraq xəsarət alması barədə hadisə baş verən gün hadisənin araşdırılması üçün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumat verməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respubliksı İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İsmayıllı rayon Prokurorluğuna inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin İsmayıllı rayon Prokurorluğunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X6 izahat verərək, "xxxx" MMC barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X9 31 iyul 2023-cü il tarixli 431 nömrəli sağlamlığa zərər vurmanın təyini ilə bağlı ekspert rəyindən görünür ki, X2 adına təqdim olunmuş tibbi sənəddə qeyd olunan xəsarət - sağ ayağın 5-ci barmağın çıxığı ilə müşayiət olunan dırnaq sədəfinin qismən travmatik qopması küt əşyanın (alətin) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 07 iyul 2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İsmayıllı rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X3 17 avqust 2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC-də əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə mühəndis vəzifəsində çalışan X4 əməllərində Azərbaycan Respublikası İXM-nin 198.2 və 555.1-ci maddələrinin tərkib əlamətləri olduğundan, barəsində həmin maddələrlə inzibati inzibati icraatın başlanması məsələsinə baxılması üçün qərarın surəti və aidiyyəti olan sənədlərin surəti təqrirə əlavə edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 3(037)-415/2023 saylı qərarından görünür ki, "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X8 Xidmətinin 3-17-5/1-26649/2023 saylı, 20 sentyabr 2023-cü il tarixli qərardadından görünür ki, İsmayıllı rayon Prokurorluğunun 29 avqust 2023-cü il tarixli 6ii-23 nömrəli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı və materialları geri qaytarılmışdır. Azərbaycan Respublikasının Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisinin 05 oktyabr 2023-cü il tarixli inzibai xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarın ləğv edilməsi barədə qərardan görünür ki, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmişdir. İsmayıllı rayon prokurorunun 06 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərardan görünür ki, hüquqi şəxs "xxxx" MMC (VÖEN **********) –hüquqi ünvanı ünvan 1kası İnzibati Xətalar Məsəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, qərar və toplanmış material baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə nümayəndənin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sənədləri araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, "xxxx" MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 555.1-ci maddəsinə əsasən istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, "Körpü- Bina-Tikinti2 Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü işləyən X7 07 iyul 2023-cü il tarixdə həmin idarə etdiyi ekskavatordan düşərkən ayağı sürüşüb yıxılması nəticəsində xəsarətlər alması faktı ilə bağlı MMC barəsində İsmayıllı rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 3(037)-415/2023 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Bundan sonra İsmayıllı rayon Prokurorluğu tərəfindən “Körpü-Bina-Tikinti" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilərək, baxılması üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Qanunvericiliyin tələbinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İsmayıllı rayon Prokurorluğu tərəfindən “Körpü-Bina-Tikinti" MMC barəsində İXM-nin 198.2 və 555.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarların baxılması İsmayıllı Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Göründüyü kimi İsmayıllı Rayon Məhkəməsinin 13 sentyabr 2023-cü il tarixli, 3(037)-415/2023 saylı qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məsəlləsinin 198.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat miqdarında inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. “Körpü-Bina-Tikinti MMC barəsində olan İXM-nin 198.2 və 555.1-ci maddələrinin sanksiyalarında min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. Hər iki maddənin sanksiyasında cərimə məbləği eyni olduğundan, hazırki MMC barəsində olan İXM-nin 555.1-ci maddəsində nəzərdə tutulmuş xəta, onun barəsində məhkəmənin qərarı ilə inzibati qaydada tənbeh olunduğu İXM-nin 198.2-ci maddəsi ilə olan inzibati xətadan daha ciddi xəta kimi hesab edilmir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinin tələblərinə əsasən qeyd olunan inzibati xətaya dair inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar Şəxs MMC-nin işəgötürəni barəsində tətbiq olunmalı idi. Buna baxmayaraq prokurorluq göstərilən xəta üzrə “Körpü-Bina-Tikinti" MMC-ni inzibati məsuliyyətə cəlb etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Körpü-Bina-Tikinti MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmaqla o, qeyd olunun inzibati xəta hadisəsini törətmiş olsa belə, “Körpü-Bina-Tikinti MMC barəsində eyni vaxtda törənən xətaya görə onun inzibati məsuliyyətə cəlb edilməsi barədə qanuni qüvvəsini almış yekun məhkəmə qərarı olduğundan, İXM-nin 34.3-cü maddəsinə istinadən, həmin Məcəllənin 53.0.7-ci maddəsinə əsasən hazırki inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34, 43, 53, 105, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar