Məhkəmə qərarları › İş №3(037)-495/2024

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-495/2024

19.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-495/2024 19.11.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İsmayıllı rayonu İvanovka kəndində yerləşən VÖEN:**********, hüquqi şəxs “X2 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 19 noyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X2 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmin protokola əsasən “X2 Holdinq” MMC-nin 31000 ABŞ dolları məbləğində vəsaiti 16 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 02 il müddət keçsə də, 31000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 17 avqust 2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə “X2 Holdinq” tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərinə əsasən İsmayıllı Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli 3 (037) - 277/2024 və 23 sentyabr 2024-cü il tarixli 3(037)-396/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının Mərkəzi Bankına qaytarılmışdır. Həmin qərardadda inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə bu barədə icraatın başlanması ilə əlaqədar heç bir məlumat verilməmişdir. Buna baxmayaraq göstərilən nöqsanlar aradan qaldırılmadan eyni inzibati xəta haqqında protokol təkrarən məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X4 izahatında bildirdi ki, Çin Respublikasından kanfet paketləmə aparatı aparatı almaq üçün 62000 ABŞ dolları pul köçürülmüşdür. Mallar ölkəyə gəlmiş və onlara çatmışdır. Bu barədə gömrük bəyənnaməsi də vardır. Sadəcə pulun ödənilməsində anlaşılmamazlıq olub ki, o, da pul nəğdsiz ödənib və hesabdan hesaba köçürülmüşdür. Çünki hesabdan pul olmamış, satış pulu gəldikdən sonra hesabdan silinmə aparılmışdır. Hesabdan pulun silinməsi ilə bağlı Bakı Baş Gömrük İdarəsinin "xxxx" ASC-yə məktub təqdim olunmuşdur. Tərtib olunmuş protokolla razı deyil. Belə ki, nə pul xaricdə qalıb, nə də sifariş olunan mallar. Protokol tərtib olunarkən onlara məlumat verilməmiş və hər hansı araşdırma aparılmamışdır. Gömrük bəyənnamsəini gmrük əməkdaşı ahzırlamışdır və bununla bağlı onunla müqavilə bağlanmışdır. Qeyd etdikləri nəzərə alınmaqla inzibati xəta haqqında işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankına məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaq məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Ona görə də məhkəmə işə Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, barəsində inzibati protokol edilmiş hüquqi şəxsin nümayəndəsini dinləyib, iş üzrə toplanmış materiallar ilə müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunanlara görə “X2 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyətinin barəsində Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, “X2 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti 31000 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci ildə tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 31000 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi şəxs “X2 Holdinq” MMC 31000 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti bankda olan hesabından xx.xx.2022-cü il tarixdə ödəniş tapşırığına əsasən qabaqcadan ödəniş etməklə Azərbaycan Respublikasından kənara köçürmüşdür. xx.xx.2022-ci il tarixli gömrük bəyənnaməsindən görünür ki, “X3 Co.,Ltd” şirkəti müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri 12 noyabr 2022-ci il tarixdə yerinə yetirib 62000 (altmış iki) ABŞ dolları dəyərində qiymətləndirilmiş xidməti göstərməklə konfet paketləmə maşını –HTL S800 (2022) Azərbaycan Respublikasına gətirərək “X2 Holdinq” MMC-nə təhvil vermişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından müəyyən edilir ki, “X2 Holdinq” MMC “X3 Co.,Ltd” şirkəti ilə bağladığı müqaviləsinə əsasən bankda olan hesabından 12 noyabr 2022-ci il tarixdə 62000 (altmış iki min) ABŞ dolları məbləğində vəsaiti həmin şirkətin hesabına qabaqcadan ödəniş etməklə müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmişdir. “X3 Co.,Ltd” şirkəti də müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri qiymətləndirilmiş xidməti göstərməklə malları Azərbaycan Respublikasına gətirərək “X2 Holdinq” MMC-nə təhvil vermişdir. “X2 Holdinq” MMC 31000 (otuz bir min) ABŞ dolları məbləğində vəsait hesabına xidmətlərin göstərilməsini təsdiq edən gömrük bəyannaməsini banka təqdim etdiyindən və həmin sənədlər hazırda məhkəməyə də təqdim edildiyindən məhkəmə hesab edir ki, gömrük bəyannaməsinin müvafiq orqanda vaxtında qeydə alınmaması “X2 Holdinq” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta obyektiv cəhətdən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması ilə törədilir. Azərbaycan Respublikasının Mərkəzi Bankı 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması» Qaydalarının 4.3.1.3- cü yarımbəndinə əsasən “Qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə“idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair” 28 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarında həmçinin qeyd edilmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan normalar, eləcə də Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda qeyd edilən Qərarı baxımından işin faktiki hallarını araşdırarkən müəyyən olunur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X2 Holdinq” MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi törədilmədiyindən və hazırki işdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin əlamətləri olmadığından hüquqi şəxs “X2 Holdinq” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cü maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, EP ******* nömrəli inzibati inzibati xəta haqqında protokola əsasən ““X2 Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən :İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar