Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 3(037)-5/2023 06.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Qasımov Sənani Nazir oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan Regional Ərazi Şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X10 iştirakı ilə, X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin 12 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə 06 yanvar 2023cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: X11 onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən qəbul olunmuş, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək 1200 (min iki yüz) manat miqdarında inzibati cərimə edilməsinə dair 12 dekabr 2022-ci il tarixli MN ******* nömrəli qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X11 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, uzun müddətdir “Elay” şadlıq sarayını işlədir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti ona 29 noyabr 2022-ci il tarixli məktubla müraciət edərək aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı olması göstərilərək, həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olubolmamasının araşdırılması ilə əlaqədar olaraq 05 dekabr 2022-ci il tarixdə saat 11.00da X15 Xidmətinin Dağlıq Şirvan regional şöbəsinə dəvət olunmuşdur. Əmək müqaviləsi bildirişləri altsistemində işçilərin günlük iş saatı 4 (dörd) saat göstərilsə də, iş vaxtı norması 5 (beş) günlük iş həftəsi kimi qeyd edilmişdir. Halbuki işçilərin şadlıq evində gün ərzində 4 (dörd) saat işləmişlər və bu müqavilədə də öz əksini tapmışdır. Həmin məktubu aldıqdan sonra 29 noyabr 2022-ci il tarixdə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində düzəliş edilmiş və əməyin ödənilməsi forması vaxtamuzd kimi qeyd edilmişdir. 05 dekabr 2022-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən, qeyd olunan nöqsanı aradan qaldırdığını bildirmişdir. Lakin əməlində inzibati xəta tərkibi olmadığı halda barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Bundan sonra həmin protokol əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsi tərəfindən vəzifəli şəxs kimi 12 dekabr 2022-ci il tarixdə 1200 (min iki yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Barəsində tərtib olunmuş protokolu və həmin protokol əsasında qəbul edilmiş qərarla razı deyildir. 29 noyabr 2022-ci il tarixdə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində düzəliş edilmiş, əməyin ödənilməsi forması vaxtamuzd kimi qeyd edilmiş və göstərilən nöqsanı aradan qaldırmışdır. Bu barədə idarəyə şifahi məlumat verilmişdir. Buna baxmayaraq vəzifəli şəxs kimi inzibati qaydada cərimə olunmuşdur. Qeyd etdikləri nəzərə alınmaqla Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsinin 12 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X17 hazırki iş üzrə Fətulla Əsgərovun şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab etdiyini bildirdi və izahat verərək göstərdi ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 tərəfindən Nazirliyin “Əmək Müqaviləsi bildirişləri” altsisteminə baxış keçirilən zaman X11 tərəfindən sistemə daxil edilmiş əmək müqaviləsi bildirişlərində işçilərin əmək haqqı məbləğlərinin minimum aylıq əmək haqqı məbləğindən aşağı olduğu faktı müəyyən edilmişdir. Bununla bağlı 25 avqust 2022-ci il tarixdə Fətulla Əsgərova xəbərdarlıq məktubu göndərilmişdir. Bundan sonra, “Əmək Müqaviləsi bildirişləri” alt sistemindən əldə edilmiş məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olubolmamasının araşdırılması məqsədilə Fətulla Əsgərova 29 noyabr 2022-ci il tarixdə məktub ünvanlanaraq 05 dekabr 2022-ci il tarixdə saat 11:00-da X15 Xidmətinə çağırıldığı bildirilmişdir. Araşdırma zamanı 6 nəfər işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsi faktı öz təsdiqini tapmışdır. Bu səbəbdən də Fətulla Əsgərov oğlu barəsində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən 05 dekabr 2022-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir. Həmin protokola Fətulla Əsgərov imza etməkdən imtina etmişdir. Sözügedən protokol Xidmətin 05 dekabr 2022-ci il tarixli məktubu ilə Fətulla Əsgərova göndərilmişdir. 05 dekabr 2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.3-ci maddəsi ilə 12 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Hesab edirlər ki, şikayət əsassızdır və təmin edilməməlidir. Əmək müqavilələri alt sistemində, işçilərlə bağlanılmış əmək müqavilələrində işçilər üçün 5 günlük iş həftəsi (normal) qeyd edilmişdir. Bu da o deməkdir ki, hər gün saat 09:00-dan 18:00-a kimi iş saatı müəyyən edilərək 150 manat əmək haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin birinci hissəsinə əsasən işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Həmin maddənin üçüncü hissəsinə əsasən aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı ola bilməz. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərancamı ilə Respublikada minimum aylıq əmək haqqının məbləği 2022-ci ilin 1 yanvar tarixindən 300 manat müəyyən edilmişdir. Göründüyü kimi, Fətulla Əsgərov tərəfindən sadalanan maddələrin tələbləri pozulmuşdur. Belə ki, “Elay” şadlıq evində 6 nəfər işçisinə minimum aylıq əmək haqqı məbləğindən aşağı məbləğdə, yəni 150 manat əmək haqqı ödəmişdir. Fətulla Əsgərovun 29 noyabr 2022-ci il tarixdə əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində düzəliş edilməsi, əməyin ödənilməsi forması vaxtamuzd kimi qeyd edilməsi barədə məlumatları olmamışdır. Ona görə də, Fətulla Əsgərovun şikayət ərizəsində qeyd etdiklərini əsassız hesab edir. Qeyd etdikləri nəzərə alınmaqla şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin nümayəndəsi və inzibati tənbeh vermə haqqında qərardan şikayət verən şəxs X4 dinləyib, iş materiallarına əlavə edilmiş sənədlərə hüquqi qiymət verməklə hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İsmayıllı Regional Ərazi X1 ünvanladığı 25 avqust 2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən sizə məxsus “Asan imza” ilə sistemə daxil edilmiş 6 (altı) işçinin əmək müqaviləsi bildirişlərində əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyən edilmiş və qeyd olunanları nəzərə alaraq, mövcud uyğunsuzluqları aradan qaldırılması tələb olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti İsmayıllı Regional Ərazi X1 ünvanladığı 29 noyabr 2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı olmaması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 05 dekabr 2022-ci il tarixdə saat 11:00-da X15 Xidmətinin Aparatına (İsmayıllı rayonu, H.Əliyev prospekti 8, Əlaqə:**********, **********) dəvət olunursunuz. Nəzərlərinə çatdırılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Sizin və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi və iş üzrə onda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin baş məsləhətçisi baş əmək müfəttişi X6 tərəfindən tərtib olunmuş 05 dekabr 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X11 “Elay” şadlıq sarayında işləyən 6 nəfər işçiyə AR Əmək Məcəlləsinin 155.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqıdan aşağı əmək haqqı vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin rəisi X7 tərəfindən qəbul edilmiş 12 dekabr 2022-ci il tarixli, MN ******* saylı qərardan görünür ki, X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsi ilə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. İş materiallarına əlavə edilmiş “əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərində, işçi X14, X18, X8, X12, X13 və X9 “Elay” şadlıq evində işə başlama tarixi xx.xx.2022-ci il, əmək müqaviləsinin bağlandığı tarix xx.xx.2022-ci il, əmək müqaviləsinin növü müddətsiz, əməyin ödənilməsinin formasının işəmuzd və ya vaxtamuzd olması növü vaxtamuzd, işçinin aylıq əmək haqqının məbləği 150 (yüz əlli) manat, işin başlama və bitmə saatları 09:00-13:00, naharın başlama və bitmə saatları 13:00-14:00 olması elektron sistemə yerləşdirilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsinə əsasən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 149-cu maddəsinin 1-ci bəndində əsasən əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edilir. Həmin Məcəlləsinin 149-cu maddəsinin 2-ci bəndində əsasən işəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Həmin Məcəlləsinin 149-cu maddəsinin 3-cü bəndinə ədadən gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır. Həmin Məcəllənin 171-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulan qaydada natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilir. Azərbaycan Respublikası İXM-nin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: 99.1.1. inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi; 99.1.2. dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3. fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İXM-nin 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. İşdəki sübutlardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan Regional Ərazi Şöbəsinin rəisi Sirac X2 İsmayıllı rayonu, İsmayıllı şəhəri (Aşağıbaş ərazisi) olan hüquqi ünvanına 29 noyabr 2022-ci il tarixli məktub ünvalayaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı olmaması müəyyən edilmiş, həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 05 dekabr 2022-ci il tarixdə saat 11:00-da X15 Xidmətinin Aparatına (İsmayıllı rayonu, H.Əliyev prospekti 8, Əlaqə:**********, **********) dəvət olunmuşdur. Lakin X15 Xidmətinin Dağlıq Şirvan Regional Ərazi Şöbəsi tərəfindən 05 dekabr 2022ci il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmişdən əvvəl Fətulla Əsgərov 29 noyabr 2022-ci il tarixdə işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsi halını aradan qaldırmış və bu barədə əmək müqaviləsi bildirişində düzəliş etmişdir. Lakin X15 Xidməti bundan sonra inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında qərardad çıxarmaq əvəzinə formal inzibati araşdırma aparmağa başlamışdır. Halbuki göstərilən hal inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal hesab olunur. Belə olan halda X15 Xidməti X11 barəsində inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad çıxarmalı idi. Belə ki, Azərbaycan Respublikası İXM-nin 99.5-ci maddəsinə əsasən bu Məcəllənin 99.1.2 və 99.1.3-cü maddələrində göstərilən səbəblərin əsassız olduğu halda səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında işin başlanmasının rədd edilməsi haqqında əsaslandırılmış qərardad qəbul edilir. Bundan əlavə X15 Xidmətinin vəzifəli şəxsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101-ci və 102-ci maddələrinin tələbləri də kobud şəkildə pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 101.2-ci maddəsinə əsasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. Azərbaycan Respublikası İXM-nin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Azərbaycan Respublikası İXM-nin 102.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. Prokuror isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərar qəbul edir. Göründüyü kimi, Azərbaycan Respublikası İXM-nin tələbinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. Hazırki işdən isə görünür ki, 25 avqust 2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “əmək və məşğulluq” altsisteminə baxış keçirilərkən sizə məxsus “Asan imza” ilə sistemə daxil edilmiş 6 (altı) işçinin əmək müqaviləsi bildirişlərində əmək haqqı məbləğinin minimum əmək haqqı məbləğindən aşağı qeyd edildiyi müəyyən edilmiş və qeyd olunanları nəzərə alaraq, mövcud uyğunsuzluqları aradan qaldırılması tələb olunmuşdur. Bundan sonra 29 noyabr 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 155-ci maddəsinin 3cü bəndinə əsasən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada aylıq iş vaxtı normasını işləmiş və əmək funksiyasını yerinə yetirmiş işçinin aylıq əmək haqqı dövlət tərəfindən müəyyən edilmiş minimum əmək haqqı məbləğindən aşağı olmaması müəyyən edilmişdir. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların, eləcə də inzibati xətanın törədilməsi faktının olub-olmamasının araşdırılması ilə əlaqədar olaraq 05 dekabr 2022-ci il tarixdə saat 11:00-da X15 Xidmətinin Aparatına (İsmayıllı rayonu, H.Əliyev prospekti 8, Əlaqə:**********, **********) dəvət olunursunuz. Nəzərlərinə çatdırılır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Sizin və ya səlahiyyətli nümayəndəsinin iştirakının təmin edilməsi və iş üzrə onda olan bütün sübutların, izahatlar və mülahizələrin təqdim olunması təklif olunur. Qanunun tələbinə görə əgər X11 tərəfindən inzibati xəta törədilmişdirsə, onda inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli idi. X15 Xidməti inzibati xətanın törədilməsinə əsas aradan qaldırıldıqdan sonra inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə işdəki sübutlara hüquqi qiymət verərək, hesab edir ki, X11 tərəfindən qanunvericliyin tələbinə görə işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsi halını aradan qaldırmış, əmək haqqının natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilməsini təmin etmişdir. Qeyd olunan işçilər gün ərzində natamam iş günü, yəni 4 (dörd) saat işləməklə 150 (yüz əlli) manat əmək haqqı alır. Göründüyü kimi X3 əməlində Azərbaycan Respublikası İXM-nin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi mövcud deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsi və onun inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsi yuxarıda gəlinən nəticənin təkzib olunması, X11 tərəfindən işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi və bununla da Azərbaycan Respublikası İXMnin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsinin nümayəndəsihəmin şöbənin baş əmək müfəttişi X17 işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əməkhaqqından aşağı məbləğdə əməkhaqqı verilməsi halını aradan qaldırmış, əmək haqqının natamam iş günü və ya natamam iş həftəsi ilə işləyən işçilərə əmək haqqı işə sərf edilmiş vaxta mütənasib və ya görülən işin faktik hasilatına görə ödənilməsini təmin etməsi barədə məlumatlarının olmamasını bildirmişdir. Halbuki işçiyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əməkhaqqı verilməsi və bununla da Azərbaycan Respublikası İXMnin 192.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını sübut etmə vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Dağlıq Şirvan regional ərazi şöbəsinin və onun inzibati xəta haqqında iş üzrə icraat başlamış vəzifəli şəxsinin (əmək müfəttişinin) üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Belə olan halda məhkəmə hesab edir ki, X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin Fətulla Əsgərovun həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 192.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması halında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması halında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, qəraraaldı: Şikayət qismən təmin edilsin. X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Dağlıq Şirvan regional ərazi şöbəsinin 12 dekabr 2022-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №3(037)-5/2023
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №3(037)-5/2023
06.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver