Məhkəmə qərarları › İş №3(037)-496/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-496/2023

10.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-496/2023 10.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs – İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi X3, Zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin direktor müavini X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1985-ci il tarixdə Göyçay rayonu Qaraməryam kəndində anadan olmuş, həmin qəsəbədə yaşayan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Zərərçəkmiş şəxs MMC-də mühafizəçi işləyən, öz deməsinə görə il ərzində inzibati məsuliyyətə cəlb olunmamış, fərdi identifikasiya nömrəsi xxxxxxx Şəxs haqqında İsmayıllı rayon Polis şöbəsindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala 10 oktyabr 2023-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Şəxs 11 sentyabr 2023-cü il tarixdə saat 18:00 radələrində İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus üzüm sahəsindən “Red Globe” sort, 40 kiloqram çəkidə üzümü gizli olaraq oğurlamaqla Zərərçəkmiş şəxs MMC-yə 60 (altmış) manat məbləğində ziyan vurması faktı əsasında toplanmış material üzrə İsmayıllı rayon X5 Bölməsində araşdırma aparılmış, təhqiqatçı Nurlan Atakişiyevin xx.xx.2023-cü il tarixli qərarı ilə əməldə cinayət tərkibinin olmaması əsası ilə cinayət işinin icraatına xitam verilmiş və əməli törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti İsmayıllı rayon Polis Şöbəsinin X1 göndərilmişdir. İsmayıllı rayon Polis Şöbəsinin sahə rəisi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə 10 oktyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək həmin tarixdə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs - İsmayıllı rayon X6 Təhlükəsizlik Bölməsinin polis sahə rəisi Elsevər Mazanov izahatında göstərdi ki, Şəxs 11 sentyabr 2023-cü il tarixdə İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus üzüm sahəsindən “Red Globe” sort, 40 kiloqram çəkidə üzümü gizli olaraq oğurlamaqla Zərərçəkmiş şəxs MMC-yə 60 (altmış) manat məbləğində maddi ziyan vurmuşdur. Həmin fakt üzrə araşdırma aparılmış və onun əməlində cinayət tərkibinin əlamətləri olmadığından barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş barəsində İXM 227-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü şöbənin X1 verilmişdir. Bununla bağlı Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Zərərçəkmiş şəxs MMC-də mühafizəçi işləyir. 11 sentyabr 2023-cü il tarixdə iş yoldaşı Rac Nüsrüyevlə birlikdə üzüm sahəsində 40 kq üzüm oğurlamışdır. Zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayətinin olmadığını nəzərə alaraq barəsində olan inzibati işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin direktor müavini Cahangir Cəfərov məhkəmə iclasında izahat verərək göstərdi ki, MMC-yə dəymiş maddi ziyan ödənilmişdir. Şəxs qarşı tələb şikayəti yoxdur və onunla barışmışdır. Qeyd etdikləri nəzərə alınmaqla işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon polis X4 təhqiqatçısı polis kapitanı Nurlan Atakişiyevin xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş və qərarın surəti onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün İsmayıllı rayon Polis şöbəsinin X1 verilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs MMC-nin direktor müavini Cahangir Cəfərovun 10 oktyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, MMC-yə dəymiş maddi ziyan ödənilmiş və Şəxs qarşı heç bir tələb və şikayəti yoxdur. Ona görə də, inzibati işin icraatına xitam verilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayon İstehsal-İstehlak Kooperativinin 15 sentyabr 2023-cü il tarixli arayışında “Red Globe” üzüm sortunun 1 kiloqramı 1,50 manat olmaqla, 40 kiloqramının qiymətinin 60 manat olduğu qeyd edilmişdir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Şəxs 11 sentyabr 2023-cü il tarixdə saat 18:00 radələrində İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus üzüm sahəsindən “Red Globe” sort, 40 kiloqram çəkidə üzümü gizli olaraq oğurlamaqla Zərərçəkmiş şəxs MMC-yə 60 (altmış) manat maddi ziyan vurmuşdur. Şəxs barəsində İsmayıllı rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs zərərçəkmişə dəymiş maddi ziyanı ödəmiş və onunla barışmışdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş materiallarını nəzərdən keçirib qeyd olunan hüquq normalarının tələblərinə əsasən hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 11 sentyabr 2023-cü il tarixdə saat 18:00 radələrində İsmayıllı rayon Kürdmaşı kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs MMC-yə məxsus üzüm sahəsindən “Red Globe” sort, 40 kiloqram çəkidə üzümü gizli olaraq oğurlamaqla Zərərçəkmiş şəxs MMC-yə 60 (altmış) manat maddi ziyan vurmuş və bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsini törətmişdir. Onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibinin bütün əlamətləri olmasına baxmayaraq inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinin tələbinə görə Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10, 105, 110-115-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata, inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmişlə barışdığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar