Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-5/2021 15.01.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi ilə, X1 İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında qərarından şikayətinə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: X3 məhkəməyə müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx xxxxxx 2020-ci il tarixli, TP ******* nömrəli qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən X3 şikayətin məzmununa uyğun izahat verərək bildirdi ki, o, İsmayıllı rayonu Ruşan kəndində yaşayır. Respublikada tətbiq edilmiş karantin rejiminin tələblərinə uyğun olaraq xx xxxxxx 2020-ci il tarixdə qaydalara uyğun olaraq saat 11:03-də 3 saatlıq icazə alaraq yaşadığı ünvanı tərk etmişdir. Həmin gün saat 11:10-da radələrində idarə etdiyi “VAZ-21099” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonu Quşencə kəndi ərazisində quraşdırılmış karantin postunda polis əməkdaşı tərəfindən saxlanılmışdır. Polis əməkdaşı onun yaşayış yerini tərk etmək üçün icazəsinin olub-olmadığını yoxlamışdır. Yoxlama zamanı məlum olmuşdur ki, SMS icazə alarkən şəxsiyyət vəsiqəsinin AZE 09573052 nömrəsinin son rəqəmini “2” əvəzinə “3” yazmışdır. O, polis əməkdaşına texniki səhv olduğunu bildirsə də polis əməkdaşı buna məhəl qoymayaraq barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Həmin protokola xx xxxxxx 2020-ci il tarixdə baxılaraq 200 (iki yüz) manat məbləğində cərimə olunması barədə qərar qəbul edilmişdir. Həmin qərarla razı deyil. Belə ki, SMS məlumatı göndərərkən şəxsiyyət vəsiqəsinin seriya nömrəsi olan AZE 09573052 əvəzinə AZE 09573053 göndərmişdir. Onun mobil telefonuna bir neçə dəqiqə sonra cavab gələrək 3 saat müddətində yaşayış yerini tərk edə bilməsi barədə məlumat gəlmişdir. O həmin vaxt şəxsiyyət vəsiqəsinin seriya nömrəsini səhv göndərməsini bilməmiş və yaşayış yerini tər edə bilməsi barədə cavab gəldiyi üçün yaşayış yerini tərk etmişdir. Ona görə də, qeyd olunan inzibati xəta haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş edir. İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon Polis Şöbəsinin polis mayoru X2 tərəfindən qəbul olunmuş xx xxxxxx 2020-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, X3 xx xxxxxx 2020-ci il tarixdə, saat 11:11-də epidemiya əleyhinə rejimi, sanitar-gigiyena və karantin qaydalarını pozduğu üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. 8103 nömrəsinə göndərilmiş SMS məlumatdan görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:03-də X1 (AZE 09573053) 2-ci indeks üzrə müraciəti təsdiqlənmiş, 3 saat müddətinə yaşayış yerini tərk etməyə icazə verilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2020-ci il tarixli “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin Qərarın 2.7-ci bəndinə əsasən Bu Qərarın 2.6.1-ci və 2.6.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər (SMS – məlumatlar və “E-Təbib” mobil tətbiqindən istifadə ödənişsizdir). SMS məlumatın mətnində aşağıdakı iki indeksdən biri və şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir. Həmin Qərarın 2.7.1-ci bəndinə əsasən 1 rəqəmi - təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə rayon və şəhər daxilində 3 saat müddətinə verilir, 4 rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda, olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir). Həmin Qərarın 2.7.2-ci bəndinə əsasən 2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının və dərman vasitələrinin alınması (ərzaq mağazalarından, supermarketlərdən, bazar və aptekdən), dövlət xidmətlərinin, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün (icazə 3 saat müddətinə gündə 1 dəfə verilir, dövlət xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk edən şəxslər üçün geri qayıtma müddəti müvafiq dövlət qurumu tərəfindən verilən arayışla müəyyən edilir). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, X3 xüsusi karantin rejimi dövründə, yəni xx.xx.2020-ci il tarixdə saat 11:03-də yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərmiş və 3 saat ərzində yaşayış yerini tərk etməsinə icazə verildikdən sonra yaşayış yerini tərk etmişdir. X6 SMS məlumatı göndərərkən şəxsiyyət vəsiqəsini təsdiq edən sənədin nömrəsinin (AZE 09573052) son rəqəmini “2” əvəzinə səhvən “3” yazmışdır. Natiq Əliyev SMS məlumatı göndərdikdən sonra onun istifadəsində olan mobil telefona cavab gəlmiş və ona 3 saat müddətinə yaşayış yerini tərk etməsinə icazə verilmişdir. Həmin yanlışlıq yol patrul xidməti əməkdaşı tərəfindən nəzərə alınmamış və bundan sonra Natiq Əliyev barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Natiq Əliyev inzibati məsuliyyətə cəlb edərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İşin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi yoxdur. Ona görə də X3 xx.xx.2020-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol və həmin protokol əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara görə hər hansı inzibati və ya maddi məsuliyyət daşımır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək və qeyd olunan hüquq normalarının tələblərini rəhbər tutaraq qərara gəlir ki, X1 əməlində inzibati xəta hadisəsi olmadığından onun barəsində İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx.xx.2020-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 128-136-cı maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 şikayəti təmin edilsin. X1 barəsində İsmayıllı rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin xx.xx.2020ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №3(037)-5/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-5/2021
15.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver